BRİCS yenidən toplandı...
02.06.2023 [11:05]
CAR-da baş tutan görüşün əsas motivi strateji tərəfdaşlıqdır
Rusiya-Ukrayna müharibəsinin son mərhələsi bəzi məsələləri açıq şəkildə ortaya qoymaqdadır. Rusiyaya qarşı bütün gücünü təmərküzləşdirən Qərb bloku Kremlə sonuncu və həlledici zərbə vurmağı planlaşdırdığını gizlətmir. Ukraynaya silah-sursat, o cümlədən də aviasiya dəstəyinin daha da gücləndirilməsinin arxasında bu məqsədlər dayanır. Bunun qarşılığında isə Rusiya Qərbə qarşı ancaq “enerji müqaviməti” göstərmək iqtidarındadır. Başqa sözlə, Rusiya yaratdığı “enerji problemi” nəticəsində Qərbin vahid gücündə “çatlar” formalaşdıra bilib - mərkəzçi Avropanın maraqları ilə ABŞ-ın maraqları arasında ziddiyyət yaranıb. Bəzi mütəxəssislərin fikrincə isə bu ziddiyyətlər qarşıdakı mərhələdə Rusiyaya qarşı mübarizə aparan vahid blokun dağılmasına belə yol açmaq iqtidarındadır.
Təbii ki, Rusiya bu məsələdə öz ətrafında “müttəfiqlər çevrəsi” yaratmaq istəyir. Bu məsələdə vahid mərkəzin yaranmasına nail olmaq Qərb blokuna təzyiqləri də effektiv hala gətirə bilər. Rusiya bu yolda əlinə düşən bütün fürsətlərdən maksimum yararlanmağa çalışır.
İyunun ilk günlərinə təsadüf edən BRICS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) xarici işlər nazirlərinin görüşü də bu mənada cəlbedici sayıla bilər. Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov görüşdə iştirak etmək üçün Cənubi Afrika Respublikasına səfər edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilib ki, görüşdə gündəmdəki məsələlərin, aparıcı çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət məsələlərinin müzakirə edilməsi planlaşdırılıb. Müzakirələrdə, həmçinin assosiasiyanın strateji tərəfdaşlığının inkişaf perspektivlərinin də araşdırılması nəzərədə tutulub. Rusiya XİN rəhbərinin bir sıra ikitərəfli görüşləri də planlaşdırılıb.
BRİCS Qərb blokuna qarşı...
Sürətlə inkişaf edən 5 ölkəni birləşdirən qurumda Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası təmsil olunur. Əvvəllər qurumu adlandırmaqdan ötrü BRİC abreviaturasından istifadə olunurdusa, 2011-ci ildə CAR-ın da təşkilata qoşulması qısaldılmış formanı BRİCS şəklinə saldı.
Hazırda BRICS bütün dünya üzrə ən perspektivli beynəlxalq təşkilatlardan biri kimi dəyərləndirilir - quruma üzv dövlətləri yalnız siyasi deyil, həm də iqtisadi maraqlar birləşdirir. Dünyanın aparıcı siyasi-iqtisadi mütəxəssisləri BRİCS-i real nəhəng iqtisadi güc sayır. Statistika da bunu təsdiqləyir:
- Təşkilatda təmsil olunan ölkələrin ümumi ərazisi dünyanın dörddə birinə bərabərdir;
-Dünya əhalisinin az qala yarısı - təxminən 42 faizdən çoxu BRİCS-də birləşən ölkələrdə yaşayır;
- Təxminən 16 trilyona yaxın ümumi ÜDM-ə malik sürətlə inkişaf edən 5 ölkə dünya iqtisadiyyatının 25 faizini formalaşdırır;
-Son Rusiya-Ukrayna müharibəsi istisna olmaqla digər ölkələrdə, xüsusilə Çin və Hindistanda ticarət dövriyyəsinin artmasında yüksək dinamika müşahidə edilir. Bu gün BRİCS ölkələrinin ticarət dövriyyəsi dünya ticarətinin təxminən beşdəbirindən artıq hissəsinə bərabərdir.
