108 il ötsə də...
28.07.2022 [10:31]
Dünyada vəziyyət eynidir - Qütbləşmə davam edir...
G.QABİLQIZI
Bu gün Birinci Dünya müharibəsinin başladığı tarixdən 108 il ötür. 1914-cü il iyulun 28-də başlayan bu böyük müharibə 1918-ci ildə başa çatdı. Dünya tarixini formalaşdıran müharibədə adından da göründüyü kimi çoxlu sayda dövlət iştirak edib. Ümumilikdə dörd ilə yaxın davam edən Birinci Dünya müharibəsi baş verdiyi müddətdə bir çox dövlətlərin həyat tərzini və idarəçiliyini də dəyişdi.
Birinci Dünya müharibəsi kimlər arasında aparılıb?
Birinci Dünya müharibəsi Müttəfiqlər və Mərkəzi Qüvvələr arasında aparılıb. Mərkəzi Güclər ümumiyyətlə, birləşən dövlətlər kimi tanınır. Onların arasında Almaniya, İtaliya, Osmanlı İmperiyası, Avstriya-Macarıstan və Bolqarıstan var. İtaliya bitərəf olacağını desə də, 1915-ci ildə müqavilə dövlətləri tərəfində döyüşə qatılıb. Beləliklə, İtaliyanın bu şəkildə münasibəti müharibənin formasını dəyişib. Antanta dövlətləri isə ümumiyyətlə, müqavilə dövlətləri kimi tanınır. Onların arasında İngiltərə, Fransa, İtaliya, Çar Rusiyası, Yunanıstan, Serbiya, Portuqaliya, Belçika, Yaponiya və ABŞ var. Birinci Dünya müharibəsinin əvvəlində neytral mövqe tutan ABŞ 1917-ci ildə müharibəyə qoşulub. Bu müqavilə dövlətlərinin tərəfində müharibəyə girən ABŞ həm müharibənin formasını dəyişib, həm də müharibənin sürətlə getməsinə səbəb olub.
Müharibə niyə başladı?
Birinci Dünya müharibəsinin ən mühüm məlum səbəbi Fransa İnqilabının gətirdiyi millətçilik ideyasıdır. Bu müharibənin digər səbəbləri sənaye inqilabının gətirdiyi müstəmləkəçilik anlayışıdır. Dövlətlərin müstəqillik ideyalarının artması, dövlətlər arasında silahlanma yarışları və müstəmləkə axtarışlarının sürətlənməsi də səbəblər arasındadır.
Almaniya və Fransa arasında Elzas-Lotaringiya bölgəsindəki problemlər müharibənin ilk səbəblərindəndir. Sənaye İnqilabı ilə birlikdə xammala ehtiyacın artması nəticəsində dövlətlərin bazar axtarışları onların müstəmləkəçilik fəaliyyətini sürətləndirib. Avstriya-Macarıstan vəliəhdi Frans Ferdinandın Sarayevoya səfəri zamanı gənc serb millətçisi tərəfindən öldürülməsi prosesə təkan verib.
Müharibənin nəticələri
Müharibədən sonra Asiya və Avropa ölkələrinin bütün nizamı pozulub. Osmanlı İmperiyası, Avstriya-Macarıstan və Çar Rusiyası parçalanmağa başlayıb və Çexoslovakiya, Yuqoslaviya, Polşa və Macarıstan adlı yeni dövlətlər yaranıb. Bu müharibədə məğlub olan ölkələr ümumiyyətlə çox ağır müqavilələr bağlamağa məcbur olublar. Milyonlarla insan həyatını itirib. Ümumilikdə, Avropanın siyasi xəritəsi dəyişib.
İkinci Dünya nüharibəsi niyə başladı?
Hökumət liderləri hesab edirdilər ki, Almaniyanın Avropada üstünlüyü müharibə tələb edir. Sovet İttifaqının neytrallığını təmin etdikdən sonra (1939-cu ilin avqustunda Almaniya-Sovet Hücum etməmək Paktı ilə) Almaniya 1939-cu il sentyabrın 1-də Polşaya hücum edib. Beləliklə, İkinci Dünya müharibəsi başlayıb. İkinci Dünya müharibəsinin iki mühüm səbəbi var. Birinci səbəb, Birinci Dünya müharibəsindən sonra imzalanan sülh müqavilələrinin ədalətli olmaması, ikinci səbəb isə 1929-cu ildə baş verən iqtisadi depressiyadır.
