İranda Konstitusiya dəyişiklikləri
06.12.2022 [10:56]
Hakimiyyət hansı islahatlara hazırdır?
İran rejimi ölkədə baş verən kəskin etirazların qarşısında geri çəkilməyə başlayıb. Dövlət rəsmiləri əxlaq polisinin ləğvinin ardından indi də ölkə Konstitusiyasında dəyişikliklərin mümkünlüyünü irəli sürürlər.
Belə ki, İran prezidenti İbrahim Rəisi ölkədə davam edən etirazlar fonunda ölkənin 1979-cu ildə qəbul edilmiş konstitusiyasının bəzi maddələrinin dəyişdirilməsinin mümkünlüyünü bildirib. Bu barədə “Al Hadas” telekanalı məlumat yayıb. Rəisi İranın Konstitusiya Günü münasibətilə dövlət televiziyasında çıxışı zamanı bildirib ki, Konstitusiyada heç bir çıxılmaz vəziyyət yoxdur: “Onun təşkili, hazırlanması və yekunlaşdırılması Konstitusiyanın həyata keçirilməsində, ölkənin işlərinin idarə olunmasında istənilən çıxılmaz vəziyyətlə üzləşəcək şəkildə həyata keçirilib. Zərurət yarandıqda Konstitusiyanın tətbiqi, üsul və mexanizmləri mütləq dəyişdirilə və təkmilləşdirilə bilər”.
Qeyd edək ki, İran konstitusiyası 1979-cu il dekabrın 3-də referendumla qəbul edilib. Konstitusiya həmin dövrdə də bir sıra qarşıdurmalara səbəb olub. Bu səbəbdən də Konstitusiya layihəsi ilə bağlı müzakirələr aprel ayından dekabra qədər davam edib. Həmin dövrdə İranın baş naziri olan Mehdi Bazarqanın başçılıq etdiyi müvəqqəti hökumətin təsdiqlədiyi ilk layihə İslam İnqilabı Şurasında təsdiq olunmamışdı. Belə ki, Konstitusiyada şəriət qanunları ilə bağlı xeyli sərt məsələlər yer alırdı ki, bu da gələcəkdə yaranacaq problemlərin əsasını təşkil edirdi. İran Konstitusiyasının yekun mətni 15 noyabr 1979-cu ildə tərtib edildi və həmin vaxtda Konstitusiya üzrə Ekspertlər Şurasının heç də hamısı bu müddəalarla razı olmadı. Şura nümayəndələrinin yalnız üçdə ikisi bu layihəni təsdiq etdi. Beləliklə, İran Konstitusiyası heç də hər kəsin “ürəyincə” olmadı.
İndiki halda isə, İranda baş verən etirazlar artıq Konstitusiyanın da dəyişməsini aktuallaşdırır. Etirazçılarla məhz bu yolla razılaşmaya gəlmək istəyən İran hakimiyyəti “islahatlar” mənzərəsi yaratmağa çalışır.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”la bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, İran Konstitusiyasında dəyişikliklərin mümkünlüyü ilə bağlı açıqlamalar etirazçıların tələblərindən və qətiyyətindən irəli gəlir. Onun sözlərinə görə, hakimiyyət bu qətiyyətin qarşısında irəli sürülən tələblərlə razılaşmalıdır: “Ehtimal etmək olar ki, nəzərdə tutulan dəyişikliklər, əsasən, hicabla bağlı olacaq. Eyni zamanda, digər fundamental dəyişikliklər də ola bilər ki, bu da özündə insan hüquq və azadlıqlarının genişlənməsini tanıdacaq. Etirazçı kütlə Konstitusiyadakı sərt qanunlara, hətta orada yer alan sərt ifadələrə qarşı tələblər irəli sürür. Hələlik dəyişikliklərin nələri əks etdirəcəyi ilə bağlı qəti və tam fikir söyləmək mümkün deyil. Bütün hallarda rejim artıq islahatlara start verir. Bu isə onu göstərir ki, İran rejimi nümayişçiləri gec də olsa, müəyyən dərəcədə eşidib. Amma bu islahatlar gecikmiş islahatlardır. Əslində, proseslər daha ciddi tələblərlə müşayiət olunur. Məsələn, nümayişçilərin əsas tələbi İrandakı siyasi quruluşu dəyişməkdir. İndiki halda İran hakimiyyəti buna hazırdırmı? Eyni zamanda, hazırkı islahatlar buna gətirib çıxara biləcəkmi? Bu ritorik suallardır və cavabları da bəllidir. İran buna hazır deyil. İran hakimiyyəti isə irimiqyaslı islahatlarla razılaşmır. Bu amil isə nümayişlərin daha geniş şəkildə davam edəcəyindən xəbər verir”.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

