/ / Azərbaycanda dövlət gənclər siyasətinin əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub
Azərbaycanda dövlət gənclər siyasətinin əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub
16.07.2013 [16:49]
YAP Gənclər Birliyinin “Yay məktəbi” layihəsinin Masallı rayonu üzrə üçünçü turu başlayıb
Dünən Masallı rayonunda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) “Gələcəyin liderləri” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin üçüncü turu başlayıb.
“Viləş” istirahət mərkəzində təşkil olunan “Yay məktəbi”nin üçüncü qrupunun rəhbəri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, məsul şəxslər isə YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov, YAP Siyəzən rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşad Rəhmanov və YAP Nərimanov rayon təşkilatının təlimatçısı Nərminə Yunusovadır.
Layihənin iştirakçıları ilk olaraq YAP GB-nin “Yay məktəbi” layihəsinin əhəmiyyəti haqqında fikirlərini açıqlayıblar. YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov qeyd edib ki, 2007-ci ildən başlayan “Yay məktəbi” layihəsində partiyanın fəal üzvü olan yüzlərlə gənc iştirak edir. Onun sözlərinə görə, hazırki qrupun üzvlərinin sayı isə 50 nəfərdir. Ümumilikdə isə builki layihə dörd mərhələdən ibarətdir və təxminən 600 gənci əhatə edəcək. “Yay məktəbi”ndə iştirak edən gənclər həm Bakı şəhərini, həm də bölgələri təmsil edirlər. Bildirilib ki, layihə çərçivəsində gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün ekskursiyalar təşkil olunacaq, müxtəlif məsələlərlə bağlı təlimlər, debatlar reallaşdırılacaq, intellektual və əyləncəli yarışlar keçiriləcək.
Eyni zamanda, “Yay məktəbi” layihəsi çərçivəsində Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar və digər məsul şəxslərlə görüşlər təşkil olunacaq, onlar müxtəlif mövzular ətrafında fikirlərini bölüşəcək, gəncləri maraqlandıran suallar cavablandırılacaq.
“Yay məktəbi”nin iştirakçıları ilə tanışlıq xarakterli görüşdə qrupun rəhbəri, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycanda dövlət gənclər siyasətinin əsasının Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. O, xatırladıb ki, Ulu öndər Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ilk görüşlərdən birini gənclərlə keçirib. Həmin görüşdə iştirak etdiyini deyən Hikmət Babaoğlunun sözlərinə görə, həmin vaxtdan etibarən YAP-ın fəaliyyətində gənclərlə iş daim diqqət mərkəzindədir. Çünki gənclər xalqımızın və dövlətimizin gələcəyidir. “Tarix, xalq, mədəniyyət vərəsəliyi sevir. Maddi-mədəniyyət nümunələri xalqın tarixini əks etdirir. Yeni tarix keçmiş tarixin üzərində qurulur. YAP da məhz bəşəriyyətin inkişaf tendensiyasının məntiqinə söykənərək onun vərəsəliyini, siyasi varisliyini qoruyub saxlayır. Və partiyamızın gənclər siyasəti uğurla davam edir”, - deyə baş redaktor vurğulayıb.
Hikmət Babaoğlu bildirib ki, iyulun 14-ü Azərbaycanın dövlətçilik tarixində və xalqımızın tarixində əlamətdar bir gündür. Belə ki, 1969-cu il iyulun 14-də Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə gəlib. Onun fikrincə, Heydər Əliyevdən əvvəlki rəhbərlər respublikanı öz siyasi iradələrinə uyğun idarə edə bilməyiblər: “Ancaq Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan dövlətçilik tarixində yeni eranın başlanğıcı oldu. Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi xalqımızın tarixi şansı idi. Digər bir şans bu idi ki, Heydər Əliyev hakimiyyətə Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsindən gəlmişdi. Məlumdur ki, o zamanlar problemlərin bir çoxu bu komitədən gəlirdi və millətin düşünən beyinləri bu orqanın əli ilə məhv edilirdi. İki il ərzində Ulu öndərimiz DTK-nı azərbaycanlılaşdırmaqla, məhz Azərbaycana xidmət edən quruma çevirməklə gələcəkdə ona təhlükə törədəcək əsas məsələlərin qarşısını aldı. Buna görə də, hesab edirəm ki, həmin illəri yüksək dəyərləndirmək lazımdır”.
Qrup rəhbəri deyib ki, Heydər Əliyev bir çox ilklərə imza atmış böyük tarixi şəxsiyyətdir: “DTK-nın ilk azərbaycanlı sədri olub, ilk olaraq Azərbaycan rəhbəri kimi rəsmi tədbirlərdə ana dilində danışıb, Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini seçilib və s. Ulu öndər Heydər Əliyev azərbaycançılıq məfkurəsini yeni keyfiyyətdə təqdim edərək onu milli ideologiya səviyyəsinə yüksəltdi”.
Baş redaktor qeyd edib ki, hər bir cəmiyyətdə ideya və fikir istehsal etmək mürəkkəb məsələdir. İdeya və fikri ideologiyaya çevirmək ondan da çətindir, ideologiyanı mənimsənilməsini təmin edib onu ümummilli ideologiyaya səviyyəsinə qaldırmaq daha mürəkkəb məsələdir: “Heydər Əliyev bütün bunları bacardı. O, azərbaycançılığı Azərbaycan dövlətçiliyinin əsas fəlsəfi-ideoloji substratı kimi cəmiyyətə qəbul etdirdi. İdeologiya insanları birləşdirən, insanların identikliyini formalaşdıran bir vasitədir, ideologiya dövləti ayaqda tutan ruhdur. Ruh bədən üçün nədirsə, ideologiya da cəmiyyət üçün odur. Ulu öndər Heydər Əliyev dağılmaqda olan Azərbaycana bu ruhu verərək onu ayaqda saxladı”.
Qrup rəhbəri qeyd edib ki, bu gün ölkəmizdə Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda dünyada qloballaşmanın getdiyini deyən Hikmət Babaoğlunun sözlərinə görə, belə bir prosesdə gənclər məsuliyyətli, ayıq-sayıq olmalıdırlar. Onun fikrincə, qloballaşma şəraitində milli və dövlət maraqlarının qorunması olduqca vacibdir: “Bəzi imperialist güclər müxtəlif bəhanələrlə, demokratiya adı altında dövlətlərə və xalqlara təcavüz edirlər. Belə təhlükələrin qarşısını yalnız intellektual cəmiyyətlər ala bilər. Sevindirici haldır ki, Azərbaycanda intellektual gənclik yetişib və bu gənclərin əksəriyyəti YAP-ın sıralarında birləşib”.
Daha sonra tədbir geniş fikir mübadiləsi şəraitində davam edib, gənclərin sualları cavablandırılıb.
Eyni zamanda, gənclər gün ərzində interaktiv oyunlar təşkil ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

