“Berlin TV” kanalı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş reportaj yayımlayıb
09.05.2015 [13:12]
Almaniyanın “Berlin TV” kanalı Şuşanın işğalı günü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş reportaj yayımlayıb. Azərbaycana dair mühüm tarixi əhəmiyyətli faktların əks olunduğu reportajda 1918-ci il mayın 28-də müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu zaman ərazisinin 114 min kvadratkilometr təşkil etdiyi, sovet hökuməti elan olunduqdan sonra isə torpaqlarının böyük bir hissəsinin bolşeviklərin təzyiqi altında Ermənistana güzəştə gedilməsi, 1992-ci ildə erməni vandalları tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında məlumat verilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından AZƏRTAC-a verilən məlumata görə, reportajda Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyevin, Milli Məclis sədrinin müavini Bahar Muradovanın və məcburi köçkün Ərşad Piriyevin münaqişə və onun həlli istiqamətində görülən işlər barədə fikirləri əks olunur.
Azay Quliyev ölkəmizin münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu, ancaq Ermənistan silahlı qüvvələrinin zəbt edilmiş Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin 20 ildən artıqdır ki, icra olunmadığını bildirib.
Azay Quliyev münaqişənin həlli üçün yaradılan ATƏT-in Minsk qrupunu fəaliyyətsizlikdə ittiham edərək onun təcavüzkar ilə təcavüzə məruz qalan ölkə arasında fərq qoymadığını və vasitəçilik mandatından lazımınca istifadə etmədiyini vurğulayıb. O, ATƏT-in Minsk qrupunun həmsədrlərinin tərkibinə yenidən baxılmasının, Almaniya və Türkiyənin də bu tərkibə daxil edilməsinın vacibliyini vurğulayıb və bunun problemin həllinə müsbət təsir edəcəyini deyib.
Şura sədri rəsmi Bakının Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusu və orada yaşayan erməni icmasının və geri qayıdacaq azərbaycanlıların birgə təhlükəsiz yaşamalarına zəmanət verməyə hazır olduğunu vurğulayıb. Azay Quliyev ABŞ-ın və Avropa İttifaqının Ukraynaya göstərdiyi münasibəti Dağlıq Qarabağ münaqişəsinin həllinə də göstərməməsindən təəssüfləndiyini bildirib və işğalçı Ermənistana qarşı müvafiq sanksiyaların tətbiqinin vacibliyini vurğulayıb.
Milli Məclis sədrinin müavini Bahar Muradova Ermənistanın Azərbaycan torpaqları olan Dağlıq Qarabağı özünə birləşdirmək istiqamətində addımlarının fayda vermədiyi üçün onu müstəqil subyekt kimi tanıtmaq cəhdlərini xatırladıb və bunun yolverilməzliyinin Azərbaycan tərəfindən beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldığını söyləyib. O, Dağlıq Qarabağ və 7 ətraf rayon daxil olmaqla Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi və münaqişə nəticəsində azərbaycanlıların etnik təmizləməyə məruz qalması, bu ərazilərdəki mədəniyyət abidələrinin dağıdılması və bir milyondan artıq azərbaycanlının qaçqına və məcburi köçkünə çevrilməsi faktını diqqətə çatdırıb. Bahar Muradova Ermənistanın bu siyasətinin Azərbaycana qarşı hərbi cinayət olması, ölkəmizin öz ərazi bütövlüyünün Helsinki Yekun Aktının prinsipləri əsasında bərpasını tələb edəcəyi, ATƏT-in Minsk qrupunun uğursuz fəaliyyəti və bu fəaliyyətin daha çox bir tərəfin maraqlarına xidmət etməsi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası, Avropa Şurası, ATƏT və Avropa Parlamenti kimi beynəlxalq təşkilatların qətnamə və qərarlarına rəsmi Yerevan tərəfindən əməl edilməməsi barədə fikirlərini bölüşüb.
Məcburi köçkün Ərşad Piriyev isə münaqişə nəticəsində şahidi olduğu erməni vəhşiliyini, yurd-yuvalarından necə didərgin salındıqları barədə acı xatirələrini və dövlətin məcburi köçkünlərə göstərdiyi qayğını tamaşaçıların diqqətinə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

