İsmayıllıda YAP fəalları ilə görüş keçirilib
18.07.2013 [11:20]
Əli Əhmədov: Son 10 il ərzində Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, xüsusilə, ölkəmizin beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb
İyulun 17-də Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov partiyanın İsmayıllı rayon təşkilatının fəalları ilə görüşüb. Görüşü giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova təşkilatın qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar həyata keçirdiyi tədbirlər, bu yöndə işlərin hazırki vəziyyəti haqqında məlumat verib.
Çıxış edən YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov partiyanın yerli strukturlarında belə görüşlərin mütəmadi olaraq keçirildiyini deyib. Əli Əhmədov bildirib ki, əsas məqsəd prezident seçkiləri ilində yerli təşkilatların işini daha da gücləndirməkdən ibarətdir.
YAP İcra katibi vurğulayıb ki, partiya yarandığı vaxtdan etibarən ölkəmizdə keçirilən bütün seçkilərdə qələbələr qazanıb. Onun sözlərinə görə, partiyanın artan gücü növbəti seçkilərdə də qələbəni şərtləndirən əsas amillərdən biridir.
YAP Sədrinin müavini bildirib ki, son 10 il ərzində Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, xüsusilə, ölkəmizin beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb. Onun fikrincə, uğurlu siyasət xalqımız tərəfindən dəstəklənir və insanlar növbəti beş ildə də cənab İlham Əliyevi dövlət başçısı kimi görmək istəyirlər. Əli Əhmədov bildirib ki, seçki ilə bağlı partiyanın yerli strukturları, o cümlədən, ilk təşkilatlar üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər. O qeyd edib ki, seçki kampaniyası dövründə gənclərin, qadınların, ziyalı insanların potensialından səmərəli istifadə olunmalıdır.
YAP Sədrinin müavini qarşıdan gələn prezident seçkiləri kampaniyasına hazırlıqla əlaqədar YAP İsmayıllı rayon təşkilatının fəallarına müvafiq tövsiyələr verib. Tədbirdə, həmçinin, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, partiya fəalları Həşim Həşimov və Zaur Muradov çıxış ediblər. Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı və Milli Məclisin deputatı Ərəstun Cavadov da iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25

