Qarşılıqlı fəaliyyət
12.10.2024 [11:25]
Gündüz Bayramov,
YAP Samux rayon təşkilatının sədri
8 oktyabr 2024-cü il tarixində Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının görüşü keçirildi.Görüşdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etdi və bu çıxış mühüm mesajlarla yadda qaldı. Dövlət başçısının bu görüşdəki çıxışı da əvvəlkilər kimi dolğun və məzmunlu idi.
Bu görüş Azərbaycan və Rusiya dövlətləri arasında münasibətlərin olduqca isti olduğunu bir daha göstərdi. Azərbaycan və Rusiya dövlət başçılarının mütəmadi olaraq keçirdikləri görüşlərdə fəal siyasi dialoq özünü qabarıq göstərir. Bu görüşlər demək olar bütün sahələrdə münasibətlərin inkişafına təkan verir. Son illərdə Rusiya ilə Azərbaycan arasında iqtisadi-ticari əlaqələrin dərinləşdirilməsi üzrə çox böyük işlər görülüb. Artıq onun praktik nəticələri göz önündədir. Bunu Putin də öz çıxışı zamanı vurğuladı. Rusiya prezidenti dedi ki, Azərbaycan və Rusiya arasında münasibətlər müsbət məcrada inkişaf edir, tərəflər bir çox maraqlı layihələr həyata keçirirlər.
Azərbaycan Prezidenti İlham Əliyev də çıxışı zamanı iki ölkə arasında müttəfiqlikdən bəhs etdi. Prezident vurğuladı ki, Rusiya Federasiyası Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq etdi: “Əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcək”,-deyə Prezident qeyd etdi.
Prezident İlham Əliyev Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı seçilməsinə də toxundu. Ölkə başçısı qeyd etdi ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.
Prezident ölkəmizdə görüləcək işlər haqqında da məlumat verərək bildirdi ki, növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək. Həmçinin hazırda Azərbaycanın COP29-a ev sahibliyi etməyə hazırlaşmasından söhbət açaraq ölkəmizdə bununla bağlı silsilə tədbirlərin başlanmasını qeyd etdi. Ölkəmizin liderinin bildirdikləri beynəlxalq aləmə mesaj notlarının zənginliyi baxımından diqqət çəkirdi. Azərbaycanın növbəti dəfə mötəbər beynəlxalq tədbirə ev sahibliyi edəcəyinin bəzi dövlətləri qıcıqlandırdığını, xüsusilə də Qərbdən maliyyələşən şəxs və təşkilatların son zamanlar Azərbaycana qarşı qarayaxma kampaniyası apardığını qeyd edərək bütün bunların heç bir nəticə verməyəcəyini və Azərbaycanın daha əvvəllər olduğu kimi indi də bu böyük tədbirə yüksək səviyyədə ev sahibliyi edəcəyini vurğulaması əsas məqamlardan biri idi.
MDB dövlət başçılarının İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciətin qəbul ediləcəyi gündə, dövlət başçısının çıxışında xalqımızın İkinci Dünya müharibəsi qələbəsində mühüm rolunu qeyd etməsi də önəmli bir nüans idi. Prezident Azərbaycanın SSRİ-dəki önəmli yerindən bəhs edərək aşağıdakıları söylədi: “Azərbaycan İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi. Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi, 440 min yaralı müalicə alırdı. 1942-ci ilin martında, həmçinin Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri and içdilər və Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdılar”.
Daha bir tarixi həqiqətin görüşdə səsləndirilməsi yaddaşların yenilənməsi baxımından əhəmiyyətli mesaj idi. Belə ki, Prezident İlham Əliyev 416-cı Azərbaycan atıcı diviziyasının 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil olmasını belə şərh etdi: “Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılar. 9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək”.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Siyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30

