Şabranlılar Prezident İlham Əliyevi dəstəkləyirlər
18.09.2013 [10:48]
Bu fikirlər rayonun Pirəmsən və Sincanboyat kəndlərində keçirilən görüşdə səsləndirilib
Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Şabran rayonu üzrə Seçki Qərargahı Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq sentyabrın 16-dan etibarən təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Növbəti analoji tədbirlər rayonun Düzbilici və Xəlfələr kəndlərində keçirilib.
Görüşləri giriş sözü ilə açan YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov bildirib ki, Azərbaycan həm Qərb, həm də Şərq dəyərlərini özündə birləşdirməklə özünün dünya birliyində xüsusi əhəmiyyətə malik olduğunu balanslaşdırılmış siyasəti ilə təsdiqləyib. Son illərdə inkişafa yönələn proseslərdən də aydın olur ki, Qərb ilə Şərqin qovuşduğu məkanda yerləşən Azərbaycan regionlararası siyasi, iqtisadi və ticarət əlaqələrinin inkişafında mühüm amilə çevrilir: “Məhz cənab Prezidentimizin həyata keçirdiyi düşünülmüş xarici siyasətin uğurları nəticəsində ölkəmizin enerji, nəqliyyat, tranzit və logistika infrastrukturu sözün əsl mənasında inkişaf edib. Daxili və xarici siyasətin paralel inkişaf etdiyi Azərbaycanda tərəqqinin müsbət və uğurlu nəticələri göz qabağındadır”.
Görüşlərdə çıxış edən millət vəkili Tahir Süleymanov bildirib ki, Azərbaycan dünyada sürətlə inkişaf edən ölkələr sırasındadır: “Ölkə öz müstəqilliyini bərpa etdiyi 22 il ərzində iqtisadiyyatının 3 dəfə, dövlət büdcəsinin 20 dəfə artımına nail olub. Azərbaycanın hərtərəfli inkişafı, ölkədə gedən quruculuq və abadlıq işləri dünya səviyyəsində qəbul edilir. Bu intibahı görən xarici qonaqlar öz heyranlıqlarını gizlədə bilmirlər. Azərbaycanda qeyri-neft sektorunun, regionların sosial-iqtisadi inkişafı, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir. İdarəetmə sisteminə dinamizm və müasirlik çalarları gətirən dövlət başçısı hökumətin həyata keçirməli olduğu tədbirlərin icra prosesini daim şəxsi nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir. Məhz bu amilləri nəzərə alan şabranlılar seçki günündə hamı bir nəfər kimi Ulu öndərin siyasi kursunu uğurla və dinamik bir şəkildə davam etdirən cənab İlham Əliyevə səs verəcəklər”.
Tədbirdə çıxış edən kənd sakinləri oktyabrın 9-da cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

