Azərbaycan nümayəndə heyəti Brüsseldə səfərdə olub
31.08.2013 [09:25]
İqtisadi inkişaf naziri, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Avropa İttifaqının (Aİ) genişləndirilməsi və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin dəvəti əsasında Brüsseldə səfərdə olub.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, səfər zamanı Şahin Mustafayev Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin nəqliyyat üzrə komissarı S.Kallas, Aİ-nin genişləndirilməsi və Avropa qonşuluq siyasəti üzrə komissarı Ş.Füle və Avropa İnkişaf Bankının (AİB) vitse-prezidenti V.Moltererlə görüşlər keçirib.
Nazir Ş.Mustafayev nəqliyyat üzrə komissar S.Kallasla görüşdə Azərbaycanda və regionda həyata keçirilən nəqliyyat layihələri barədə ətraflı məlumat verərək, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyətindən danışıb və bunun Cənubi Qafqaz regionunda regional əməkdaşlığın inkişafının bariz nümunəsi olduğunu bildirib. Ş.Mustafayev tam regional inkişafın və əməkdaşlığın yalnız Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsindən sonra mümkün ola biləcəyini diqqətə çatdırıb.
Komissar Kallas Azərbaycanın mürəkkəb coğrafi məkanda yerləşdiyini çox yaxşı anladığını və ölkənin bölgədə sabitləşdirici rol oynadığını qeyd edərək, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Aİ tərəfindən dəstəkləndiyini bildirib və bu mühüm regional nəqliyyat layihəsinin bölgədə sülh və təhlükəsizliyə töhfə verəcəyini vurğulayıb.
Nazirin komissar Füle ilə görüşdə Azərbaycan ilə Aİ arasında əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanlarına dair geniş fikir mübadiləsi aparılıb. Ştefan Füle Azərbaycanın Avropa İttifaqı üçün müstəqil və etibarlı tərəfdaş olduğunu vurğulayıb, Aİ tərəfindən ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün dəstəkləndiyini qeyd edib.
Ş.Füle Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin iyununda Brüsselə səfərini yüksək qiymətləndirərək, bu səfərin Avropa İttifaqı-Azərbaycan münasibətlərinin bir sıra strateji istiqamətlər üzrə inkişafına töhfə verdiyini diqqətə çatdırıb.
Görüş zamanı Şahin Mustafayev Aİ ilə əməkdaşlığın ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib, Avropa İttifaqı ölkələrinin Azərbaycan iqtisadiyyatına qoyulmuş investisiyaların həcminə görə öncül yer tutduğunu və ölkəmizin əsas xarici ticarət tərəfdaşı olduğunu bildirib.
İqtisadi inkişaf naziri, həmçinin regiondakı siyasi-iqtisadi vəziyyət barədə də geniş məlumat verib, regionun gələcək inkişafının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməsindən asılı olduğunu vurğulayıb.
Görüşdə iqtisadi inkişaf naziri Ş.Mustafayev və komissar Ş.Füle tərəfindən Aİ ilə Azərbaycan arasında fəaliyyət planı üzrə maliyyələşdirmə sazişi imzalanıb.
Ş.Mustafayev Brüsselə səfəri çərçivəsində Avropa İnkişaf Bankının vitse-prezidenti V.Moltererlə də görüşüb. Görüşdə Azərbaycan Respublikası ilə Avropa İnkişaf Bankı arasında gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Azərbaycan Respublikası ilə Avropa İnkişaf Bankı arasında AİB-in Azərbaycanda fəaliyyətini tənzimləyən çərçivə sazişi imzalanıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17

