Elm və Fədakarlıq Nümunəsi – Zərifə xanım Əliyeva
14.04.2025 [17:37]
Abbas Pənahov,
YAP Nəsimi rayon təşkilatının sədr müavini
15 aprel – Azərbaycanın tanınmış oftalmoloqu, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi Zərifə Əziz qızı Əliyevanın anım günüdür. O, öz mənalı ömrünü insanlara sağlamlıq bəxş etməyə, Azərbaycan tibb elminin inkişafına, yüksək ixtisaslı kadrların yetişməsinə və xalqına xidmətə həsr etmiş nadir şəxsiyyətlərdən biridir.
Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açmışdır. Onun doğulduğu ailə – Azərbaycanın böyük səhiyyə təşkilatçısı və ictimai-siyasi xadimi Əziz Məmmədkərim oğlu Əliyevin ailəsi – elmə və dövlətə xidmət ənənələrini yaşadan, yüksək mənəvi dəyərlərlə zəngin bir mühit olmuşdur. Ailənin kökləri əzəli torpağımız olan İrəvan mahalına bağlıdır. Əziz Əliyevin İrəvanda təqibə məruz qalması, ailəsini qorumaq məqsədilə Şahtaxtıya köçməsi və sonradan Bakıya gəlməsi bu ailənin keçdiyi çətin, lakin şərəfli yolun başlanğıcı olmuşdur.
Zərifə xanım, məhz belə zəngin mənəvi və ziyalı ənənələri olan bir mühitdə böyümüş, yüksək ideallarla formalaşmışdır. Gəncliyində Azərbaycan elminin və mədəniyyətinin böyük simaları ilə əhatə olunması – Üzeyir Hacıbəyov, Bülbül, Səməd Vurğun kimi şəxsiyyətlərlə ailəvi münasibətlər – onun dünyagörüşünə və şəxsiyyət kimi formalaşmasına mühüm təsir göstərmişdir.
1942-ci ildə orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1947-ci ildə təhsilini əla qiymətlərlə başa vurmuşdur. Elə həmin dövrdə Azərbaycanın səhiyyəsi qarşısında duran əsas problemlərdən biri geniş yayılan traxoma xəstəliyi idi. Bu xəstəliyin müalicəsi və qarşısının alınması məqsədilə görülən tədbirlərə Zərifə xanım fəal şəkildə qoşulmuş, yalnız klinik müalicə ilə kifayətlənməyərək bölgələrə səfərlər etmiş, əhali və tibb işçiləri arasında maarifləndirici işlər aparmışdır.
Zərifə Əliyevanın elmi fəaliyyəti də göz xəstəliklərinin, xüsusilə peşə patologiyalarının öyrənilməsinə və effektiv müalicə metodlarının hazırlanmasına yönəlmişdir. Onun apardığı fundamental tədqiqatlar nəticəsində, Azərbaycanda oftalmologiyanın inkişafına mühüm təkan verilmişdir. Alim yalnız ölkə daxilində deyil, beynəlxalq elmi ictimaiyyət tərəfindən də tanınaraq yüksək nüfuz qazanmışdır.
Zərifə xanımın elmi irsi çoxşaxəlidir – o, 12 monoqrafiyanın, yüzlərlə elmi məqalənin müəllifi, bir ixtira və bir neçə səmərələşdirici təklifin müəllifidir. Onun rəhbərliyi altında yetişən oftalmoloqlar bu gün də öz fəaliyyətlərində onun qoyduğu elmi məktəbin davamçıları olaraq çıxış edirlər.
Zərifə xanım Əliyeva ömrünün sonunadək elmi və ictimai fəaliyyətini dayandırmamış, elmə, səhiyyəyə və gənc nəslin təlim-tərbiyəsinə töhfələr verməyə davam etmişdir. 1985-ci il aprelin 15-də Moskvada vəfat edən böyük alim, 1994-cü ildə Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının yanında dəfn olunmuşdur.
Zərifə xanım Əliyeva təkcə görkəmli alim deyil, həm də qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı idi. Onun həyat yoldaşı – Azərbaycan dövlətçiliyinin memarı, ümummilli lider Heydər Əliyevin yanında olan fədakar dəstəkçisi kimi keçdiyi ömür yolu xalqımızın yaddaşında əbədi iz qoymuşdur. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu şərəfli ailə ənənəsini yüksək səviyyədə davam etdirirlər.
Zərifə xanım Əliyeva – elm və şəfqət, fədakarlıq və vətənpərvərlik simvoludur. Onun əziz xatirəsi qəlblərdə daim yaşayacaq, parlaq elmi irsi isə gələcək nəsillərə yol göstərəcəkdir.
Allah rəhmət eləsin.
Xəbər lenti
Hamısına baxSosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

