Ali qardaşlıq nümunəsi
16.11.2021 [10:24]
Türk Dünyası güc mərkəzinə çevrilir
Azərbaycan ictimaiyyəti TDT-ni Türk tarixinin yeni başlanğıc dövrü kimi qiymətləndirir
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Türk Dövlətləri Təşkilatına (TDT) çevrilməsi dünya siyasətində yeni bir mərhələnin başlanğıcıdır. Artıq Türk Dünyası konkret məsələlərlə bağlı vahid platformada hərəkət etmək imkanı qazanır. Bu, olduqca mühüm amildir. Qeyd edək ki, TDƏŞ-in yeni formatda meydana çıxması, həm də ildən-ilə möhkəmlənən Türkiyə-Azərbaycan birliyinə söykənir. Belə ki, iki dövlət arasındakı strateji əməkdaşlıq, o cümlədən “Şuşa Bəyannaməsi”nin imzalanması regionda Türk birliyinin timsalında yeni güc mərkəzinin formalaşmasına yol açdı. Bu, Azərbaycan ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlının fikrincə, Türk birliyinin formalaşmasına uzun illər sərf olunub, bu hərəkat addım-addım inkişaf edib. 2009-cu ildə Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşü isə bu hərəkata yeni bir güc qatıb: “Həmin vaxt yaranan TDƏŞ artıq yeni bir formatda çıxış edəcək. Qeyd edim ki, Azərbaycanın son sədrliyi dönəmində bu proses daha da genişləndi və gücləndi. Özbəkistanın və Türkmənistanın aktiv şəkildə prosesə qatılması isə xüsusi bir əhəmiyyət daşıyır. O cümlədən, Qarabağdakı qələbəmiz Türk birliyinin daha da güclənməsinə yol açdı. Artıq iqtisadi əlaqələrin inkişafı üçün münbit zəmin yaranıb. Təsadüfi deyil ki, İstanbul Zirvə Görüşündə Azərbaycan Prezidentinə Türk Dünyasının Ali Ordeni təqdim olundu. Yeni formatda meydana çıxan TDT dünyada sülhün, təhlükəsizliyin təmininə, Türk dövlətlərinin iqtisadi gücünün birləşməsinə xidmət edir və tarixi, dini, dili bir olan xalqların birlik əzmini nümayiş etdirir. Mən bu tarixi hadisəni Türk ?ünyasının yeni başlanğıc dövrü kimi qiymətləndirirəm.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikrincə, qurumun yeni adı olduqca uğurludur. Belə ki, bu ad Türk birliyin formatını özündə əks etdirir. ADP sədri vurğulayb ki, ikinci əsas nüans TDT-nin şura və ya müşavirə şəklində deyil, təşkilat kimi formalaşdırılmasıdır: “Artıq qurum təşkilat kimi fəaliyyət göstərəcək və funksionallığı artacaq. Bu birliyin yaranması gələcəkdə dünya siyasətində yeri və sözü olan bir gücün meydana çıxmasını təmin edəcək. Bu da alqışa layiqdir. TDT oraya üzv dövlətlər problemlərinin həllində də kifayət qədər mühüm rol oynaya biləcək bir təşkilat olacaq”.
ADP sədri onu da qeyd edib ki, bu birliyə Əfqanıstanın və Pakistanın da qoşulması ehtimalı daha böyük uğur olar. Belə olduğu halda təşkilat regiondakı digər güclərə qarşı təzyiqlərin tarazlaşdırılmasına nail olacaq: “Nəticə etibarı ilə, son bir neçə yüz ildə istismar və işğal altında olan Türk xalqlarının azadlıqlarına nail olunacaq və bölgədə təhlükəsizliyi təmin edəcək ən real gücə çevriləcək. Fikrimcə, Türk birliyini möhtəşəm gələcək gözləyir. Xüsusən bu birliyə daxil olan dövlətlərin perspektivdə inkişafı çox genişdir. Qazaxıstan, Özbəkistan, Azərbaycan, Türkiyə kimi dövlətlərin burada təmsil olunması çox şey deməkdir. Təşkilatda yalnız Qırğızıstanın imkanları məhdud görünür, amma bu da digər ölkələrin yardımı ilə aradan qalxacaq”.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə TDT-ni türk dövlətlərinin yeni güc mərkəzi kimi xarakterizə edib. Onun fikrincə, türk dövlətləri artıq öz iradələrini ortaya qoya biləcəklər: “Bu, həm də türk dövlətləri arasında olan ikitərəfli münasibətlərin möhkəmlənməsinə gətirib çıxaracaq. Təşkilat vasitəsilə Türk dövlətləri bir-birlərinə həm siyasi, həm hərbi, həm də iqtisadi cəhətdən yardım etmək imkanı da qazanır. Bunlar müasir dünyada olduqca əhəmiyyətli məsələlərdir”.
Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımovanın fikrincə, bu birlik Türkiyə-Azərbaycan əməkdaşlığının məntiqi nəticəsidir: “Türk dövlətlərinin birgə gələcəyi üçün çox möhkəm zəmin var, möhkəm təməllər atılıb. Azərbaycan-Türkiyə birliyi və qardaşlığının Türkdilli dövlətlərə örnək olacağına ümid edirəm. Xüsusi vurğulamaq istəyirəm ki, son Zirvə Görüşündə Azərbaycan Prezidentinin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi olduqca əlamətdar hadisədir. Bu gün hər kəs dərk edir ki, Qarabağın işğaldan azad edilməsi Türk birliyinin qarşısında yeni perspektivlər, yeni reallıqlar yaradıb. Bunu yaradan isə Azərbaycan Prezidentidir”.
Ə.Kazımova onu da vurğulayıb ki, TDT-ni qarşıdakı dövrdə böyük inkişaf mərhələsi gözləyir. Qarabağın işğaldan azad olunması nəticəsində açılacaq Zəngəzur dəhlizi Türk Dünyasını birləşdirəcək mühüm kommunikasiyaya çevriləcək.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58
YAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23
YAP xəbərləri
06 Oktyabr 11:22
YAP xəbərləri
06 Oktyabr 11:20
İqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06
İqtisadiyyat
05 Oktyabr 10:05
İqtisadiyyat
05 Oktyabr 10:04
Dünya
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:37
Sosial
05 Oktyabr 09:33
İqtisadiyyat
05 Oktyabr 09:31
Dünya
05 Oktyabr 09:17
Dünya
05 Oktyabr 08:55

