“Apple” texnologiyasının böyük sirri
09.01.2024 [11:28]
Hər il yeni model istehsal edilir
Günel ABBAS
Mobil telefonlar müasir insanların həyatına o qədər dərin kök salıb ki, hətta insanlar özlərini mobil telefonsuz təsəvvür edə bilmirlər. Bunun əsas səbəbi isə insanların informasiyanı smartfonlar vasitəsilə almağa üstünlük verməsidir. Xüsusi ilə gənc nəslin nümayəndələri günün bir neçə saatını mobil telefonları ilə keçirir.
Elə bu günə görə də mobil telefonların ən son model olmasına, xüsusilə sürətinə, parametrlərinə, kamera keyfiyyətinin yüksək olmasına üstünlük verirlər. Bu mənada 17 il əvvəl, 9 yanvar tarixində ictimaiyyətə təqdim edilən “iPhone” smartfonu hazırda çoxlarının ilk seçimi olur. Bu smartfon üç cihazın - “iPod”, “İnqilabi mobil telefon” və “İnkişaf etmiş internet smartfon”un funksiyalarını özündə birləşdirir. Nüfuzlu “Time” jurnalı Stiv Cobsun “Biz telefona ikinci həyat verdik” sözlərini təsdiqləyərək 2007-ci ildə bu smartfonu ilin ixtirası adlandırıb. Təsadüfi deyil ki, bu gün də dünyanın ən məşhur telefonu olan “iPhone” , bəlkə də yüz milyonlarla insanın əs sevimli əşyası, heyranlıq predmetidir. Baxmayaraq ki, qiymətlər həddindən artıq yüksək və şişirdilmişdir (analoji digər modellər ilə müqayisədə). Bu telefonların populyarlığı gündən-günə artır. Hər yeni gələn nəsil bu telefona daha çox maraq göstərir. Eyni sözləri “Apple” firmasının digər məhsulları, “Mac” kompüter və noutbukları haqqında da söyləmək olar.
Nəyə görə bu texnika belə bahadır?
Əvvəla ona görə ki, siz hər şeydən öncə brendə görə pul ödəyirsiniz. Bu gün “Apple” brendi dünya bazarında ən məşhur və ən çox tanınan markalar siyahısındadır. Buna görə kompaniyanın banilərindən biri olan Stiv Cobsa “sağ ol” deməyə dəyər. Düzdür, Stiv özü heç vaxt heç nəyə layihə verməyib. Əgər onun bioqrafiyası haqqında deyilənlərə inansaq, o, elektronikadan elə də baş çıxarmırdı, amma bu ona inanılmaz zirvələri fəth etməyə əngəl olmadı. Əslində Cobs inanılmaz dərəcədə yaxşı menecer idi, məhz o, öz firmasını bir dəfə uçurumun dibinə salmış və məhz o, daha sonra bu kompaniyanı uçurumdan çıxararaq, dünyanın ən bahalı şirkətlərindən birinə çevirmişdir.
Növbəti məsələ məhsulun keyfiyyətidir. Dizayn və texniki yeniliklər Amerikanın Kaliforniya ştatında hazırlanır, texnika özü isə Çində istehsal edilir. Buna heç də
təəccüblənmək lazım deyil. Axı indi elektronika ilə az-çox bağlılığı olan bütün şirkətlərin məhsulları məhz bu ölkədə yığılır. Bəzi Qərb mətbuat nümayəndələri iddia edirlər ki, “Apple”ın Çində yerləşən müəssisələri üzərindəki nəzarəti həddindən artıq ciddidir. Amma buna rəğmən hətta belə keyfiyyətli məhsulların da xarab olma ehtimalı var.
Üçüncü məsələ telefonun dizaynının cəlbedici olması ilə əlaqədardır. Əgər o, başqa cür olsaydı, çətin ki, bu Kaliforniya kompaniyası bu qədər yüksək zirvələrə nail ola bilərdi. Bu məqamda yenə də Stiv Cobsa təşəkkür etmək lazım gəlir, axı hər bir məhsulun dizaynını o şəxsən qiymətləndirir və razılıq verirdi.
