Havada təhlükə...
13.12.2023 [10:40]
Kəskin qaz qoxusu sağlamlığa ziyandır
Yeganə BAYRAMOVA
Son vaxtlar havada dəm qazının normadan artıq olması barədə tez-tez eşidirik. Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir. Gündəlik olaraq stansiyalardan əldə olunan 24 saatlıq ölçmə məlumatlarının təhlili aparılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən qeyd olunub ki, Bakı və Sumqayıtda havada dəm qazının miqdarı normadan çox olub: “Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir. Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəcikləri 1.6, dəm qazı 1.3, azot-4 oksid 1.1, Sumqayıt şəhərində dispers toz hissəcikləri 1.3 dəfə normadan yüksək müəyyən edilib. Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır”.
Havanın tərkibində dəm qazının normadan yüksək olmasının insanların sağlamlığına mənfi təsiri elmə çoxdan məlumdur. Bakı və digər şəhərlərdə dəm qazının normallaşması üçün hansı tədbirlər görülür? Ümumiyyətlə, havada dəm qazının normadan çox olması nə ilə əlaqədardır?
Sualımızı cavablandıran ekoloq Cavid Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, böyük şəhərlərdə atmosferi çirkləndirən mənbələrə sənaye müəssisələri, yaşayış və ictimai binaları qızdırmaq üçün fəaliyyət göstərən istilik-elektrik mərkəzləri, müxtəlif nəqliyyat vasitələri və s. aiddir: “Hazırda dünyanın böyük şəhərlərində hava mühitinin çirkləndiriciləri sırasında avtomobil nəqliyyatının payı 70 faizdən çox təşkil edir. Avtomobillərin işlənmiş tullantı qazlarının tərkibində 200-dən çox toksik maddə, o cümlədən dəm qazı və azot oksidləri, aldehidlər, qurğuşun birləşmələri, polisiklik aromatik karbohidrogenlər əsas yer tutur”.
Başağrı, başgicəllənmə, yuxusuzluq...
Mütəxəssisin sözlərinə görə, karbon-oksid və ya dəm qazı üzvi maddələrin sona qədər yanmaması nəticəsində yaranır: “Səyyar çirkləndirici adlanan avtomobil nəqliyyatı tüstüsündə və işlənmiş qazların tərkibində dəm qazı 7,7-13,5 faiz təşkil edir. Qapalı yerlərdə və açıq atmosferdə fövqəladə hallarda onun miqdarı 30-50 faizə qədər də ola bilər. İysiz, rəngsiz və havadan yüngül olan dəm qazı orqanizmə tənəffüs yolları ilə daxil olub, həmin yolla da xaric olur. Alveolların divarından qana keçdikdə hemoqlobinlə asanlıqla birləşərək karboksihemoqlobin əmələ gətirir. Qeyd edək ki, atmosfer havasında dəm qazının miqdarı heç vaxt kəskin zəhərlənmə törədə biləcək həddə olmur. Bu qazdan kəskin zəhərlənmə adətən qapalı yerlərdə birdəfəlik yüksək dozaların təsirindən baş verir, xəstəliyin gedişi yüngül, orta və ağır formalarda müşahidə olunur. Xronik zəhərlənmə adətən az dozanın uzunmüddətli təsirindən baş verir. Xəstəni başağrı, başgicəllənmə, yuxusuzluq narahat edir. İştah pozulur, xəstə arıqlayır, yorğunluq hiss edir, yaddaşı zəifləyir, ürək nahiyəsində ağrı, təngnəfəslik olur. Mərkəzi sinir sisteminin funksional pozuntuları - asteniya, vegetativ disfunksiya, damar spazmı, hipertenziya haları baş verir”.
Karboksihemoqlobinin səviyyəsi 3-4 faizə yüksəlir...
