İsveçin son qərarı...
08.06.2023 [11:15]
Türkiyə rəsmi Stokholma “hə” deyəcəkmi?
Şahanə XANKİŞİYEVA
NATO-nun Şərqə doğru genişlənmə planı mühüm qarşıdurmalarla müşayiət olunsa da, Şimala doğru genişlənmə daha rahat inkişaf trayektoriyası qazanıb. Belə ki, bu ilin martın sonunda Finlandiyanın Alyansa tamhüquqlu üzv kimi qəbul edilməsi prosesə mühüm dinamizm qazandırdı. Türkiyənin Finlandiyanın NATO-ya daxil olmasına “hə” deməsinin ardından rəsmi Helsinki avroatlantik hərbi ittifaqına “transferini” rəsmiləşdirdi. İsveçlə bağlı qərar isə bəlli olduğu kimi bu dövlətin özündən asılıdır - yəni, ötən il Madriddə imzalanan Memorandumla üzərinə götürdüyü öhdəliklərə riayət edəcəyi halda rəsmi Stokholm da Alyansın növbəti üzvünə çevriləcək.
Şərtlər bəllidir...
Son dövrlərdə İsveçin bu istiqamətdə qətiyyətli addımları müşahidə olunur. Yeri gəlmişkən, Osloda keçirilən NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin son görüşündə də alyansa yeni üzvlüklə bağlı məsələlər müzakirə predmeti olmuşdu. Təbii ki, bütün bunlar alyansın iyul ayında keçiriləcək sammitinə hazırlıq məqsədi daşıyır - burada əsas müzakirə obyekti İsveçin NATO-ya qoşulmasıdır. Bəlli olduğu kimi, İsveçin alyansa tamhüquqlu üzv olması üçün Türkiyənin irəli sürdüyü şərtlər yerinə yetirilməlidir. Şərtlərə gəldikdə isə:
- İsveç PKK və FETÖ üzvləri ilə bağlı ekstradisiya məsələsini aktual saxlamalı;
- Adıçəkilən terror təşkilatı üzvlərinin Türkiyəyə ekstradisiyalarını təmin etməlidir. Türkiyənin İsveçdən ekstradisiyasını istədiyi terrorçular arasında isə FETÖ üzvü olduqları iddia edilən Harun Tokak, Yılmaz Aytan, Murat Çetiner, Alperen Melikhan Doğan, Bülent Keneş, Orhan Er və Harun Ayvaz və başqaları da var. Əvvəlki dönəmdə İsveçin bununla bağlı bəzi addımları müşahidə olunsa da, öhdəlik tam olaraq yerinə yetirilməyib.
İsveç “irəli” addım atacaqmı?
Osloda keçirilən NATO xarici işlər nazirlərinin görüşünün nəticələrinə dair paylaşımında İsveçin xarici işlər naziri Tobias Billström bildirmişdi ki, bu iclas İsveçin NATO-ya üzvlüyü məsələsində Tükiyə və Macarıstana qarşı güclü mesajdır. Yəni, İsveç Vilnüs Sammitinə qədər üzvlük məsələsinin həllində israrlıdır - Türkiyə isə mövqeyində qətidir. Türkiyəni Oslo toplantısında təmsil etmiş keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu İsveçi NATO üzvlüyünə dair Madriddə imzalanmış üçtərəfli memorandumdan irəli gələn öhdəlikləri yerinə yetirməyə və terrorizmlə mübarizədə konkret addımlar atmağa çağırmışdı.
Bu məsələ NATO-nun Baş katibi Yens Stoltenberqin iyunun 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın prezidentlik səlahiyyətlərinin icrasına başlaması ilə bağlı mərasimə qatılmaq üçün Türkiyəyə etdiyi səfəri zamanı da gündəmə gəldi. Səfər zamanı Prezident Ərdoğanla görüşən baş katib Türkiyənin haqlı narahatlıqlarının fərqində olduğunu dilə gətirmişdi. Onun fikrincə, İsveçdə aksiyalar təşkil edənlər bu ölkənin Türkiyə ilə antiterror sahəsində əməkdaşlığına mane olmaq istəyirlər. Baş katib xatırlatmışdı ki, İsveç Türkiyənin narahatlığını aradan qaldırmaq üçün əhəmiyyət kəsb edən konkret addımlar atıb. Stoltenberqin fikrincə, həmin addımlara isə İsveç konstitusiyasına düzəlişlər, silah embarqosuna son qoymaq, PKK da daxil olmaqla, terrorla mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi daxildir.
Ekstradisiyaya qərar verildi...
İsveçlə bağlı yayılan yeni informasiyalar isə Stokholmun NATO üzvü olmaq üçün “qəti addımlar” atdığını göstərir - amma hələlik bu addımlar olduqca “astadır”. Belə ki, İsveç PKK tərəfdarlarından birini Türkiyəyə ekstradisiyasına qərar verib. İsveç Ali Məhkəməsi PKK tərəfdarının ilk ekstradisiyasını təsdiqləyib. Məhkəmədən sonra isə İsveç hökuməti ekstradisiya ilə bağlı qərar verməlidir. Ekstradisiya ediləcək şəxs isə 2022-ci ilin avqustunda İsveçdə həbs edilmiş 35 yaşlı kişidir. Həbs Türkiyənin Adana Baş Prokurorluğunun sorğusu əsasında həyata keçirilib.
İsveçin əsl məqsədi...
Göründüyü kimi, İsveç Ali Məhkəməsinin bu qərarı NATO-nun Vilnüs sammiti öncəsi verilib. Bəzi ekspertlər, bu addımı natamam kimi dəyərləndirirlər. O baxımdan ki, İsveçin bu yolla gözdən pərdə asmağa çalışdığı bildirilir. Başqa sözlə, rəsmi Stokholm bu kimi epizodik addımlarla Türkiyənin razılığını əldə etməyə çalışır. Amma buna nə qədər nail olacağını zaman göstərəcək. Hər bir halda Türkiyənin məqsədi İsveçin Madrid Memorandumuna tam riayət etməsinə nail olmaqdır...
Xəbər lenti
Hamısına baxSosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58
YAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23
YAP xəbərləri
06 Oktyabr 11:22
YAP xəbərləri
06 Oktyabr 11:20
İqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06
İqtisadiyyat
05 Oktyabr 10:05
İqtisadiyyat
05 Oktyabr 10:04
Dünya
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:37
Sosial
05 Oktyabr 09:33
İqtisadiyyat
05 Oktyabr 09:31
Dünya
05 Oktyabr 09:17

