Terrorçuluğun izi silinəcəkmi?
04.08.2022 [10:48]
M.FEYİZLİ
Bu da son. Dünya mediasında yayılan xəbərlərə görə, Əfqanıstanda “Əl-Qaidə” terror təşkilatının Üsamə bin Ladendən sonrakı lideri Ayman əl-Zəvahiri öldürülüb. Kabildə gizlənmiş əl-Zəvahirinin yaşadığı evin eyvanına çıxan zaman vurulduğu bildirilir. “CNN” xəbər kanalı və “New York Times”ın məlumatına görə, əl-Zəvahiri xüsusi əməliyyatın hədəfi olub. ABŞ rəsmiləri bildiriblər ki, 71 yaşlı əl-Zəvahiri Kabildəki evin eyvanına drondan atılan iki “Hellfire” raketi vasitəsilə vurulub.
ABŞ kəşfiyyatı Ayman əl-Zəvahiri niyə və necə öldürdü?
“Əl-Qaidə”nin Üsamə bin Ladendən sonrakı lideri Ayman əl-Zəvahiri də ABŞ-a və bu ölkənin Qərbdəki müttəfiqlərinə qarşı radikal mövqeyi ilə diqqət çəkirdi. O, ABŞ-a qarşı hücumlar təşkil etməyə ardıcıl çağırışlar səsləndirirdi. Əl-Zəvahiri sonuncu dəfə ictimaiyyət qarşısına ötən ilin sentyabrında - 2001-ci il 11 sentyabr terror aktlarından düz 20 il sonra çıxıb. O, videomüraciətində yenə də tərəfdarlarını ABŞ başda, olmaqla Qərb dövlətləri və onların Yaxın Şərqdəki müttəfiqləri ilə mübarizə aparmağa çağırıb.
Verilən məlumatlara görə, Ayman əl-Zəvahirinin on illər ərzində nümayiş etdirdiyi radikal mövqe onun ABŞ kəşfiyyatının hədəfinə tuş gəlməsində əsas amil olub. Mərkəzi Kəşfiyyat İdarəsi onun başına 25 milyon dollar mükafat müəyyənləşdirmişdi. İzləndiyini bilən “Əl-Qaidə” lideri lokasiya yerini müntəzəm dəyişir və məhdud təmaslar qurur, tərəfdaşlarına göstərişlərini və tapşırıqlarını gizli şəkildə verirdi. Lakin MKİ də öz missiyasına uyğun qaydada terrorçu barədə gələn ən zəif ehtimalları belə araşdırmaqdan usanmırdı. Görünür ki, 25 milyon dəyərində müəyyənləşdirilən mükafat Ayman əl-Zəvahirinin yerdəyişməsi barədə daha səhih məlumatların əldə olunmasında az rol oynamayıb.
İlk “müjdə” Ağ Evdən gəlib
ABŞ-ın 1 nömrəli terror təşkilatı elan etdiyi “Əl-Qaidə” liderinin qətlə yetirilməsi haqqında ilk “müjdə” xəbəri Ağ Evdən gəlib. Bu barədə birinci olaraq prezident Co Bayden Ağ Evin eyvanında çıxışı zamanı məlumat verib. Koronavirusa yoluxduğu üçün izolyasiyadan ölkəni idarə edən prezident Amerika üçün ədalətin bərqərar olduğunu bildirib: “İndi ədalət bərqərar oldu. Və o terrorçu lider artıq yoxdur”.
Co Bayden əl-Zəvahirinin ölümünü ABŞ-ı hədəfə almış bütün terrorçuların məhv ediləcəyinə sübut kimi dəyərləndirib. Onun sözlərinə görə, Əfqanıstan torpaqlarında minlərlə əsgər olmasa belə, Amerikanı terrorçulardan qorumaq mümkündür. Zərbə həm də başqalarına bir mesajdır: “Nə qədər vaxt aparsa da, harada gizlənsən də, xalqımız üçün təhlükə olsan, ABŞ səni tapıb üzə çıxaracaq və söndürəcək”.
