/ / Azərbaycanın qadın hüquqlarının müdafiəsi sahəsində təcrübəsi beynəlxalq ictimaiyyətə çatdırılıb
Azərbaycanın qadın hüquqlarının müdafiəsi sahəsində təcrübəsi beynəlxalq ictimaiyyətə çatdırılıb
17.03.2015 [09:59]
Nyu-Yorkda Qadınların Vəziyyəti üzrə Komissiyanın 59-cu sessiyası keçirilib. Sessiyada Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının qəbulunun 20-ci ildönümü münasibətilə Bəyannamə və Platformanın icrası ilə bağlı qlobal qiymətləndirmələr, 2015-ci ildən sonrakı dövr üçün inkişaf gündəliyinə gender perspektivlərinin daxil edilməsi barədə müzakirələr aparılıb.
Sessiyada Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova, Milli Məclisin deputatı Sahibə Qafarova, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iştirak edib. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
AQUPDK-nın sədri Hicran Hüseynova sessiyada çıxış edərək Azərbaycan qanunvericilik sistemində qadın hüquqlarının müdafiəsi üçün qəbul edilən müxtəlif dövlət proqramlarından bəhs edib. Komitə sədri qadın hüquqlarının müdafiəsi sahəsindəki mövcud vəziyyət, əldə olunan nailiyyətlər barədə danışıb. O, Azərbaycanın Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etməsinin tarixindən söz açıb və bunun əhəmiyyətini vurğulayıb. Bildirib ki, XX əsrin sonlarında Ermənistanın hərbi təcavüzü ilə üzləşən, torpaqları işğal olunan, ərazisinin 20 faizini itirən, müharibənin ağrı-acılarını yaşayan, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan Azərbaycanın Pekin konfransında təmsil olunmasının çox böyük əhəmiyyəti var idi. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan qadınları özlərində böyük siyasi iradə taparaq bu dünya əhəmiyyətli tədbirdə iştirak etdilər. Hazırda həmin konfransın iştirakçısı olan qadınların əksəriyyəti rəhbər vəzifələrdə çalışır, ölkənin ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərirlər.
Komitə sədri çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə apardığı balanslaşdırılmış dövlət siyasətinin əsas istiqamətlərini qeyd edərək, respublikamızın regionun lider dövlətlərindən biri olduğunu bildirib. H.Hüseynova Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan sosial xarakterli layihələr, son illərdə tikilən və təmir olunan xəstəxanalar, məktəblər, uşaq bağçaları və bunların qadın hüquqlarının müdafiəsinə təsiri haqqında məlumat verib.
Komitə sədri “Gender bərabərliyinin həyata keçirilməsi”, “Qadın hüquqları və qadın səlahiyyətləri daxilində və xaricində post-2015 İnkişaf Gündəliyi”, “Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün qadınların iqtisadi səlahiyyətləri” mövzularındakı tədbirlərdə çıxış edərək qadınların iqtisadi, ictimai və s. sahələrdə iştirakının əhəmiyyətindən, onların səlahiyyətlərinin genişləndirilməsinin vacibliyindən söz açıb.
Daha sonra komitə sədri “İqtisadiyyat və qadınlar” və “Qadınlar və qızlar üçün iqtisadiyyatın effektiv istifadə metodları” mövzularında keçirilən yüksək səviyyəli “dəyirmi masa”larda çıxış edib və Azərbaycanın həmin sahələrdə təcrübəsini iştirakçıların nəzərinə çatdırıb. H.Hüseynova, həmçinin dünyada qadın hüquqlarının müdafiəsi sahəsindəki problemlərin həllinə dair təkliflərini səsləndirib.
Milli Məclisin deputatı Sahibə Qafarova “Gender bərabərliyi: Pekin+20 Bəyannaməsi və onun prioritetləri” və Avropa Şurası tərəfindən keçirilən “Gender stereotipləri və cinsi ayrı-seçkilik, bu ayrı-seçkiliyin səbəbləri və qadınlara qarşı zorakılıq” mövzusunda tədbirlərdə çıxış edərək gender bərabərliyinin təmin olunması istiqamətində görülən işlərdən, milli qanunvericiliyin gender ekspertizasından, qadınların parlamentdə sayının artırılmasından bəhs edib və bu istiqamətdə təkliflərini irəli sürüb.
Tədbir çərçivəsində H.Hüseynovanın BMT baş katibinin köməkçisi və BMT Qadınlar təşkilatının icraçı direktorunun müavini Lakşmi Puri, təşkilatın regional ofisinin başçısı İngibjorg Gisladottir və UNICEF-in əməkdaşlıq üzrə direktoru Olav Kjorven ilə görüşləri olub. Görüşlər zamanı qadın hüquqlarının qorunması, sülh, gender bərabərliyinə nail olmaq üçün inkişaf prosesi və digər məsələlər müzakirə edilib. Bundan başqa, komitə sədrinin Türkiyənin ailə, sosial məsələlər nazirinin müavini, Küveytin Qadın Məsələləri üzrə Komitəsinin sədri ilə də görüşləri olub.
Sessiya zamanı beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanda son illər qadın hüquqları sahəsində qazanılan uğurları təqdir ediblər və əməkdaşlığın inkişaf planları müzakirə olunub. Sessiyanın sonunda iştirakçılar qadın siyasətinin gücləndirilməsi məqsədilə təklif və tövsiyələrini diqqətə çatdırıblar.
Xəbər lenti
Hamısına baxİdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

