Prezident seçkilərinin demokratik standartlara uyğun keçirilməsi üçün bütün imkanlar mövcuddur
12.09.2013 [09:14]
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatında növbəti seminar-müşavirə keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatında növbəti seminar-müşavirə keçirilib. Müşavirədə çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov qarşıda duran vəzifələr, görülmüş işlər haqqında məlumat verib. Qeyd olunub ki, ölkəmizin ictimai-siyasi həyatında olduqca böyük əhəmiyyətə malik olan prezident seçkilərinin şəffaf, tam demokratik standartlara uyğun keçirilməsi üçün bütün imkanlar mövcuddur.
A.Hüseynov insanların azad, sərbəst formada, heç bir maneə ilə üzləşmədən öz iradələrini ifadə etməsi üçün hər cür şəraitin yaradıldığını vurğulayıb. Onun sözlərinə görə, bu prosesdə YAP üzvləri həmişə olduğu kimi, bu dəfə də böyük fəallıq nümayiş etdirirlər: “YAP Qaradağ rayon təşkilatı nəzərdə tutulmuş qrafik üzrə fəaliyyətini davam etdirir. Təşkilatda iş bölgüsü aparılıb və müxtəlif vəzifələr üzrə fəaliyyət proqramı müəyyənləşib. Bu proqramda rayon təşkilatının və partiya fəallarının konkret fəaliyyət istiqamətləri, eyni zamanda, ərazi ilk partiya təşkilatları ilə sıx əlaqənin yaradılması, operativ informasiya təminatı, seçicinin heç bir maneə ilə üzləşmədən məntəqəyə gələrək öz iradəsini azad şəkildə ifadə etməsini təmin edəcək bütün zəruri tədbirlər müəyyənləşdirilib”.
A.Hüseynov ərazi ilk partiya təşkilatlarının fəaliyyət istiqamətləri barəsində də konkret vəzifələrin olduğunu diqqətə çatdırıb. O, əmin olduğunu bildirib ki, rayon təşkilatının fəalları və bu prosesə cəlb olunmuş insanlar seçkilərin uğurla başa çatması üçün lazımi iradə və fədakarlığı göstərəcək.
Daha sonra çıxış edən YAP Qaradağ rayon təşkilatının üzvü Yalçın Səfərəliyev deyib ki, bu cür seminarlar seçkinin gedişində qarşıya çıxan məsələlərin həllinə, prosesin qanunvericiliyin tələblərinə uyğun təmin edilməsinə imkanlar yaradır. Malik Qasımov isə ölkəmizdəki demokratik seçki mühitindən danışaraq bildirib ki, hər bir seçki prosesində aktiv iştirak edən qaradağlılar bu seçkidə də səsvermə məntəqələrinə gələrək öz iradələrini ifadə edəcəklər. Əkbər Bayraməliyev və Təranə İsmayılova da qarşıda duran məsələlərdən danışıblar.
YAP Qaradağ rayon təşkilatının Aparat rəhbəri Ruslan İsmayılov isə qarşıdan gələn seçki prosesinə hazırlıqla bağlı görülən işlər haqqında məlumat verib. Onun sözlərinə görə, artıq ölkəmizdə demokratik seçki mühiti formalaşıb ki, bu da prosesin tam şəffaf keçirilməsinə təminat verən başlıca meyardır.
Daha sonra seminar - müşavirədə qarşılıqlı fikir mübadiləsi aparılıb, bir sıra maraqlı məsələlərlə bağlı suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