Baydenin sözlərinə görə, ABŞ kəşfiyyat xidmətləri bu ilin əvvəlində “Əl-Qaidə”nin qurucusu Üsamə bin Ladenin keçmiş müavininin izinə düşə biliblər. Əl-Zəvahiri yenidən ailəsi ilə birlikdə yaşamaq üçün Kabilin mərkəzinə köçmüşdü. Bayden “Əl-Qaidə” liderinə qarşı “dəqiq zərbəyə” icazə verdiyini və bir həftə əvvəl son yaşıl işığı yandırdığını deyib. Əməliyyatın uğurlu olmasından qürrələnən Bayden bildirib ki, terrorçunun qohumlarından heç kim xəsarət almayıb və mülki əhali arasında itki yoxdur.
Pentaqon da Kabildə “anti-terror əməliyyatı”nın həyata keçirildiyini təsdiqləyib. Məlumatda bildirilir ki, əl-Zəvahiriyə hücum aylardır hazırlanıb və o, nəhayət, Kabildəki sığınacağının eyvanına çıxanda öldürülüb. Hücum zamanı əl-Zəvahiri eyvanda tək olub.
Siyasi qalmaqal
Lakin məsələ yalnız dünyanı 20 il bundan əvvəl “11 sentyabr aktı” ilə silkələməkdə ehtimal olunan bir nömrəli terror təşkilatının əsas simasının aradan götürülməsində deyil. ABŞ rəsmiləri bu ölümün terrora qarşı mübarizə çərçivəsində reallaşdırıldığını bildirirlər. Lakin “Əl-Qaidə”nin tək-tək üzvlərinin aradan götürülməsi qlobal miqyasda terrorun izini siləcəkmi? ABŞ rəsmiləri və Mərkəzi Kəşfiyyat İdarəsi buna əminliklə cavab verə bilərlərmi? Üsamə bin Ladenin məhvindən sonra “Əl-Qaidə”nin ayaqda qalması və əvvəlki xəttini davam etdirməsi nikbinlik üçün əsas vermir. Bir lider öldürüldü, onu başqası əvəzlədi. Heç bir təminat yoxdur ki, iş başında yeni liderlər görünməyəcək.
Bütün bunlar öz yerində. Diqqət çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, məlum olay öz arxasınca Əfqanıstandakı hazırkı “Taliban” rejimi ilə Ağ Ev arasında siyasi qalmaqal yaşanacağı ehtimallarını artırıb. “Taliban” hökuməti əməliyyatı təsdiqləyərək, ABŞ-ı Kabildə yaşayış məntəqəsinə pilotsuz təyyarə ilə hücumda ittiham edib. Hökumətin sözçüsü Sabihullah Müctəhid bildirib ki, bazar günü şəhərdə bir ev atəşə tutulub. “Taliban” hücumu beynəlxalq prinsiplərin və ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına dair müqavilənin pozulması kimi qiymətləndirib.
Öz növbəsində ABŞ rəsmiləri də “Taliban” rejiminin ünvanına ittihamlar səsləndirməkdədirlər. Pentaqonun sözçüsü bildirib ki, “Taliban” rəhbərliyinin üzvləri “Əl-Qaidə” başçısının Kabildə olmasından xəbərdar olublar və bu, Amerika Birləşmiş Ştatları ilə “Taliban” arasındakı razılaşmanın pozulmasıdır.
“Əfqanıstan ABŞ-a qarşı fəaliyyət üçün plasdarma çevrilməməlidir”. Bunu ABŞ prezidenti Co Bayden bəyan edib. O, “Taliban”ın ittihamlarına məhəl qoymayaraq vurğulayıb: “Əl-Qaidə” terror təşkilatının rəhbərinin məhv edilməsi üzrə əməliyyat ABŞ-ın niyyətlərini əyani şəkildə təsdiqləyir. Mənim administrasiyam “Əl-Qaidə” tərəfindən təhlükələri diqqətlə izləyir və belə təhlükələrə harada olmasından asılı olmayaraq cavab veriləcək”.
ABŞ-ın dövlət katibi Entoni Blinkenin də olaya münasibəti sərt olub. Ağ Evin rəsmisi “Taliban”ı “Əl-Qaidə” terror qruplaşmasının rəhbərini “Kabildə qəbul etməklə və gizlətməklə” üzərinə götürdüyü öhdəlikləri pozduğunu bildirib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

