Meyvələrdən üç meyvə var...
13.07.2023 [11:40]
Hansılar daha zəhərlidir?
Yeganə SƏLİM
İnsan orqanizmi üçün ən ağır fəsadlardan biri də zəhərlənmədir. Qışa nisbətən yaz-yay mövsümündə xüsusilə meyvə-tərəvəzlərdən zəhərlənmələrə daha çox rast gəlinir. Ekspertlər hesab edirlər ki, meyvələrin insan orqanizminə mənfi təsiri yalnız istehsal zamanı güclü kimyəvi maddələrdən, pestisitlərdən, nitrat tərkibli gübrələrdən çox istifadə olunduğu halda baş verə bilər. Belə ki, kimyəvi vasitələrdən istifadə edilməsi, həmin bitkilərdən alınan məhsullarda nitratın çox olmasına gətirib çıxarır. Pestisitlər bitki və onun meyvəsinin üzərində bir müddət qalır ki, bu da insan orqanizmi üçün təhlükəlidir. Ona görə də, həmin meyvələrin istifadədən öncə bir müddət suyun altında, ən yaxşısı isə duzlu suyun altında saxlanılmasıdır. Çünki nitrat duza qarşı meyilli olduğundan meyvənin tərkibindən çıxa bilir.
Bəzi meyvələr isə Geni Modifikasiya (GMO) olunub. Düzdür. Dünyanın əksər regionlarında GMO ilə bağlı qadağalar olsa da, satışda görünüşcə gözəl, standart formalı meyvə-tərəvəzə çox rast gəlinir. Bəs bunların təhlükəsinin miqyası hansı dərəcədədir?
Sualımızı cavablandıran infeksionist-həkim Samirə Əliyeva “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, meyvələrin yetişdirilməsində gücləndirici kimyəvi maddələrdən istifadə artdıqca, bu maddələr meyvələrdə toplanır. Meyvədə kimyəvi maddənin olub-olmamasını isə xüsusi aparatlar vasitəsilə də müəyyən etmək olur.
Bu meyvələrə qaz vurulur
İnfeksionist-həkim qeyd edib ki, yerli məhsullar, eyni zamanda, xaricdən gətirilən meyvələr mütləq yoxlanılmalıdır: “Meyvə-tərəvəzlərdə bakterioloji zəhərlənmə ola bilməz. Belə ki, meyvələrdə kimyəvi maddələrin qalıq miqdarı artıq olarsa, kimyəvi zəhərlənmə baş verir. Xaricdən gətirilən meyvələrdə bu tip zəhərlənmələrə daha çox rast gəlinir. Həmin məhsullara saxlama müddətini artırmaq üçün qaz vurulur”.
S.Əliyeva bildirib ki, bir çox meyvənin çəyirdəyində mövcud olan və son dərəcə zəhərli maddə olan “amigdalin” bağırsaqlarda “siyanid”in ortaya çıxmasına şərait yaradır: “Xüsusilə xəstənin nəfəsindəki acı badam qoxusu, alınan qanın analizinin parlaq qırmızı olması, qan şəkərinin yüksəlməsi zəhərlənmə əlaməti sayılır”.
Yaxşıca yuyulmalıdır...
Həkimin sözlərinə görə, bu gün şaftalı, alma və armuda qurd düşməsin deyə, onlara müxtəlif dərmanlar vurulur: “Düzdür, dərman meyvələrin üzərinə vurulur, lakin hansısa formada həmin dərmanların meyvələrin içərisinə daxil olması mümkündür. Bu baxımdan da zəhərlənmə baş verə bilər. Zəhərlənmələr kəskin şəkildə klinik əlamətlərlə də özünü göstərir. Həmçinin az dozalarla yığılıb klinik əlamət verməyən, amma ümumiyyətlə, orqanizmdə problem yaradan zəhərlənmələr də mövcuddur. Araşdırmalar göstərir ki, müxtəlif sintetik maddələrlə, zərərvericilərə qarşı dərmanlarla emal olunan meyvələrdəki maddələr orqanizmə də keçə bilir. Onlar daha çox qaraciyərə neqativ təsir edir. Bu səbəbdən istənilən meyvə yaxşıca yuyulmalıdır. Bu, vacib şərtdir”.
Ən çox zəhərləyən meyvələr
İnfeksionist vurğulayıb ki, meyvəni alan zaman tam sağlam olmasına, doğrayan zaman isə onun rənginə, yumşalmasına, dadının dəyişməsinə diqqət etmək lazımdır. S.Əliyeva özünə su, maye toplaya bilən meyvələrdə zəhərlənmə hallarına daha çox rast gəlindiyini bildirib: “Daha çox qarpızdan, yemişdən və pomidordan zəhərlənmələr baş verir. Xüsusi olaraq qarpız yeyərkən diqqətli olmaq lazımdır. Onu kəsən zaman yumşalmalar varsa, ağ zolaqlar gözlə görünürsə, yemək məsləhət deyil.
Ümumi olaraq isə ən qorxulu zəhərlənmə botulizmdir. Botulizm bütün qidalarda olur. Belə ki, qida düzgün saxlanmadıqda orada botulizm çöpləri inkişaf edə bilər. Əgər onun çöpləri varsa, qida çox təhlükəlidir. Hətta dərhal ölümə gətirib çıxara bilər”.
Həşaratları öldürən maddədən istifadə edirlər
İnfeksionist əlavə edib ki, hər meyvənin öz vaxtında yeyilməsi daha yaxşıdır: “İndi fəsildən asılı olmayaraq bütün meyvələri həmişə tapmaq olur. Bu meyvələr süni iqlim şəraitində yetişdirilib, onlara müxtəlif qatqılar vurulur, yetişməsi üçün dezinfeksiyaedici, həşəratları, zərərvericiləri öldürən maddələrdən istifadə edirlər. Əlbəttə ki, onların da təsiri güclü olur. Bu da zəhərlənmələrə səbəb ola bilir”.
Zəhərlənmənin ilkin əlamətləri
S.Əliyeva qeyd edib ki, meyvə zəhərlənməsi zamanı mədə nahiyəsində ağrılar, ürək bulanması, fasilələrlə qusmalar, mədə-bağırsaqla bağlı ishal ola bilər. Bunlar qida zəhərlənməsinə aid olan simptom və şikayətlərdir. İnfeksionist zəhərlənmə zamanı insanların ilkin tədbir kimi qatıq içməsinə də aydınlıq gətirib: “Ümumiyyətlə, zəhərlənmə zamanı ilkin addım olaraq, qatıq içmək geridə qalmış məsələdir. Mütəxəssislər qatıq içmənin heç bir praktiki əhəmiyyətini görmür. Nə qida, nə dərman zəhərlənməsində bunun xeyrini müşahidə etməmişik. Zəhərlənən şəxslər qatıqdansa su qəbul edərək həmin yediyini və ya dərmanı boşaltsa daha yaxşı olar”.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Gündəm
31 Avqust 15:42
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52

