Enerji tərəfdaşlığı Azərbaycan-Bolqarıstan münasibətlərinin təməlidir
10.05.2024 [13:37]
İlqar İlyasov, YAP Laçın rayon təşkilatının sədri
Azərbaycanla Bolqarıstan arasında münasibətlər 1992-ci ilin yanvarında Bolqarıstanın Azərbaycanın müstəqilliyini tanımasından sonra həmin ilin iyununda yaradılıb. Bolqarıstanın Azərbaycandakı səfirliyi 1999-cu ilin dekabrından, Azərbaycanın Bolqarıstandakı səfirliyi isə 2004-cü ilin aprel ayından etibarən fəaliyyət göstərir. Ötən illər ərzində Azərbaycan-Bolqarıstan əlaqələri illə daha da inkişaf edərək dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ilə daha da güclənmişdir. Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib. Azərbaycan-Bolqarıstan əlaqələri illər keçdikcə daha da inkişaf edərək dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ilə daha da güclənmişdir. Azərbaycan dövlət başçısı İlham Əliyev prezidentliyi dövründə 2005-ci ilin sentyabrında, 2009-cu ilin noyabrında, 2015-ci ilin martında, 2022-ci ilin oktyabrında və 2023-cü ilin aprelində Bolqarıstana bir sıra rəsmi və işgüzar səfərlər etmişdir. Sonuncu səfərlər enerji layihələri və qarşılıqlı sərmayələrlə bağlı müzakirələrlə yanaşı, Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə bağlı müzakirələr ortaya çıxardığından xüsusilə əhəmiyyətli idi. Aparılan məqsədyönlü tədbirlər nəticəsində iki ölkə arasında son vaxtlar ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Enerji tərəfdaşlığı Azərbaycan-Bolqarıstan münasibətlərinin təməli hesab edilir. Bu əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də çox müsbətdir. Təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Uzun illər ərzində Rusiyanın təzyiqi altında olan Bolqarıstan Moskvadan asılılığını azaltmaq üçün Azərbaycanla strateji enerji əməkdaşlığına başladı və Yunanıstan-Bolqarıstan İnterkonnektorunun tikintisi bu istiqamətdə həlledici addım oldu. Azərbaycan qazını Bolqarıstana çatdıran İnterkonnektor 2022-ci il oktyabrın 1-də Bolqarıstanda prezident İlham Əliyev və digər yüksək səviyyəli şəxslərin iştirak etdiyi tarixi mərasimlə fəaliyyətə başlayıb. O, ildə 3 milyard kubmetr qaz daşımaq qabiliyyətinə malikdir, bu da, Bolqarıstanın qış enerj istehlakının böyük bir hissəsini təmin edə bilər. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Aparılmış hesablamalar onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir. Azərbaycan və Bolqarıstan əməkdaşlığı üçün digər mühüm sahəni nəqliyyat təşkil edir. 1998-ci ildən bəri hər iki ölkə TRACECA layihəsinin bir hissəsidir və son vaxtlar aktuallıq qazanmış bu layihə Avropa ilə Çin arasında səmərəli əlaqə üsullarının inkişaf etdirilməsi məqsədini daşıyır. Müasir Bakı Beynəlxalq Dəniz Ticarət Limanı hazırda Xəzər dənizi regionunda tranzit imkanlarının genişləndirilməsinə böyük töhfə verir. Bu baxımdan, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Bolqarıstanın Limanlar İnfrastruktur Şirkəti yükdaşımaların hər iki istiqamətdə genişləndirilməsi üçün əməkdaşlıq edir. Bolqarıstan “Çin, Mərkəzi və Şərqi Avropa arasında əməkdaşlıq” forumunun üzvüdür və Rusiya yük ticarət marşrutlarının ləğvi ilə Qara dəniz-Xəzər dənizi marşrutlarını alternativ olaraq görür. Azərbaycanın sərmayəsi sayəsində bir neçə gün bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi tam başa çatmışdır. Onun ötürmə qabiliyyəti bir neçə dəfə artırılmışdır. Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları genişləndirilmiş bu layihə Orta Dəhlizin önəmli seqmenti kimi təbii ki, mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcək.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

