Nizami rayonunda I Makeathon Nizami Festivalı keçirilib
16.05.2025 [15:32]
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə I Makeathon Nizami Festivalı keçirilib.
Festival çərçivəsində Nizami rayonunun 20-yə yaxın təhsil müəssisəsindən 150-dək nümayəndə iştirak edib. Onlar “Texno-ideya”, “Sumo roboteks”, “Tullantıdan sənətə” və “Sərbəst yaradıcılıq” kateqoriyaları üzrə əl işlərini və layihələrini nümayiş etdiriblər.
Festival iştirakçılarının layihə və işlərinin təqdimatından sonra rəsmi mükafatlandırma mərasimi keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan mərasimdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Rasim Musabəyov, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsilin təşkili sektorunun müdiri Turanə Məcidli, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları çıxış ediblər.
Bildirilib ki, Festival yeniyetmələrin və gənclərin yaradıcı potensialını üzə çıxarmaq, onların robot sənayesi və süni intellekt sahəsinə marağını artırmaq, onların texnoloji, sənət bacarıqlarını inkişaf etdirmək məqsədilə təşkil olunub. Qeyd olunub ki, hər il keçirilməsi planlaşdırılan bu Festivalın əsas məqsədi yeniyetmələr və gənclər arasında yaradıcı düşüncənin inkişafına dəstək vermək, elmi-texnoloji bilikləri praktik fəaliyyətlə birləşdirərək yeni ideyaların ortaya çıxmasına şərait yaratmaqdır. Eyni zamanda, yeniyetmələrin və gənclərin ətraf mühitə məsuliyyətli yanaşmalarını və tullantıların təkrar istifadəsi üzrə bacarıqlarını da artırmaq festivalın prioritetlərindən biridir.
Çıxışlardan sonra mükafatlandırma mərasimi keçirilib.
“Texno-ideya”, “Sumo roboteks”, “Tullantıdan sənətə” və “Sərbəst yaradıcılıq” kateqoriyaları üzrə ən yaxşı işlərin müəllifləri, eləcə də ən yaxşı layihə təqdimatını etmiş müəssisələr, həmçinin 2025-ci il ərzində keçirilmiş beynəlxalq və respublika əhəmiyyətli tədbirlərdə uğurlu nəticələr qazanmaqla gənclərə örnək olan Nizami rayon məktəblərinin şagirdləri mükafatlandırılıb, onlara medallar, diplomlar və hədiyyələr təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15

