Britaniya lider axtarışında...
08.07.2022 [10:38]
Nazirlərin kütləvi istefası hökumət böhranına səbəb oldu
Nicat PAŞA
Artıq bir neçə gündür Böyük Britaniyanın Baş naziri Boris Conson hök?mətində fəaliyyət göstərən nazirlər kütləvi şəkildə istefa verirlər. Belə ki, iyulun 5-də maliyyə naziri Rişi Sunak və səhiyyə naziri Sacid Cavid istefa verib. Ardınca xəzinə naziri Con Glen, həbsxanalar və probasiya üzrə dövlət naziri Viktoriya Atkins, orta məktəblər üzrə məsul nazir Robin Volker, uşaq və ailə məsələləri üzrə nazir Vill Kuinse, nəqliyyat nazirinin müavini Laura Trott da vəzifədən istefa verdiklərini bildiriblər. Baş nazirin istefasından bir gün öncə isə xarici işlər nazirinin müşaviri Co Çörçill, təhsil naziri Nadhim Zahauvi də istefa verib. Xarici mətbuatın yaydığı məlumatda bildirilir ki, nazirlərin istefalarına səbəb Mühafizəkarlar Partiyasının fəaliyyətinə və ya hökumət kursuna görə deyil. Eks-nazirlərin hökumətdən getmələrinə əsl səbəb kimi Boris Consonun fərdi xüsusiyyətlərindən narazı olmaqları göstərilir. İttihamlardan biri də, Baş nazirin mütəmadi olaraq yalanlar danışması, sonradan üzr istəməsi, nəticədə isə nə yollarla olur-olsun hakimiyyətdə qalmaq istəməsidir. Britaniyanın müxalif partiyası - Leyboristlər Partiyasının lideri Starmer baş verənlərlə bağlı danışarkən “qalmaqallar, əxlaqsız davranışlar, siyasət uğursuzluqları indiki hakimiyyətin gözümüzün qabağında dağılmasına gətirib çıxarıb”, - deyə bildirib.
Xarici KİV-lərin məlumatına görə isə ötən gün baş nazir B.Conson özü Mühafizəkarlar Partiyasının liderliyi vəzifəsindən istefa verib. Bununla yanaşı, baş nazir kabinetinə yeni nazirlər təyin edib. Belə ki, Ceyms Keleverli təhsil naziri, Robert Bakland isə Uels məsələləri üzrə nazir təyin olunub.
“Həqiqətən də Britaniyada sistemli siyasi böhran var. Çünki burada təkcə Consonun əyləncəli məclislərdə iştirak etməyindən, qeyri-adekvat davranışlarından söhbət getmir. Bu, sadəcə təkanverici bir faktor rolunu oynadı”.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında siyasi şərhçi İlqar Vəlizadə səsləndirib. Politoloq Britaniyada dərin krizisin hökm sürdüyünü də bildirib: “Reallıqda Britaniya hökumətində, ümumiyyətlə, Britaniya siyasətində daha dərin krizis yaşanır. Krizis nədən ibarətdir? Ölkəyə başçılıq edən Tori Partiyası böhranda olsa belə, şərti olaraq ifadə etsək, orada “lider böhranı” hökm sürür. Çünki xarizmatik bir lider yoxdur. Consondan öncə Tereza Mey idi və o da lider sayıla bilməzdi. Sonra isə Conson gəldi. Conson ziddiyyətli bir insandır. Doğrudur, onun müəyyən müsbət xüsusiyyətləri də var, amma bütün hallarda ziddiyyətli insandır, partiyanın özündə də onu çoxları qəbul etmirdilər”.
Siyasi şərhçi Böyük Britaniyada müxalif partiyaların da zəif olduqlarını diqqətə çatdırıb: “Digər tərəfdən, Leyboristlər çox zəifdirlər. Müxalif partiyanın normal proqramı yoxdur, onların da arasında çəkişmələr çoxdur və liderlik baxımından zəiflik müşahidə olunur. Yəni Britaniyadakı siyasi böhranın əsl mahiyyəti budur. Təbii ki, Avropa İttifaqı ilə çəkişmələrin fonunda yaranan bir çox problemlər, iqtisadi böhran və digər bir çox amilləri sadalamaq olar. Amma düşünürəm ki, partiyadaxili böhran daha vacib rol oynayır”.
İ.Vəlizadənin fikrincə, hələlik bu posta uyğun gələn, güclü idarəçilik qabiliyyətinə malik olan namizəd yoxdur: “Conson gedəcək, onun əvəzinə isə başqa biri gələcək. Amma Britaniya mətbuatında müşahidə etdiklərimin nəticəsi olaraq, mən elə bir xarizmatik insan, lider tanımıram ki, o, partiyanı idarə etsin”.
Prosedura əsasən, Conson partiya liderliyindən istefa verdikdən sonra onun Baş nazir postundan uzaqlaşması oktyabr ayında gerçəkləşəcək.
Xatırladaq ki, Boris Conson 19 iyun 1964-cü ildə Nyu-Yorkda anadan olub. Atasının babası Əli Kamal - türkiyəli jurnalist, Osmanlı İmperiyasının son Böyük vəziri Əhməd Oqtay hökumətində qısa müddət daxili işlər naziri olub. Bu vəzifədə olaraq o, Kamal Atatürkün həbsinə əmr verib. Atatürk hakimiyyətə gəldikdən sonra general Nurəddin Konyarın əmri ilə Əli Kamal edam edilib.
Bundan sonra Boris Consonun babası Osman Əli İngiltərəyə qaçır və burada Uilfred Conson (ing. Wilfred Johnson) adını qəbul edir.
Ata nənəsi Hənifə Fered, Qafqaz müharibəsi zamanı Osmanlı İmperiyasına qaçan çərkəzlərdən idi.
Boris Consonun anasının babası, Calvariyadan olan (indiki Litvada, o zaman Rusiyada) yəhudi mənşəli amerikalı alim-paleoqraf Elias Everi Levidir (1879-1969).
Anasının nənəsi, Helen Treysi Lav-Porter (1876-1963), alman dilindən bədii nəsri tərcümə edən Amerika tərcüməçisi olub. Əslən Tauandadandır (Bredford dairəsi, Pennsylvaniya ştatı).
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19

