YAP Abşeron rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
18.09.2013 [10:45]
Abşeronlular cənab İlham Əliyevi dəstəkləyir və Onun həyata keçirdiyi siyasi kursa səs verəcəklər
YAP tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin Abşeron rayonu üzrə Seçki Qərargahı dünən rayonun Aşağı Güzdək qəsəbəsində əhali ilə görüş keçirib. Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev bildirib ki, ölkədə mövcud olan siyasi-ictimai sabitlik Azərbaycanın günü-gündən güclənməsinə və çiçəklənməsinə şərait yaradıb. O, qeyd edib ki, regionun lider dövləti olan Azərbaycanın sürətlə inkişafı bu gün də davam etməkdədir: “Abşeron da respublikada gedən ümumi inkişafdan kənarda qalmayıb, tərəqqi edib, yeniləşib, daha da müasirləşib. İndi bu rayonun adı çəkiləndə göz önünə yaşıllıqlar qoynunda cilvələnən bir yaşayış məkanı gəlir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının Abşeronda uğurla icrasından sonra rayonda məhz belə bir mənzərə yaranıb”.
Daha sonra çıxış edən millət vəkili İmamverdi İsmayılov son illərdə ölkədə aparılan uğurlu iqtisadi islahatlardan bəhs edib. Natiq bildirib ki, vətəndaşların rifah halının yaxşılaşdırılması, aztəminatlı ailələrin sosial müdafiəsi daim dövlətimizin və onun başçısının diqqət mərkəzindədir. Millət vəkili deyib ki, dünyada gedən qlobal proseslər fonunda ölkəmizin dayanıqlı inkişafı və regional güc mərkəzi kimi formalaşması onun qüdrətini bir daha sübut edir: “Ölkəni isə bu qüdrətli vəziyyətə, heç şübhəsiz ki, ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu siyasət gətirib. Bu baxımdan, Azərbaycan xalqı, əziz Abşeron seçiciləri, öz seçimlərini həmişə düzgün ediblər və biz inanırıq ki, bundan sonra da onlar məhz uğurlu və dinamik inkişafa səs verəcəklər”.
Aşağı Güzdək qəsəbəsinin Ağsaqqallar Şurasının sədri Novruz Şahverdiyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən bütün işlər yalnız ölkəmizin uğurlu inkişafına xidmət edir: “Bu yolda hörmətli Prezidentimizə uğurlar diləyir və bütün Azərbaycan xalqını dövlət başçısı İlham Əliyevə səs verməyə çağırırıq. Mən də gələcəyimiz üçün Prezidentimizi dəstəkləyirəm və Onun yürütdüyü siyasi kursa səs verəcəyəm”.
Daha sonra çıxış edən qəsəbə ağsaqqalı Nizami Cavadov deyib ki, Azərbaycan durmadan irəliləyir, ölkəmiz son illərdə öz inkişafının yeni və daha intensiv mərhələsini yaşayır: “Cənab İlham Əliyevin son 10 il müddətində qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar dövlət başçısının daim xalqın mənafeyindən çıxış etdiyini, habelə, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini göstərib. Buna görə də mən hər bir Azərbaycan vətəndaşını cənab İlham Əliyevə səs verməyə çağırıram. Çünki O, sülhün və sabitliyin qarantıdır”.
Zahid İLHAMOĞLU
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

