Azərbaycanın sülhpərvər və ədalətli mövqeyi beynəlxalq aləmə nümunədir
01.05.2024 [11:37]
Bu gün Azərbaycanın apardığı uğurlu diplomatiya və balanslaşdırılmış siyasət sayəsində ölkənin gücü, qüdrəti və beynəlxalq nüfuzu durmadan yüksəlir. Artan gücümüz və ədalətli mövqeyimiz dünya birliyi tərəfindən yüksək qəbul edilir və beynəlxalq əlaqələrimiz artmaqda davam edir. Azərbaycanın bir çox Avropa ölkələri ilə münasibətləri uğurla inkişaf edir.
Son illərdə ölkəmizin bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsi dünya dövlətlərinin Azərbaycana olan yüksək münasibəti təcəssüm etdirir. Təsadüfi deyildir ki, Azərbaycan 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına dörd il ərzində sədirlik edib. Hazırda isə COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan qlobal tədbirə hazırlığın fəal mərhələsindədir. Bu kimi beynəlxalq tədbirlərə ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də məsuliyyətdir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək Azərbaycana verilən yüksək beynəlxalq dəyərdir. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 25-də Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etməsi dövlətimizin başçısının beynlxalq müstəvidə yüksək nüfuzunun göstəricisidir. Görülən işlərin və əldə olunan nailiyyətlərin əsasında nəyi, nə vaxt, necə etməyi yaxşı bilən Müzəffər Prezidentimiz cənab İlham Əliyevin misilsiz əməyi, mükəmməl strategiyası və uğurlu siyasəti dayanır.
Məlum olduğu kimi, son vaxtlar beynəlxalq münasibətlər kontekstində Almaniya-Azərbaycan əlaqələri də öz sürətli inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün Almaniyaya işgüzar səfəri zamanı müzakirə olunan məsələlər bunu təsdiq edir. Berlində keçirilən forumda və yüksəksəviyyəli ikitərəfli görüşlər zamanı COP29-a həsr olunmuş fikir mübadiləsi öncüllük təşkil etsə də, regional təhlükəsizliklə bağlı məsələlərə də xüsusi yer ayrılması xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyevin və Kansler Olaf Şoltsun aprelin 26-da keçirilən birgə mətbuat konfransında da söylədikləri fikirlər, cənab İlham Əliyevin ədalətli və sülhpərvər mövqe sərgiləməsi, beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsinin 51-ci maddəsini növbəti dəfə xatırlatması müxtəlif bəhanələrlə Azərbaycanı qərəzli şəkildə hədəfə alan təşəbbüslərin ədalətsizliyini dünya ictimaiyyətinə çatdırmaq baxımından olduqca əhəmiyyətlidir. Almaniya Kanslerinin mətbuata verdiyi açıqlaması zamanı “Mən düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır. Bu, özündə şanslar və məsuliyyətlər gətirir. Onu da qeyd edim ki, demarkasiya ilə əlaqədar ilkin razılıqlar bizi sevindirir” deməsi isə onun ölkəsinin Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini ifadə edir.
Bu gün dünyanın mühüm siyasi mərkəzlərindən olan Almaniya Cənubi Qafqazın lider dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə ciddi maraq göstərir. Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Ölkələrimiz arasında ticarət dövriyyəsi sürətlə artır, hazırda Azərbaycanda çoxlu 180-dən çox alman şirkəti uğurla fəaliyyət göstərir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu təqdir edir. Azərbaycan artıq xarici tərəfdaşlar və sərmayədarlarla yaşıl keçid üzrə nəhəng layihələrə başlayıb. Neft və qazımız, həmçinin Avropa bazarlarına hələ uzun illər ərzində lazım olacaq Avropaya yaşıl enerjini ixrac etmək üçün mühüm işlər görülür və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır.
Onu da qeyd edək ki, ölkə başçısının Almaniyaya işgüzar səfərə məhz Füzuli hava limanından yola düşməsi həm də torpaqlarımızın işğaldan azad olunaraq süverenliyimizin tam bərpasının tarixi bir gerçəklik olduğuna beynəlxalq diqqətin növbəti dəfə cəlb edilməsi baxımından xüsusi siyasi çəkiyə malikdir. Digər tərəfdən, bu açıqlama insan hüquq və azadlıqları adı altında Avropa Parlamentinin aprelin 25-də Azərbaycana qarşı qəbul etdiyi növbəti qərəzli qətnaməsində irəli sürülən əsassız iddialara və ABŞ-də ölkəmiz əleyhinə sanksiya çağırışı edən bir qrup konqresmenin ədalətsiz təşəbbüsünə ən obyektiv və tutarlı cavabdır.
Ən əsası, üzləşdiyimiz haqsızlıqlara, bəzilərinin hüquq normalarını aşmasına baxmayaraq, Prezident İlham Əliyev Berlində həm ev sahiblərinə, həm də beynəlxalq birliyə Azərbaycanın sözdə və əməldə sadiq olduğu mesajını verərək “Yəni, sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə biz əməkdaşlıq etməyə hazırıq” deməsi ölkəmizin ədalətli mövqeyinin və sülh tərəfdarı olmasının bariz nümunəsidir.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