Eyni zamanda, quruma üzv ölkələr ayrı-ayrılıqda da mühüm iqtisadi və siyasi çəkiyə malikdirlər. Məsələn, Braziliya dünyada kənd təsərrüfatının yüksək inkişaf səviyyəsinə çatan ölkə, Rusiya təbii ehtiyatlarla zəngin bir diyar kimi şöhrət tapıb. Hindistan və Çin dünya iqtisadiyyatının həcminə görə dünya nəhənglərindən sayılırlar. Xüsusilə Çində innovativ yeniliklərin iqtisadiyyata tətbiqi geniş vüsət alıb. Böyük əmək ehtiyatlarına malik olan bu ölkə özünün sənaye məhsullarını dünyanın əksər ölkələrinə ixrac edir və bazarlarda hegemonluğu ələ alır. İqtisadiyyatın sürətlə böyüməsi Çini dünya üzrə enerji daşıyıcılarının əsas istehlakçılarından birinə çevirib. CAR isə iqtisadi inkişaf səviyyəsinə görə digər üzvlərdən geri qalsa da, təbii ehtiyatlarla zəngindir.
Maraqlıdır ki, qurumun ötənilki iclaslarında dünyada baş verən siyasi proseslər daha çox müzakirə edilmişdi. Hətta ABŞ-ın pul siyasəti tənqidə məruz qalmışdı - dolların ardıcıl şəkildə bahalaşdırılmasının qlobal səviyyədə mal və xidmətlərin bahalaşmasında, inflyasiyanın dərinləşməsində təzahür etməsi təsdiq olunmuşdu. Buna görə də BRİCS-də vahid valyuta fondunun və yaxud “Valyuta hovuzu”nun yaradılması ilə bağlı müzakirələr aparılırdı. Bu istiqamətdə müəyyən addımlar da atılıb. Məsələn, təşkilat daxilində artıq bir sıra maliyyə strukturları, o cümlədən Moskva Birjası, Braziliyanın BOVESPA (Latın Amerikasının ən böyük fond birjası), Honq-Konq Birjalar və Klirinq Təşkilatları Korporasiyası, Yohannesburq Fond Birjasının daxil olduğu Birjalar Alyansı (Cənubi Afrika), Milli və Bombay Birjaları (Hindistan) fəaliyyət göstərirlər.
CAR Rusiyaya alternativ kimi...
Rusiyanın Afrikaya bu qədər həssas münasibətinin başqa səbəbləri də var. Bir müddət öncə ABŞ Prezidenti Cozef Bayden Afrika İttifaqını “Böyük İyirmiliy”ə (G20) daimi üzv kimi qoşulmağa çağırmışdı. Bayden Afrika xalqlarını bütün dünyaya fayda verə biləcək tərəqqinin əldə edilməsində vacib tərəfdaş adlandırmışdı. İlk baxışdan sadə görünən, özündə heç bir mücərrəd siyasi oyunları əks etdirməyən bu çağırışın mahiyyəti mühüm əhəmiyyət kəsb edir - II Demokratiya Sammitinin yeni dünya nizamına yol açacağını nəzərə alsaq, Afrikaya yaranan ehtiyac daha cəlbedicidir. ABŞ-ın Afrikaya nüfuz etməsinin səbəbləri Moskva üçün aydındır. Dünyanın xammal ehtiyatının mühüm bir hissəsinə malik olan Rusiyasız dünya ölkələrinin işi çətinə düşüb. Çünki bir çox sahələr üzrə (enerji, taxta, filiz yataqları və s.) əsas xammal bazarı məhz Rusiyadır. İrəli sürülən iqtisadi sanksiyalar isə Rusiyadan ixracın dayanmasına səbəb olub. Hazırda çətin duruma düşən dünya iqtisadiyyatı xammal üçün alternativ axtarışına çıxıb. Rusiyanı bu məsələdə əvəz edə biləcək ən əsas region isə məhz Cənubi Afrika Respublikası sayılır. CAR-ın Afrika İttifaqında əsas söz sahiblərindən biri olması isə məsələni daha da konkretləşdirir:
- CAR-ın Qərblə yaxınlaşması ABŞ-ı və müttəfiqlərini xammal məsələsində rahatlaşdıracaq;
-Dünya iqtisadiyatının əsas “iplərini” əlində saxlayan ABŞ və müttəfiqləri CAR vasitəsilə Rusiyadan asılılğını sona çatdıracaq - ən azından minimuma endirəcək;
- Xammalın əldə olunması artıq daha rahat şəkildə təmin ediləcək. Çünki Rusiyadan fərqli olaraq Afrika İttifaqı ölkələrinin heç bir siyasi iddiası yoxdur...
Rusiya isə bunu anlayır və bunun qarşısını almaq üçün alternativlər fikirləşir. Bu alternativlərin arasında isə “seçilmiş ünvanlar”ın ABŞ nəzarətinə keçməməsi üçün hərəkətə başlanılıb - Lavrovun səfərinin əsas müzakirə predmetləri arasında bu məqamların yer alması da istisna olunmur.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

