Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Növbəti parlaq qələbələr üçün...

Növbəti parlaq qələbələr üçün...

20.08.2024 [14:35]

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 38 saylı Gəncə birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Naqif Həmzəyevin gənc seçicilərlə görüşü olub.

Deputatlığa namizəd Naqif Həmzəyev Azərbaycanın dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atmasından danışıb. O qeyd edib ki, milli inkişaf strategiyası bütün sahələri əhatə edir, həyata keçirilən islahatlar dövlətimizin qüdrətinin artırılmasına hədəflənib.

Naqif Nəmzəyev çıxışında gənc seçiciləri yarandığı vaxtdan daim ölkəmizin inkişafı üçün çalışan Yeni Azərbaycan Partiyasını dəstəkləməyə çağırıb.

Görüşdə gənc seçicilər də çıxış edərək bildiriblər ki, Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğı bugünkü gəncliyin uğurlarını təmin edib. Qeyd olunub ki, Azərbaycan gənclərinin beynəlxalq arenada dövlət bayrağını qürurla dalğalandırmaları xalqımızın iftixar mənbəyidir.

Gənclər növbəti parlaq qələbələr üçün seçkilərdə fəal olacaqlarını və YAP-ın namizədinə səs verəcəklərini diqqətə çatdırıblar.

Qeyd edək ki, deputatlığa namizəd Naqif Həmzəyev şəhərin Totanlı küçəsində də seçicilərlə görüşüb.

Paylaş:
Baxılıb: 568 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31