Azərbaycan Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə böyük inkişaf yolu keçib
19.09.2013 [10:06]
Sentyabrın 17 və 18-də Goranboy rayonunun Börü, Mənəşli, Rus Borisi, Todan, Buzluq, Borsunlu, Nadirkənd və Rəhimli kəndlərində seçicilərlə görüşlər keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin seçki təbliğatı çərçivəsində sentyabrın 17 və 18-də Goranboy rayonunun Börü, Mənəşli, Rus Borisi, Todan, Buzluq, Borsunlu, Nadirkənd və Rəhimli kəndlərində seçicilərlə görüşlər keçirilib. Yüksək fəallıq şəraitində baş tutan görüşlərdə Azərbaycanın ötən 10 ildə əldə etdiyi nailiyyətlərdən və qarşıdakı vəzifələrdən bəhs edilib. Qeyd edilib ki, Prezident İlham Əliyev müdrik siyasəti ilə Azərbaycanı Cənubi Qafqaz bölgəsinin lider dövlətinə, o cümlədən, beynəlxalq aləmin nüfuzlu ölkələrindən birinə çevirib.
Milli Məclisin deputatı Mahir Aslanov çıxış edərək bildirib ki, Azərbaycan gənc bir dövlət olmasına baxmayaraq, qısa müddətdə çox böyük uğurlara imza atıb. Bu isə, heç şübhəsiz ki, ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasətin nəticəsidir. “Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətinin nəticəsidir ki, bütün sahələrin paralel inkişafı təmin olunub. Həyata keçirilən sosial-iqtisadi kurs vətəndaşların rifah halının daha da yaxşılaşmasına xidmət edib” - deyə, millət vəkili vurğulayıb.
Onun sözlərinə görə, qarşıdakı illərdə Azərbaycanın istər daxildə, istərsə də xaricdə böyük uğurlara imza atacağı heç kimdə şübhə doğurmur: “Ölkədə gedən abadlıq-quruculuq işləri, insanların sosial rifah halının günü-gündən yaxşılaşması, siyasi sabitliyin qorunub saxlanması Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsasını təşkil edir. Məhz bu əsaslar xalqın növbəti seçkilərdə də cəmiyyətimizin alternativsiz seçimi olan cənab İlham Əliyevə səs verəcəyinə inam yaradır”.
Kibernetika İnstitutunun direktoru akademik Telman Əliyev isə çıxışında Prezident İlham Əliyevin 10 illik fəaliyyəti barədə ətraflı məlumat verib. O, həyata keçirilən uğurlu daxili və xarici siyasətin Azərbaycan xalqının maraqlarına xidmət etdiyini vurğulayıb. “Son 10 il müddətində ölkəmizdə qazanılan uğurlar onu təsdiq edir ki, ölkəmiz doğru yolda irəliləyir. Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin birmənalı qənaəti bundan ibarətdir ki, ölkəmizin sürətli inkişafı, iqtisadiyyatın yüksəlişi, həyatımızın bütün sahələrində baş verən dəyişikliklər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə bağlıdır. Mən rayon ictimaiyyətini seçkilərdə fəal iştirak etməyə və layiqli namizədə - Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıram” - deyə, T.Əliyev əlavə edib.
Tədbirdə kənd ağsaqqalları, gənclər və qadınlar çıxış edərək qarşıdan gələn prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər. Nəzərə çatdırılıb ki, Goranboy ictimaiyyəti, həmçinin, YAP Goranboy rayon təşkilatının üzvləri hər zaman fəal olublar. Xüsusi olaraq qeyd edilib ki, cənab İlham Əliyevin 10 illik Prezidentliyi dövründə rayon ərazisində xeyli irəliləyişlər olub, olduqca müsbət dəyişikliklər qeydə alınıb.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

