“Daha güclü Azərbaycan istəyiriksə, güclü liderə səs verməliyik”
19.09.2013 [10:08]
Bu fikir Şabran rayonunun Söhbətli və Təzəkənd kəndlərində keçirilən görüşlərdə səsləndirilib
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Şabran rayonu Seçki Qərargahının üzvləri dünən rayonun Söhbətli və Təzəkənd kəndlərində seçicilərlə görüş keçiriblər. Görüşləri giriş sözü ilə açan YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov bildirib ki, Prezident İlham Əliyev ötən müddət ərzində Azərbaycanın inkişafı və güclənməsi üçün bütün addımları atıb: “Dövlət başçısının böyük cəsarətlə davam etdirdiyi çoxşaxəli islahatlar kursu ötən 10 ilə yaxın dövrdə respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaradıb, hər bir vətəndaşın həyatında irəliləyişlərə səbəb olub. 10 il ərzində Azərbaycan iqtisadiyyatının 3 dəfə, dövlət büdcəsinin isə təxminən 20 dəfə artmasının təmin edilməsi, bir milyondan artıq yeni iş yerinin açılması və yoxsulluq səviyyəsinin 50 faizdən 6 faizə düşməsi bunun bariz təsdiqidir. Bütün bu uğurlar Prezident İlham Əliyevə ümumxalq etimadını əhəmiyyətli dərəcədə gücləndirib və ona görə, bu siyasətin davamı cəmiyyətin bütün təbəqələrinin istək və arzusudur. Müstəqil Azərbaycanın son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara imza atması, sürətli iqtisadi inkişaf tempi ilə dünyada lider mövqelərini qoruyub saxlaması da məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış mükəmməl mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olmuşdur”.
Rayon təşkilatının sədri daha sonra qeyd edib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Heydər Əliyev siyasəti təkcə artıq tarixə çevrilmiş nailiyyətlərimizin deyil, həm də gələcək uğurların həlledici əsasıdır. 9 oktyabr tarixində hər bir azərbaycanlı seçki məntəqələrinə getməli, daha güclü bir Azərbaycan istəyirsə, güclü liderə səs verməlidir.
Professor Nizami Xudiyev isə çıxışı zamanı qeyd edib ki, siyasi və iqtisadi islahatlar nəticəsində son 10 il ərzində Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkəyə çevrilib: “Azərbaycanın əldə etdiyi valyuta gəlirlərinin insan kapitalına yönəldilməsi iqtisadi siyasətin başlıca hədəflərindən birinə çevrilib. İnkişaf etmiş dövlətlərin təcrübəsini nəzərə alan cənab Prezidentimiz bu təşəbbüsü reallaşdırmaqla intellektual və yüksək idarəetmə qabiliyyətinə malik güclü baza formalaşdırmaq imkanı qazanmasına dəstək olacaq. Beləliklə, neft-qaz ehtiyatlarından əldə olunan gəlirlər insan kapitalının inkişafına yönəldilməklə Azərbaycanın iqtisadi tərəqqisi və davamlı inkişafı üçün etibarlı zəmanətə çevrilir. Bunu isə yalnız Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Heydər oğlu Əliyev həyata keçirə bilər. İnanıram ki, əziz şabranlılar da cənab Prezidentə səs verəcəklər”.
Tədbirdə çıxış edən Söhbətli kənd sakinləri Tofiq Əliyev, Gülsurə Əzimova, Ağalıq İƏD-nin nümayəndəsi Vaqif Əsədov, Təzəkənd kənd sakini Cəbrayıl Əzizxan deyiblər ki, Şabran rayon sakinlərinin yeganə seçimi cənab İlham Əliyevdir.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

