8 Mart - Beynəlxalq Qadınlar Günü və Azərbaycan Qadınının Cəmiyyətimizdə Rolu
06.03.2025 [16:44]
Abbas Pənahov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini
8 Mart - Beynəlxalq Qadınlar Günü, dünyada qadınların hüquqları, nailiyyətləri və cəmiyyətdəki mühüm rolları üçün qeyd olunan xüsusi bir gündür. Azərbaycan tarixində qadınların rolu əsrlər boyu böyük olmuşdur. Qadınlar hər zaman cəmiyyətin ən aktiv üzvlərindən biri olmuş, ölkənin inkişafında mühüm töhfələr vermişlər.
Azərbaycan qadınları 1918-ci ildə seçmək və seçilmək hüququ qazanmışlar. Bu, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qadınlara verdiyi mühüm bir nailiyyət idi.
Azərbaycan qadınları milli dəyərlərə sadiq qalaraq, ana dilinin, mədəniyyətinin və mənəviyyatının ən etibarlı dayaqları olmuşlar. Onlar nəsildən-nəslə milli adət-ənənələri ötürmüş, cəmiyyətin mənəvi inkişafında mühüm rol oynamışlar.
Azərbaycanda qadın hüquqlarının hüquqi əsasları möhkəm təməllərə söykənir. Ölkə bir sıra beynəlxalq təşkilatlara və konvensiyalara qoşulmuş, milli qanunvericilikdə qadın hüquqları mövzusunu təkmilləşdirmişdir.
Azərbaycanda qadın siyasətinin effektivliyini təmin edən bir sıra amillər vardır:
- Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.
- 1998-ci il 14 yanvar tarixində "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında" Sərəncam imzalanmışdır.
- Ulu Öndər Heydər Əliyev tərəfindən 6 mart 2000-ci il tarixində "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" Fərman imzalanmışdır.
- 2000-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti 2000-2005-ci illər üçün "Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı"nı qəbul etmişdir.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.
- "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu 2006-cı il 10 oktyabr tarixində qəbul olunmuşdur.
- 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.
Azərbaycan bir sıra beynəlxalq təşkilatlara və konvensiyalara qoşulmuş, milli qanunvericilikdə qadın hüquqları mövzusunu təkmilləşdirmişdir:
- 1995-ci ildə "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" konvensiya;
- Beynəlxalq Əmək Təşkilatının (BƏT) qadın əməyi sahəsində qəbul etdiyi müxtəlif konvensiyalar;
- "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı";
- "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı".
Bu gün Azərbaycan qadınları cəmiyyətin bütün sahələrində fəal iştirak edirlər. Onlar elm, təhsil, mədəniyyət, səhiyyə, siyasət və digər sahələrdə mühüm nailiyyətlər əldə edirlər.
8 Mart - Beynəlxalq Qadınlar Günü, qadınların cəmiyyətdəki mühüm rolunu və hüquqlarını bir daha vurğulamaq üçün əla bir fürsətdir. Bu gün bütün qadınlara hörmət və ehtiramımızı bildirir, onlara can sağlığı, xoşbəxtlik və uğurlar arzulayırıq.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

