Azərbaycan ictimaiyyəti Prezident İlham Əliyevə dərin inam və etimad bəsləyir
18.09.2013 [10:50]
Göygöl rayonunun bir sıra kəndlərində seçicilərlə görüşlər keçirilib
Dünən YAP Göygöl rayon təşkilatı Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasının başlanması ilə əlaqədar olaraq sözügedən rayonun Balçılı, Cümşüdlü, Qırıxlı və Haçaqaya kəndlərində seçicilərlə görüşlər keçirib. İlk görüş rayonun Balçılı kəndində baş tutub. Tədbirdə millət vəkili Rövşən Rzayev, YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev iştirak ediblər.
Millət vəkili Rövşən Rzayev çıxışında bildirib ki, hazırda Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətidir. “Bu nəticə asanlıqla və ya təsadüfən əldə edilməyib. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasi kursun cənab Prezident İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsi Azərbaycanı gündən-günə çiçəklənən, inkişaf edən müasir dövlətə çevirib. Bu gün Azərbaycan həm də yüksək beynəlxalq nüfuza malikdir. Ölkəmizin inkişafı dünya dövlətləri tərəfindən təqdir edilir” - deyə, millət vəkili qeyd edib.
Onun sözlərinə görə, daxili və xarici siyasətdə əldə edilən möhtəşəm uğurlarin nəticəsi kimi, Azərbaycan cəmiyyətinin əksəriyyəti Prezident İlham Əliyevə dərin inam və etimad bəsləyir: “Biz cənab Prezident İlham Əliyevin növbəti möhtəşəm qələbə qazanacağına əminik. Növbəti prezident seçkiləri də xalqın ali iradəsini əks etdirəcək və Yeni Azərbaycan Partiyasının möhtəşəm zəfəri olacaq”.
Daha sonra çıxış edən YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev isə qeyd edib ki, bu gün hər bir bölgənin olduğu kimi, Göygül rayonunun seçiciləri də seçkilərə böyük ruh yüksəkliyi ilə gedirlər. “Azərbaycan cəmiyyətinin nümayəndələri ölkəmizin gələcəyini Prezident İlham Əliyevin siyasəti ilə bağlayırlar. Ötən 10 il ərzində əldə edilmiş möhtəşəm uğurlar Azərbaycanın doğru yolda olduğunu sübuta yetirmişdir. Bu yol Azərbaycanı inkişafa, tərəqqiyə, parlaq gələcəyə aparan yoldur. Təbii ki, bütün bu uğurlar, möhtəşəm nailiyyətlər belə bir nəticəyə gəlməyə imkan verir ki, Azərbaycan xalqı bir daha cənab İlham Əliyevi özünün Prezidenti kimi görəcək. Cənab İlham Əliyevin qələbəsi Azərbaycanın gələcəyə inamla addımlaması demək olacaq” - deyə, YAP Göygöl rayon təşkilatının sədri əlavə edib.
T.Əliyev seçiciləri prezident seçkilərində iştirak etməyə və öz səslərini layiqli namizədə - Prezident İlham Əliyevə verməyə çağırıb.
Kənd sakini Akif Hüseynov isə vurğulayıb ki, Göygöl ictimaiyyətinin yeganə seçimi cənab İlham Əliyevdir: “9 oktyabr Azərbaycan xalqının növbəti zəfər günü olacaq. Biz əminik ki, Prezident İlham Əliyev xalqın iradəsi və dəstəyi ilə növbəti möhtəşəm qələbəni əldə edəcək. Biz Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevə Azərbaycanın sürətli inkişafına, əldə edilən uğurlu nəticələrə görə xüsusi minnətdarlıq edirik”.
Görüşdə çıxış edən digər kənd sakinləri də oktyabrın 9-da cənab İlham Əliyevə səs verəcəklərini deyiblər.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