Üçüncü Dünya müharibəsi başlaya bilər?
Müasir dövrdə Üçüncü Dünya müharibəsinin başlaması ilə bağlı müzakirələr təkcə siyasətçilərin yox, elə adi insanların da maraq dairəsindədir. Baş verən istənilən proses insanları bu haqda düşünməyə vadar edir. Bu səbəbdən müxtəlif şəxslər tərəfindən Üçüncü Dünya müharibəsi ilə bağlı xəbərlərin yayılması da təsadüfi deyil.
Ancaq son aylarda vəziyyət bir qədər fərqlidir. Bu dəfə dünyanın vahid güc strukturlarından Üçüncü Dünya müharibəsi ilə bağlı ifadələr eşidirik. Son aylarda Rusiya və Ukrayna arasında davam edən müharibə Üçüncü Dünya müharibəsinin başlayacağı ilə bağlı da suallar yaradır. Dünyanın gözü və qulağı aylardır Ukraynadan gələn xəbərlərdədir.
Roma Papası Fransisk müsahibəsində Üçüncü Dünya müharibəsinin başladığı qənaətində olduğunu demişdi. Papa qlobal xarakter daşıyan bəzi hadisələrin ortaya çıxdığını və müxtəlif ünsürlərin bir-birinə qarışdığını xatırlatmışdı. Papa Fransisk insanları dayanmağa və bir əsrdə niyə üç dünya müharibəsi baş verdiyini düşünməyə çağırmışdı. Bəşəriyyətin bu fəlakətdən çox əziyyət çəkdiyinə diqqət çəkən Papa Fransisk hər üç müharibənin arxasında silah ticarətinin olduğunu vurğulamışdı.
Ümumilikdə isə Qərb və Rusiya hazırda Ukrayna müharibəsinə görə tarixlərinin ən gərgin dövrünü yaşayır. Çünki Rusiyanın Ukraynaya hücumu ilə nüvə silahından istifadə məsələsi də gündəmə gəlib.
Bununla yanaşı müharibənin 3 ayı tamam olanda İngiltərədən diqqət çəkən bir xəbərdarlıq da gəlmişdi. Britaniya ordusunun komandanı general ser Patrik Sanders ingilis əsgərlərinə “Avropada döyüşməyə hazır olun” mesajını vermişdi. Hətta müharibə ilə bağlı xəbərlər Kremlin nəzarətində olan “Rossiya-1-də 60 dəqiqə” verilişində də diqqətə çatdırılmışdı. Proqramın aparıcısı Olqa Skabeyeva Qərbin Ukraynaya silah verməsinin qlobal münaqişə olduğunu iddia etmiş və Ukraynada Xüsusi Hərbi Əməliyyatın başa çatdığını qəbul etməyin zamanı olduğunu demişdi. Qeyd etmişdi ki, əsl müharibə, 3-cü dünya müharibəsi başlayıb.
Əvvəlki proqramlardan birində isə Moskvanın nüvə hücumu xəritəsini dərc edən rusiyalı jurnalistlər belə bir vəziyyətdə London, Paris və Berlinin xəritəsinin 202 saniyə ərzində silinəcəyini açıqlamışdı. Rusiyalı jurnalistlər belə bir hücum olacağı təqdirdə hədəf alınan şəhərlərdə sağ qalanların olmayacağını da vurğulamışdılar. Qeyd edək ki, Vladimir Putin tərəfindən qorunan “Satan 2” raketləri Rusiyanın paytaxtı Moskvadan atıldıqda İngiltərənin paytaxtı Londona çata biləcək mənzilə malikdir. “Satan 2”nin İkinci Dünya müharibəsi zamanı ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atdığı atom bombalarından 2000 dəfə güclü olduğu bildirilir. Raketin ən azı 10 nüvə başlığına sahib ola biləcəyi də məlumatlar arasındadır. Bir sözlə, hazırkı proseslər özündə əvvəlki dünya müharibələrinə xas olan əlamətləri də daşıyır.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

