Gərginlik artır...
30.07.2022 [10:31]
Müharibə olacaqmı?
Çin lideri Baydenə xəbərdarlıq edib - “Odla oynayan özünü yandıracaq”
Nicat PAŞA
İqtisadi artım dinamikasına görə dünyada lider olan və ikinci iqtisadiyyata, ən çox qızıl-valyuta ehtiyatlarına sahib və gələcəkdə dünya ehtiyat valyutasına malik olacaq Çinin qlobal proseslərdə rolu kifayət qədər artıb. Hazırda cərəyan edən iqtisadi-siyasi proseslər fonunda dünyada yeni nizam formalaşıb. Məhz buna görədir ki, yaranan yeni geosiyasi reallıqda Çinin dünya siyasətinin digər aparıcı gücləri ilə qarşılıqlı münasibətləri diqqət mərkəzində saxlanılır. Qeyd etmək lazımdır ki, bu kontekstdə Çin-ABŞ iqtisadi-siyasi əlaqələri xüsusi məna daşıyır. Hazırda dünya siyasətinin iki nəhəng oyunçusu arasında baş verən proseslər, siyasi gedişlər bütün dünya siyasətçiləri tərəfindən diqqətlə müşahidə edilməkdədir.
Bu anlamda iki gün öncə Çin lideri ilə Bayden arasında gerçəkləşən telefon danışığı da bir sıra maraqlı detalları ilə yadda qalıb. Çin lideri Si Cinpin Tayvan məsələsində Çin hakimiyyətinin və xalqının eyni mövqe nümayiş etdirdiyini vurğulayıb. ÇXR-nın lideri ABŞ Prezidentinə Çin xalqının iradəsinin Tayvanla bağlı “Çinin milli suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə etmək” olduğunu söyləyib. Si Cinpin “kim odla oynayırsa, özünü yandıracaq” deyə fikirlərinə davam edib. Bu barədə Çinin Xarici İşlər Nazirliyi rəsmi məlumat yayıb.
Təkrar xəbərdarlıq
“Xalqın iradəsinə zidd getmək olmaz” deyən Cinpin hazırda Çin əhalisinin sayının 1.4 milyard nəfərdən çox olduğunu xatırladıb. Bununla da o, ABŞ dövlət lideri ilə əvvəlki danışıqlarında səsləndirdiyi xəbərdarlığı təkrar etmiş olub. C.Bayden səsləndirilən xəbərdarlığa cavab olaraq Birləşmiş Ştatların Tayvan məsələsi ilə bağlı mövqeyinin dəyişmədiyini deyib. Ağ Evin bəyanatında Birləşmiş Ştatların qəti şəkildə status-kvonu dəyişdirmək və ya Tayvan boğazında sülh və sabitliyi pozmaq üçün birtərəfli cəhdlərə qarşı olduğu diqqətə çatdırılır.
Məqsəd qarşılıqlı əməkdaşlıq etməkdir
Bəyanatda həm də Bayden və Cinpin arasında söhbətin “ABŞ və Çin arasında kommunikasiya xətlərini saxlamaq və dərinləşdirmək, fikir ayrılıqlarını məsuliyyətlə həll etmək və qarşılıqlı maraq doğuran sahələrdə birgə əməkdaşlıq etmək” səylərinin bir hissəsi olduğu qeyd olunur.
Ağ Ev bildirib ki, hər iki ölkə lideri iqlim dəyişikliyi və sağlamlıq təhlükəsizliyi ilə mübarizədə birgə səylərə nəzarət etmək üçün köməkçilərinə göstəriş veriblər.
Ekspert rəyi -Vəziyyət gərgindir
“Vəziyyət həqiqətən də çox gərgindir. Artıq bir neçə aydır ki, vəziyyətin gərginləşməsi müşahidə edilir. Əlbəttə ki, Si Cinpin sözləri təsadüfi deyil. Bu, xəbərdarlıqdır. Çünki doğrudan da bu eskalasiyanın davam etməsi toqquşmaları qaçılmaz edir. Digər tərəfdən, KİV tərəfindən müxtəlif, xüsusən də neqativ versiyalar yayılır. Qərb mediasında Çinin müharibəyə hazırlaşması ilə bağlı məlumatlar tirajlanır. Bu cür xəbərlərlə Qərb öz ictimaiyyətini müharibəyə hazırlaşdırır”.
Telefon danışığı məqsədi...
Bu fikirləri politoloq İlqar Vəlizadə mövzunu “Yeni Azərbaycan” qəzetinə şərh edərkən səsləndirib. “Həm hərbi gedişatda, həm KİV-dəki informasiya müharibələrinin qızğın mərhələlərə qədər gəlib çıxması doğrudan da hansısa toqquşmaların qaçılmaz olduğunu göstərir” deyən siyasi şərhçi bu cür telefon danışıqlarının əslində, münasibətlərin daxili vəziyyətinin gərginliyinin azalmasına hesablandığını diqqətə çatdırıb: “Düşünürəm ki, əgər tərəflər həqiqətən də müharibə istəsəydilər və ya müharibəyə doğru iri addımlarla ad?ımlasaydılar, belə bir telefon danışığı olmazdı. Hər iki tərəf baş verə biləcək müharibənin nələrlə nəticələnəcəyini anlayır, bu səbəbdən də məsələdən yayınmaq, müharibədən qaçınmaq, özlərini maksimum dərəcədə sığort?lamaq üçün telefon danışıqları aparırlar, qarşılıqlı təmaslara girirlər”.
Müharibə olacaqmı?
İ.Vəlizadənin sözlərinə görə, hər iki tərəf yarana biləcək müharibə hallarından çəkinir, dolayısıyla hərbi münaqişənin başlanılmasını istəmir: “Rusiya-Ukrayna müharibəsinin Qərb iqtisadiyyatına vurduğu zərərlər göz önündədir. Hələ üstəlik, Çin və ABŞ arasında müharibə olsa, katastrofik nəticələr olacaq. Kim Çinin müharibə etmək, Tayvanı qaytarmaq istədiyini fikirləşirsə, məncə, yanılır. Yenə deyirəm, Çin bilir ki, bu, nə ilə nəticələnə bilər. Digər tərəfdən, düşünürəm ki, Amerika və onun müttəfiqləri də anlayırlar ki, regionda belə bir müharibə baş versə, onların iqtisadiyyatına, siyasətinə çox ciddi təsiri olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

