İran-Azərbaycan əlaqələri qarşılıqlı maraqlara xidmət edir
11.04.2014 [09:22]
Regional əməkdaşlığa və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr verən iki ölkə münasibətləri perspektiv üçün optimist proqnozlar ifadə etməyə imkan verir
Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınmaqdadır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geosiyasi və geoiqtisadi, bir sözlə, geostrateji təhlükəsizliyinə fundamental töhfələr verməkdə və regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır.
Onu da qeyd etmək lazımdır ki, ölkəmiz beynəlxalq münasibətlərin müstəqil subyektləri - milli dövlətlərlə səmərəli ikitərəfli əlaqələrə malikdir. Bu baxımdan, Azərbaycanın qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələrinə malik olduğu ölkələrdən biri də İran İslam Respublikasıdır. Regionda mühüm təsir imkanlarına malik olan İranla Azərbaycan arasında bir çox sahəni ehtiva edən çoxşaxəli münasibətlər mövcuddur.
Öz növbəsində rəsmi və işgüzar səfərlər ölkələrimiz arasındakı münasibətlərin inkişafına özünəməxsus töhfələr verməkdədir. Məlum olduğu kimi, aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasına rəsmi səfər edib. Səfər çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi, humanitar əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib. Müzakirələr zamanı pozitiv fikirlərin səsləndirilməsi, əhəmiyyətli saziş və memorandumların imzalanması onu deməyə əsas verir ki, Azərbaycan-İran münasibətlərinin gələcək inkişafı barədə yalnız optimist düşünmək olar. Əminliklə söyləmək olar ki, ölkələrimiz arasındakı səmimi və qarşılıqlı-faydalı münasibətlər bundan sonra da dinamik inkişaf tempinə malik olacaq. Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov APA-ya müsahibəsində qeyd edib ki, səfərin gedişi, imzalanmış sazişlər, xüsusilə dövlət başçılarının görüşü və mətbuat üçün səsləndirdikləri bəyanat onu deməyə əsas verir ki, qonşu, dost və tərəfdaş dövlətlər olan İranla Azərbaycan arasındakı mövcud münasibətlər bundan sonrakı dövrdə yüksələn xətt üzrə inkişaf edəcək: “Ölkələr arasında gələcək münasibətlərin inkişaf konturları aydındır, regionda və dünyada baş verən bir çox hadisələrə dair onların fikir birliyi mövcuddur”.
İki ölkə arasındakı qarşılıqlı-faydalı münasibətlərdən bəhs edərkən o da qeyd edilməlidir ki, Azərbaycanla İran beynəlxalq aləmdə də daim bir-birini dəstəkləyir. Ölkələrimiz regional və beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq əlaqələrinə malikdirlər. Şübhəsiz, hər iki ölkənin qarşılıqlı-faydalı əməkdaşlığı regional və beynəlxalq təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb edir. Rəsmi Tehran regional təhlükəsizliyin təmin və mühafizə olunması, eləcə də səmərəli tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsində Azərbaycanla çoxşaxəli əməkdaşlığa müstəsna önəm verir. Əlbəttə, müstəqil siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində əhəmiyyətli rol oynaması İranın ölkəmizlə əməkdaşlığa xüsusi diqqət yetirməsini şərtləndirir. Müsahibəsində bu məsələyə toxunan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, danışıqların ümumi gedişatı onu deməyə əsas verir ki, mövcud səmimi münasibətlər, qarşılıqlı-faydalı əməkdaşlıq hər iki xalqın xeyrinədir və gələcəkdə regionda sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət edəcək.
Beləliklə, regional əməkdaşlığa və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr verən Azərbaycan-İran münasibətləri perspektiv üçün optimist proqnozlar ifadə etməyə imkan verir. Xüsusilə də Prezident İlham Əliyevin dost və tərəfdaş ölkə olan İrana səfəri əlaqələrin inkişafına mühüm töhfələr verdi və bununla da əməkdaşlıq münasibətlərində yeni bir dönəmin əsası qoyuldu. Əli Həsənovun da qeyd etdiyi kimi, Azərbaycan Prezidentinin İrana rəsmi səfəri iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və qarşılıqlı-faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm mərhələnin başlanğıcı oldu: “Səfər bir daha təsdiq etdi ki, İran-Azərbaycan əlaqələri möhkəm zəmin üzərində qurulub və qarşılıqlı maraqlara xidmət edir”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