Amma bu sadalananlara rəğmən bəziləri ümumiyyətlə “Apple” texnikasını qəbul etmir. Niyə? Xarici görünüşünü bəyənmirlər, olduqca bahadır, kompaniyanın özünə qarşı laqeyd və xoşagəlməz münasibətlər mövcuddur. Ancaq bütün bu fikirlərə rəğmən “Apple” öz rekordlarını təzələməkdə davam edir.
Təbii ki, yüksək qiymətlə alıcıları cəlb etmək çətindir. Bunun üçün telefonu digər smartfonlardan fərqləndirən xüsusiyyətləri olmalıdır. “Apple” bu məqamları da düşünərək işləyir və öz istəyinə nail olur.
Alıcıları cəlb edən sirr nədir?
Birinci məqam məxfilikdir. Bu, “Apple”ın əsas dəyərlərindən biridir. Şəxsi məlumatlarımızı kiminlə paylaşacağımıza qərar verməyimiz hər şeydən daha vacibdir. “iPhone” şəxsi məlumatlarımızı son təfərrüatına qədər qorumaq üçün yaradılıb. Hər bir “iPhone” üzümüz və ya barmaq izimizlə etibarlı identifikasiyaya malikdir. Digər şirkətlərin tətbiqlərində və ya veb-saytlarında fəaliyyətimizi izləmək üçün proqramlar bizim icazəmizi tələb edir. iMessages və “FaceTime” video zənglərimiz “ucdan-uca” şifrələnir.
İkinci məqam uzunömürlülük və davamlılıqdır. Ən son “iPhone” modellərində hər hansı bir smartfon şüşəsindən daha sərt olan “Ceramic Shield” var. O, həmçinin sıçrayışlara qarşı son dərəcə davamlıdır. Beləliklə, “iPhone” digər smartfonlarla müqayisədə dəyərini daha uzun müddət saxlayır.
Üçüncü məqam demək olar ki, istifadəçilərin seçimini birbaşa yönəldir. Bu, yüksək keyfiyyətli kamera ilə bağlıdır. Telefonun gecə rejimi zəif işıqda rəngləri və detalları çəkir. Portret rejimi fonu tutqunlaşdırmaqla obyektinizi fərqləndirir. Kinematik rejim, Hollivud filmləri kimi videolarınıza sahə dərinliyi əlavə edir və bütün bunlar avtomatik olaraq baş verir.
Dördüncü məqam bütün ehtiyaclar üçün müasir və təhlükəsiz “App Store” tətbiqinin olmasıdır. “Apple” redaktorları növbəti sevimli tətbiqinizi tapmaq üçün milyonlarla ödənişli və pulsuz proqramlar tərtib edir. O, tərtibatçılar haqqında hekayələr, eləcə də proqramlardan maksimum yararlanmaq üçün məsləhətlər təklif edir. “Məxfilik Dəyər Etiketləri” proqramların məlumatlarınızı necə istifadə etdiyini görməyə imkan verir. Proqramı yükləməzdən əvvəl məxfilik etiketini nəzərdən keçirə bilərsiniz ki, bunun sizin üçün uyğun olub-olmadığına qərar verəsiniz. Yüklədiyiniz proqramlar fotolarınız və ya məkanınız kimi məlumatlara daxil olmaq üçün icazənizi tələb edir.
Beşinci məqam telefondan istifadə zamanı suallarınızı cavablamağa kömək edən şəxsi yardımdır. Suallarınız varsa, kömək edəcək birini tapmaq üçün çox asan yollar da var. Siz telefonda “Mütəxəssis”lə danışa, onlayn söhbət edə,
“Apple Store”a daxil ola və ya “Apple Dəstək” proqramından əlaqə saxlaya bilərsiniz.
Nəticə etibarilə həm parametrlər, həm də dizaynına görə “iPhone” smartfonunun böyük rəğbət doğurduğu məlumdur. Ancaq sadalanan xüsusiyyətləri nəzərə alaraq bir telefon üçün yüksək məbləğ ödəmək alıcıların öz öhdəsinə düşür.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