Dəm qazının havadan yüngül olduğu üçün əsasən atmosferin yuxarı qatlarına qalxdığını və bir hissəsinin istixana qazlarından olan karbon qazına çevrildiyini deyən C.Hüseynov heç də həmişə belə olmadığını da diqqətə çatdırıb: “Şəhərlərin ensiz, hər iki tərəfdən hündürmərtəbəli binalarla əhatə olunmuş küçələrində avtomobillərin sürəti azalır, tıxaclar yaranır. Nəticədə xaric olan işlənmiş qazlar, o cümlədən dəm qazı insanların tənəffüs zonasındakı havanın tərkibində toplana bilir və xroniki zəhərlənməyə xas əlamətlərlə özünü təzahür etdirir. Xaric olunan dəm qazının miqdarı nəqliyyatın növü, mühərrikin vəziyyəti, yanacağın keyfiyyəti və s. amillərdən də asılıdır. Araşdırmalar göstərib ki, belə şəhərlərin küçələrində hərəkəti nizamlayanların qanında karboksihemoqlobinin səviyyəsi 3-4 faizə qədər yüksəlir. Eyni zamanda, sürücülərin qanında karboksihemoqlobinin miqdarının artması və bununla əlaqədar qəza hallarının çoxalması barədə əsaslı məlumatlar var”.
Hansı işlər görülməlidir?
Mütəxəssis qeyd edir ki, rütubətli isti iqlimə malik Abşeron yarımadasında atmosferə atılmış dəm qazı Yer səthinə yaxın hündürlükdə və binaların mənzillərində toplana bilər. Yüksək temperatur isə onun toksiki təsir effektini daha da gücləndirir. Normaya görə, dəm qazının yol verilən konsentrasiyası açıq atmosferdə 1 mq/m3, iş yerləri havasında isə 20 mq/m3-ə qədərdir: “Profilaktik məqsədlə yaşayış məskənləri düzgün planlaşdırılmalı, arxitektura-tikinti sistemlərində müvafiq norma və qaydalara əməl olunmalı, yaşayış zonası yaşıllaşdırılmalı, çirklənmə mənbələrində qurğuların hermetikləşdirilməsi təmin edilməlidir. Qapalı iş yerlərində yerli və ümumi ventilyasiya sistemi quraşdırılmalıdır. Dəm qazının havadakı miqdarına müvafiq qurumlar tərəfindən müntəzəm nəzarət olunmalıdır”.
Şəkər xəstələrinə mənfi təsir edir...
Toksikoloq İsmayıl Əfəndiyev bildirib ki, havada dəm qazının normadan artıq olması ilk növbədə beyin mərkəzinə təsir edir: “Tənəffüs mərkəzi beyində yerləşdiyi üçün oksigen çatışmazlığı beyin mərkəzində hiss edilir. Bu hava ağciyər, ürək çatışmazlığı olan xəstələr üçün çox təhlükəli sayılır. Çünki, sözügedən xəstələr resediv qruplar, risk qrupu sayılır. Havada qaz qarışıqlarının normadan artıq olması şəkər xəstələrinə də mənfi təsir edir. Amma bu havada ən çox zərər dəyən ürəyin işemik xəstələrindən, ağciyər xəstəliyindən əziyyət çəkən xəstələr olur.
Hipoksiya meydana çıxır...
Toksikoloq bildirib ki, davamlı tıxaclarda işləyən mühərriklərdən çıxan dəm qazı havaya qarışır: “Az da olsa, havaya qarışmış dəm qazı qanla birləşir və hipoksiya - oksigen azlığı meydana çıxır. Bu da başağrılarına, halsızlığa, gözlərdə yanma, qaşınma, burun qıcıqlanmasına gətirib çıxarır”.
İ.Əfəndiyev bildirdi ki, insanların skuterə, velosipedə, piyada gəzintiyə üstünlük vermələri çox vacibdir: “Belə olarsa, havanın zəhərlənməsi daha da azalar”.
Xəbər lenti
Hamısına baxSiyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23

