/ / Azərbaycanın xarici işlər naziri BMT Təhlükəsizlik Şurasında keçirilən açıq müzakirələrdə çıxış edib
Azərbaycanın xarici işlər naziri BMT Təhlükəsizlik Şurasında keçirilən açıq müzakirələrdə çıxış edib
08.08.2013 [10:11]
BMT Təhlükəsizlik Şurasında “Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT ilə regional və subregional təşkilatlar arasında əməkdaşlıq” mövzusunda açıq müzakirələr keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Argentinanın Prezidenti xanım Kristina Fernandez Kirşnerin sədrlik etdiyi tədbirdə Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarovun çıxışı dinlənilib.
Nazir diqqətə çatdırıb ki, BMT Nizamnaməsinə uyğun olaraq, Təhlükəsizlik Şurasında iştirak edən üzv ölkələr beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyəti daşıyırlar və bu məsuliyyət altında öz vəzifələrini icra etmək üçün Təhlükəsizlik Şurasının onların adından çıxış etməsinə dair razılığa gəliblər. Eyni zamanda, Nizamnamənin 8-ci bəndi münaqişələrin sülh yolu ilə həllində BMT ilə regional təsisatlar arasındakı əməkdaşlığı təşviq edir.
Son on ildə Afrika Birliyinin rolunun əhəmiyyətli dərəcədə artdığını qeyd edən Elmar Məmmədyarov deyib: “Şübhəsiz ki, Təhlükəsizlik Şurasının müzakirələrinin əhəmiyyətli hissəsini təşkil edən Afrikanın bu gün üzləşdiyi problemlər birgə siyasi və diplomatik vasitələrlə daha yaxşı həll edilə bilər. Bu xüsusda, sülh və təhlükəsizlik sahəsində BMT ilə Afrika Birliyi arasında strateji əlaqələrin inkişafında əldə olunmuş irəliləyişi alqışlayırıq”.
Vurğulanıb ki, Təhlükəsizlik Şurasının üzvü, Afrika Birliyi və Ərəb Dövlətləri Liqasında müşahidəçi olan Azərbaycan BMT ilə bu regional təşkilatlar arasındakı tərəfdaşlıq əlaqələrinin inkişafını bundan sonra da dəstəkləyəcək. O deyib: “Biz, həmçinin Latın Amerikası və Karib Dövlətləri İttifaqı və Cənubi Amerika Ölkələri Birliyi kimi yeni subregional təşkilatların fəaliyyətini qeyd etməklə yanaşı, onların bu görüşdə iştirakını və müzakirələrə töhfə verməsini alqışlayırıq. Bununla yanaşı, İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası kimi üzv dövlətlərin ümumi mədəniyyət və dil dəyərləri əsasında formalaşmış təşkilatların rolunun artması, qarşılıqlı maraq doğuran geniş gündəlikdə BMT ilə bu təşkilatların əməkdaşlığını və qarşılıqlı əlaqəsini genişləndirmək məqsədinə daha yaxşı xidmət edəcək imkanların və müvafiq yanaşmaların tədqiqinə zərurət yaradır”.
Nazir diqqətə çatdırıb ki, hər şeydən əvvəl üzv dövlətlərin öz öhdəliklərinə sadiq qalması, Nizamnamədə təsbit edildiyi kimi, suverenlik, ərazi bütövlüyü və dövlətlərin siyasi müstəqilliyinə hörmət edilməsi həlledici amildir. Biz hərbi münaqişələr zamanı bəzi hallarda beynəlxalq normaların və prinsiplərin təhrif olunması cəhdlərinin edilməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmamasına narahatçılığımızı ifadə edirik. O deyib: “Ona görə bu əhəmiyyətlidir ki, bu gün bizim görüşümüzdə Təhlükəsizlik Şurası münaqişənin qarşısının alınması üçün əlaqəli şəkildə beynəlxalq tədbirlərin görülməsinin əhəmiyyətini ifadə etdi. Müzakirələr Nizamnaməyə, Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq mübahisələrin sülh yolu ilə həlli və münaqişələrin qarşısının alınması məqsədilə regional səviyyədə səylər göstərilməsi üçün BMT-nin orqan və institutlarının da daxil olduqları beynəlxalq birliyə çağırış etdi. Təhlükəsizlik Şurası, həmçinin regional tərəfdaşların həmişə sülh və təhlükəsizlik sahəsində öz fəaliyyətləri barədə məlumat verməli olduqlarını vurğuladı. Prioritet məsələ kimi Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə, xüsusilə münaqişələrin qarşısının alınması, idarə və həll edilməsi ilə əlaqəli qətnamələrə daha çox diqqət ayrılmalıdır”.
Elmar Məmmədyarov vurğulayıb ki, ərazilərinin əhəmiyyətli hissəsinin işğalından və geniş miqyasda etnik təmizləmədən əziyyət çəkən ölkə kimi Azərbaycan dünyanın müxtəlif bölgələrində həlli uzadılmış münaqişələri və onların humanitar və insan hüquqları baxımından nəticələrinin həllinə yönəlmiş işlərin görülməsinə dair yanaşmaları dəstəkləyir.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

