Azərbaycan-Pakistan münasibətlərində yeni mərhələ
16.07.2024 [10:59]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyulun 11-də İslamabadda mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident Ilham Əliyev çıxış edərək Pakistanla Azərbaycanın qardaşlığı iki ölkə xalqlarının əsrlərlə bundan əvvələ təsadüf etdiyini, bir-birinə olan dərin hisslərinə əsaslandığını vurğulayıb. Ölkə başçısı Azərbaycana gələn pakistanlıların sayının son illər ərzində daha da artdığını və bu səbəbdən Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları həmkarı ilə müzakirə etdiklərini bildirib.
“Pakistan ilə Azərbaycan qardaşdır və dostur. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik”- deyən Prezident İlham Əliyev qeyd edib ki, ölkəmizin irəli sürdüyü təşəbbüsləri qardaş Pakistan dəstəkləyir və eyni dəstək qarşılıqlı olur.
Dövlətimizin başçısı Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza olduğunu, Kəşmirlilərin hüquqlarının onilliklər boyu diqqətdən kənarda qaldığını, pozulduğunu söyləyib. Prezident əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ölkə başçısı Azərbaycanın Kəşmirdəki qardaşlarla hər zaman yan-yana olacağını, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıni bildirib.
Prezident İlham Əliyev çıxışında Pakistanın 2020-ci ildə başlamış Vətən müharibəsi zamanı Azərbaycanın yanında olmasından bəhs edib. Ölkə başçısı işğal dövründə də Pakistanın Azərbaycanın yanında olduğunu, İkinci Qarabağ müharibəsi – Vətən müharibəsi zamanı siyasi dəstək və ölkəmizin haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatlarının bizə əlavə güc-qüvvət verdiyini vurğulayıb.
“Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir”- deyən dövlətimzin başçısı 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları olduğunu, bu isə münasibətlərimizi unikal etdiyini söyləyib.
Prezident İlham Əliyev yatırılacaq sərmayələrin ilkin həcminin təxminən iki milyard dollar olacağını bildirib. Ölkə başçısı energetika, infrastruktur, daşımalar və bir sıra digər sahələrdə, o cümlədən çox uğurla əməkdaşlıq edilən müdafiə sənayesində bir sıra layihələrin nəzərdən keçirildiyini, ölkələrimizin güclü tərəfdaşlığının nəinki siyasi səviyyədə, o cümlədən iqtisadi, ticarət və sərmayələr sahələrində də quracağını diqqətə çatdırıb.
Bu gün ölkələrimiz arasında coxlu sənəd imzalandığını söyləyən ölkə başçısı güzəştli ticarətlə bağlı imzalanan sənədin xüsusi önəmi olduğunu, ilkin mərhələdə güzəştli ticarət formatına aid 9 maddəni müəyyən etdiklərini, lakin bunun, yalnız başlanğıc olduğunu söyləyib.
Prezident İlham Əliyev “Biz hər zaman bir-birimizi dəstəkləmişik. Biz hər zaman əməkdaşlıq etmişik. Lakin hazırda biz ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrin praktiki elementlərinə qədəm qoyuruq. Bütün bunlar bizim planlarımızdır və bütün planlarımız icra olunacaq”- deyərək Pakistana sözügedən səfərinin yekunu olaraq mətbuata bəyanatında bildirib.
Beləliklə, Prezident İlham Əliyevin bu tarixi səfəri Azərbaycan və Pakistan arasında bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli inkişafına ciddi təsir göstərəcək, iki ölkə arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyacaq.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51

