Azərbaycanın möhtəşəm qələbəsi tarixdə əbədi yaşayacaq
14.10.2024 [16:09]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
44günlük Vətən müharibəsində xalqımızın qəhrəman oğullarının dünya hərb tarixinə düşən şücaəti dillərə dastan oldu. Qüruredici haldır k, Azərbaycanın tarixi zəfərə imza atdığı hər günü, hər anı xalqımız fəxrlə bayram edir. Xalqımızın möhtəşəm Zəfərinin sədası ötən ilin 15 oktyabrında dünyaya düşmən işğalından azad edilən Xankəndidən yayıldı.
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 8 noyabr tarixində Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda çıxışında qeyd etdi: “Qırx dörd günlük müharibə zamanı çoxlu xarici media nümayəndələrinə müsahibələr verərək, təbii ki, bizim planlarımız haqqında mən danışa bilməzdim. Halbuki suallar demək olar ki, təkrarlanırdı. Bir dəfə demişdim ki, Şuşasız bizim işimiz yarımçıq olacaq. Ancaq hələ o vaxt mən bilirdim ki, Xankəndisiz, Xocalısız bizim işimiz yarımçıq qalacaq. Üç il bundan əvvəl mən əmr verərək Azərbaycan Ordusunu dayandırdım və bir daha demək istəyirəm, tarix göstərdi ki, nə qədər düzgün addım idi. Ancaq o gündən, bax, bu günə qədər – sentyabr ayına qədər hər gün biz işləyirdik, çalışırdıq ki, Azərbaycanın suverenliyi tam şəkildə bərpa edilsin.”
Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Azərbaycan xalqının torpağından bir qarış belə düşmənə güzəştə getməyəcəyi mesayını Xankəndi şəhərindən verdi. Tarixi Qələbənin üçüncü ildönümündə ölkə Prezidenimizin Xankəndi, Xocalı, Xocavənd və Ağdərədədə ucaltdığı üçrəngli bayrağımızın Zəfər təntənəsini daha əlamətdar oldu.
Tarixi qələbədən 3 il sonra Zəfər Günü münasibətilə Xankəndi şəhərinin mərkəzində hərbi paradın keçirilməsi xalqımıza qürur dolu bir gün yaşatdı. 1919-cu ilin iyul ayında Xankəndidə keçirilən hərbi paraddan sonra Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünü xalqımız haqq savaşımızın fədailərini anaraq, suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa edən qəhrəmanların xatirəsinə ehtiram bildirilərək qeyd edildi. Bu tarixdə, düşmən üzərində qazanılmış həmin gün üçrəngli bayrağımız daha qürurla, əzəmətlə dalğalandı. İllərdən bəri gözlədiyimiz, həsrətində olduğumuz tarixi günün sevincini Xankəndidə yaşadıq. Döyüşlərdə böyük qəhrəmanlıq və hünər göstərərək düşməni məhv edən, yağıları torpaqlarımızdan qovan Azərbaycan Ordusunun və başqa güc strukturlarının şəxsi heyəti Xankəndinin baş meydanında Müzəffər Ali Baş Komandan İlham Əliyevin qarşısından təntənəli addımlarla keçdi.
"Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi....
Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
Ölkə Prezidentimiz cənab İlham Əliyevin oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq söylədiyi bu fikrlər təsdiq edir ki, Azərbaycanın möhtəşəm qələbəsi tarixdə əbədi olaraq yaşayacaq.
Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq bu tarixi hadisə, həmçinin Ulu Öndər Heydər Əliyevin xalqımıza miras qoyduğu müdrik siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin parlaq nümunəsidir.
Xəbər lenti
Hamısına baxGündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34

