Azərbaycan regionda yeni mühit formalaşdırdı
05.06.2025 [14:12]
Xaləddin Tağıyev,
YAP Ağdam rayon təşkilatı, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsi ərazi partiya təşkilatının sədr müavini
Hər il ənənəvi keçirilən Beynəlxalq Neft və Qaz sərgiləri ölkəmizin ötən müddətdə enerji sektorunda qazandığı uğurların təhlilini zərurətə çevirir. Bu sərgilər həm də qarşıdakı dövrün hədəflərini müəyyənləşdirir. İyunun 2-də öz işinə başlayan Bakı Enerji Həftəsi çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində Prezident cənab İlham Əliyevin nitqi, həmçinin yubiley tədbiri ilə bağlı dövlətimizin başçısına ünvanlanan təbrik məktubları, çıxışlarda səsləndirilən fikirlər Azərbaycanın bu gün dünyanın enerji xəritəsində hansı yeniliklərə imza atdığını, dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında artan rolunu ortaya qoyur. Reallıq budur ki, ölkəmiz beynəlxalq səviyyədə etibarlı və arzuolunan tərəfdaş kimi nüfuz qazanıb. Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsi olaraq 1999-cu ildə Dövlət Neft Fondu yaradıldı. Neft gəlirlərinin idarə edilməsində şəffaflığın qorunması üçün atılan bu mühüm addım Azərbaycanın uğurlu gələcəyinə, ölkəmizin daha da güclənməsinə, insanların sosial müdafiəsinin gücləndirilməsinə xidmət etdi. Hazırda burada toplanan vəsaitin hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bunlar da ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirir. Dövlət başçısı İlham Əliyev çıxışında bu məqamlara da diqqəti yönəltdi. Bildirdi ki, neft və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir. Biz insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatırdıq. Ölkədə savadlılıq səviyyəsi 100 faizə bərabərdir. Azərbaycan regionda yeni mühit formalaşdırdı. Bir çox ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Bundan sonra da enerji, neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaq. Müqayisə üçün qeyd edək ki, ötənilki Bakı Enerji Həftəsindəki çıxışında dövlət başçısı İlham Əliyev qaz ixracının coğrafiyasının genişlənməsindən bəhs edərkən bu rəqəmi açıqlamışdı ki, səkkiz ölkəyə təbii qaz ixrac edirik. Bir ildə həmin ölkələrin sayı 12-yə çatıb. Prezident İlham Əliyev əminliklə bildirdi ki, bu, hələ də son deyil. İxrac coğrafiyasının genişləndirilməsi üçün bəzi ölkələrlə danışıqlar və sərmayə qoyuluşu mərhələsindəyik. Boru kəməri ilə müəyyən coğrafiyanın qazla təmin edilməsi baxımından Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir. Bu tədbir dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələri və təşkilatları bir yerə toplayır. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən növbəti tədbirlərdə isə energetika sahəsində mövcud vəziyyəti, yeni imkanları və perspektivləri müzakirə etmək üçün 39 ölkədən 267 şirkətin nümayəndəsi iştirak edir. Forum çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar bu sahədə yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və qarşıdakı dövr üçün inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək edir.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

