Son 1 gün...
30.12.2023 [14:03]
Yeni İl süfrəsi neçəyə başa gəlir?
Yeni ilin gəlməsinə artıq bir gün qalıb. 2023-cü ili geridə qoyub, 2024-cü ili qarşılamağa hazırlıqlar görürük. Hər kəsin Yeni ildən gözləntiləri fərqli olsa da, ortaq arzumuz sevdiklərimizlə xoşbəxt, dinc və sağlam bir il keçirməkdir. Təbii ki, digər bayramlar kimi Yeni ilin də olmazsa-olmazı bayram süfrələridir. “Yeni ili necə qarşılasan, bütün il də elə keçəcək”-deyirlər. Ona görə də bayram süfrələrini hazırlamaq üçün, “yaxşı bazarlıq” etmək vacibdir.
Yeni ili evində qarşılayan
şəxslər bayram alış-verişi üçün müəyyən qədər pul xərcləməlidir. Maraqlıdır, ölkəmizdə bu il orta statistik ailə üçün Yeni il süfrəsi neçəyə başa gəlir?
Quş məhsullarının qiyməti...
Yeni il süfrəsini qəlyanaltılar və yeməkləri zəngin göstərə bilər. Adətən Yeni il süfrəsinin menyusu dedikdə ağla gələm ilk yemək nar kimi qızardılmış hinduşka ətidir. Lakin bunu da almağa hər ailənin büdcəsi yetmir.
Hinduşka fərə- 42 AZN
Xoruz- 20-22 AZN
Kənd çolpası- 13 AZN
4 nəfərdən ibarət ailə üçün...
Orta statistik 4 nəfərdən ibarət ailə bayram süfrəsini standart yeməklərlə-salat, dolma, plov ilə bəzəmək istəyirsə, ən azı 100-120 manat ödəməlidir. Bayram süfrəsində əvəzolunmaz yeri olan plov üçün ayrıca bu qədər xərc tələb olunur: 1 kq düyü - 3.60 AZN, 1 kq qaysı - 8-12 AZN, 1 kq kişmiş - 8 - 13 AZN, 1 kq şabalıd - 7 AZN, 1 kq soğan - 0.50 - 0.90 AZN, 1 kq ət - 14-18 AZN.
Meyvə, pomidor, xiyar, şirə, çərəz, tort üçün isə 80-100 manata qədər xərc çəkmək tələb olunur.
Bazardakı qiymətlərə gəldikdə, ədviyyatın qiyməti çeşidinə görə dəyişir. Kərə yağının isə kiloqramı çeşidinə görə 18-23 manat arasıdır.
Bayram ərəfəsində balıq bazarında da canlanma var. Balıqların qiyməti dörd manatdan başlayır, 45 manatda yekunlaşır.
Bayramın əsas atributu - Şam ağacı...
Yeni ilin əsas atributlarından sayılan yolkaların qiyməti də fərqlidir. Belə ki, yolkalar minimum 15, maksimum 2500 manata təklif edilir. Qiymətlər ölçü və keyfiyyətə görə dəyişir. Satıcılar şam ağaclarının Çindən gətirildiyini bildirirlər. Lakin qiymətlərin yüksək olmasına baxmayaraq, alıcı qıtlığı yaşanmır.
Qiymətlərdən belə nəticəyə gəlmək olur ki, bir ailə üçün minimum bayram bazarlığı 150-180 AZN arası başa gəlir. Qeyd edək ki, bura hinduşka əti daxil deyil. Sadəcə əsas olan qida inqridentlərini nəzərdə tuturuq. Daha bol çeşidli bayram süfrəsi isə 350-400 AZN civarında olur. Adam sayına və çeşid bolluğuna görə də məbləğ dəyişir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

