Milli birliyimiz əsas uğurlardan biridir
26.09.2024 [17:28]
Sentyabrın 23-də Prezident İlham Əliyev yeddinci çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışı zamanı əldə olunan uğurlarda milli birliyimizin, həmrəyliyimizin rolunu xüsusi qeyd edir.
Azərbaycançılıq ideologiyasının inkişafı və təbliği Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə əsas hədəflərdən olub. Dahi Liderin atdığı hər addım bu hədəfə böyük töhfə idi. Ümummilli Lider Heydər Əliyev daim çıxışlarında gənclərə tariximizi, milli-mənəvi dəyərlərimizi, dilimizi, mədəniyyətimizi qorumağa və təbliğ etməyə çağırışlar edirdi. Son 21 ilə yaxın dövrdə bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdə gənclərimizin vətənpərvərlik ruhunda böyüməsi xüsusi qeyd edilir. Dövlət başçısı parlamentin ilk iclasında həmin məsələyə xüsusi diqqət göstərdi.
Cənab İlham Əliyev bu reallığı diqqətə çatdırdı ki, bizə qarşı ideoloji təxribatlar davam edir, lakin bu günə qədər heç bir nəticəsi olmayıb. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir. Əsas meyar ölkələrin bizim suverenliyimizin bərpasına olan münasibətidir, daha başqa uzağa getmək lazım deyil. Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır. Vaxtilə bir-biri ilə rəqabət aparan xarici qüvvələr və ölkələr çalışırdılar ki, Azərbaycanda ictimai fikirdə söz sahibi olsunlar. İstəyirdilər ki, onların əlaltıları vasitəsilə bizim media məkanında istənilən təxribatı ortaya ataraq, vəziyyəti öz xeyrinə dəyişdirsinlər.
Həmçinin, dövlətimizin başçısı qeyd etdi ki, gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır. Çünki ölkələri insanlar idarə edir. İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır.
Prezident İlham Əliyev bu çağırışı da etdi ki, tərbiyənin əsas mənbəyi ailə və məktəbdir. Bu məsələ daim diqqət mərkəzində olmalıdır. Kiçik dövlət olan ailədə uşaqların bir vətəndaş kimi dövlətinə, xalqına bağlılıq ruhunda tərbiyə olunması gələcəkdə bu yönümdə göstərdikləri fəaliyyətdə öz sözünü deyir. Gənclərimiz hər zaman tariximizi, milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi, dilimizi öyrənməli, onun inkişaf etdirilməsinə öz töhfələrini verməlidirlər. Azərbaycan ailəsi sağlam, ənənələr, milli dəyərlər üzərində qurulmalıdır. Bütövlükdə milli-mənəvi dəyərlər cəmiyyətimizin əsasıdır.
İkinci Qarabağ müharibəsində əldə olunan parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır, yenilməzdir, məğrurdur. Bu reallıq hər zaman önə çəkilir ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə böyük inamla addımlayan xalq tarixin bütün sınaqlarından şərəflə çıxır. Azərbaycan xalqı daim xoşbəxt xalqlar sırasında qeyd edilir. Xalqımız tarixinə, torpaqlarına sahib çıxması ilə qürurludur. Birliyimiz, həmrəyliyimiz tarixi ədalətə və beynəlxalq hüquqa söykənən növbəti addımlarımızda da öz sözünü deyəcək. 20 ili uğurlarla, zəfərlərlə arxada qoyan qalib, bütövləşən Azərbaycanın yeni dövrü qürurverici hadisələrlə zəngindir.
Anar Nəbiyev,
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07

