Pandemiya endemiyaya çevrilib...
25.10.2023 [11:47]
Karantin rejimi sərtləşəcək?
Bir göz qırpımında dünyaya dəhşətli bir bəla kimi yayılan koronavirus pandemiyası bitmək bilmir. Son zamanlar dünya ölkələrində, o cümlədən Azərbaycanda yoluxma sayında artım müşahidə olunur. Mütəxəssislər COVİD-19-a yoluxmanın sürətlənməsini payız-qış mövsümü ilə əlaqələndirirlər. Belə ki, havaların soyuması ilə kəskin respirator infeksiyalar aktivləşir. Mövcud durum hər bir ölkəni ciddi şəkildə narahat edir. Mütəxəssislər insanlara maksimum şəkildə diqqətli olmağı tövsiyə edirlər.
Pandemiyanın qarşısını almaq mümkün deyil
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa regional bürosunun direktoru Hans Klüge pandemiya ilə bağlı açıqlama verib. O qeyd edib ki, pandemiyaların, o cümlədən COVID-19-un qarşısını almaq mümkün deyil, amma onlara qarşı hazırlıq işləri aparmaq olar.
Klüge ÜST-nin Avropa regional komitəsinin Astanada keçirilən 73-cü sessiyasındakı çıxışında deyib: “Şübhəsiz ki, qlobal dünyada başqa pandemiyalar da ortaya çıxa bilər. Amma ən mühüm amil onlara qarşı hazırlıqlı olmaqdır. Biz COVID-19 pandemiyasından çoxlu dərslər çıxarmışıq və onları bölüşməyə hazırlaşırıq”.
Klüge hesab edir ki, pandemiyanı dayandırmaq mümkün deyil, lakin ona qarşı daha yaxşı hazırlaşmaq olar.
Ölkəmizdə vəziyyət...
Azərbaycanda son 1 həftə ərzində (16-22 oktyabr) koronavirus infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb. Operativ Qərargahdan verilən məlumata görə, həmin müddətdə infeksiyaya 156 yeni yoluxma faktı qeydə alınıb. COVID-19-a yoluxan 234 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 6 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 833 955 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 823 439 nəfər müalicə olunaraq sağalıb. Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 415, bu günə qədər isə ümumilikdə 7 699 775 test icra olunub.
COVİD həyatımızdan çıxmayacaq...
Mövcud durumun ölkəmizdə karantin rejiminin sərtləşməsinə səbəb olub-olmayacağı barədə “Yeni Azərbaycan”a danışan infeksionist-hepatoloq Mərdan Əliyev bildirib ki, dünyada pandemiya bitmiş hesab olunur. Amma koronavirus pandemiyası dünyada artıq endemiya halına çevrilib: “Yəni hər ölkənin koronavirus kimi bir problemi var. Lakin bu problem bütövlükdə Yer kürəsinin deyil. hər ölkənin lokal problemidir. Ona görə də koronavirus indi endemiya vəziyyətindədir. Əvvəlcədən də proqnozlaşdırmışdıq ki, bu virus həyatımıza daxil olub və heç bir zaman həyatımızdan çıxmayacaq. Məlumdur ki, infeksiyalar payız-qış mövsümünündə daha da aktivləşir. Havalar soyuduqca kəskin-respirator virus infeksiyaları daha çox yayılır. Koronavirus da qrip kimi kəskin respirator infeksiya qrupuna daxildir və bütün bunlar havaların soyuması ilə bağlıdır. Belə havalarda insanlar evdə havalandırmaya yaxşı fikir vermirlər. Eyni zamanda insanların immun sistemi də dəyişir. Bütün bunlar insan orqanizminə təsir edir. Ona görə də payız-qış mövsümündə virusa yoluxmanın çoxaldığını görürük. Baş verənlər təbii prosesdir, hər il payız mövsümündə belə alovlanmalar müşahidə ediləcək”.
Nə etməliyik?
İnfeksionist xəstəlikdən xüsusilə fərdi şəkildə qorunmağın vacib olduğunu vurğulayıb: “Necə ki, qrip olanda müəyyən tədbirlərə əl atırıq, təbii olaraq koronavirus?ayoluxma zamanı da eyni tədbirləri görməliyik. Virusun aktivləşdiyi müddətdə insanlarla çox təmasda olmamaq, xəstə şəxsdən uzaq durmaq lazımdır. Sanitar-gigiyena qaydalarına əməl etmək, avtobusda maskadan istifadə etmək olar. İmmun sistemini gücləndirmək, qidalanmaya fikir vermək vacibdir. Yaşlı şəxslər yenə də risk qrupuna daxildir, xüsusilə ağciyər xəstəliyi olanlar mütləq peyvənd olunmalıdır. Çünki koronavirus belə insanlar üçün ölümcül ola bilər”.
Karantin rejimi gücləndiriləcək?
M.Əliyev dövlət tərəfindən xüsusi karantin rejiminin gücləndirilməyəcəyini qeyd edib: “Çünki ölkəmizdə əhali arasında kollektiv immunitet formalaşıb. Bu da xəstəliyin daha yüngül keçməsinə şərait yaradır, beləliklə, səhiyyə sistemi, xəstəxanalar yüklənmir, insanlar ev şəraitində müalicə olunurlar. Vətəndaşlarımızın demək olar ki, hamısı bu xəstəliyə yoluxub və sağalıb, eyni zamanda peyvənd olunublar. Ağırlaşan hallarda xəstəxanaya müraciət edirlər. Hər bir halda qorunmaq lazımdır. Dövlət tərəfindən sadəcə müəyyən tövsiyələr verilə bilər. Məsələn, maskalardan istifadə, peyvəndin təşkili və s. Lakin xüsusi karantin rejiminin gücləndirilməsinə ehtiyac olmayacaq. Lokal şəkildə idarədaxili müəyyən göstərişlər ola bilər. Məsələn, xəstə şəxslərin işə gəlməməsi tələb olunsa, yaxud məktəblərdə qızdırmalı və xəstə uşaqların dərsə buraxılmamasına diqqət yetirilsə, yaxşı olar”.
Y.BAYRAMOVA
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18

