Qlobal Media Forumu: Azərbaycanın yeni informasiya strategiyasının təntənəsi
26.07.2025 [13:33]
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
19-21 iyul tarixlərində Qarabağın mədəniyyət paytaxtı Şuşada keçirilən III Qlobal Media Forumu Azərbaycanın regional siyasətini və strateji mövqeyini nümayiş etdirən əhəmiyyətli bir platforma olub. “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunmuş Forumda 52 ölkədən 140-dan çox xarici qonağın iştirakı dövlətimizin beynəlxalq aləmdə artan nüfuzu və informasiya sahəsindəki roluna göstərilən marağın bariz nümunəsidir.
Müasir dövrdə informasiya axınlarının sürətlənməsi və süni intellektin mediaya inteqrasiyası strateji imkanları xeyli artırır və bu sahədə yeni yanaşmaların formalaşmasına zəmin yaradır. Artıq media yalnız xəbər daşıyıcısı deyil, qlobal proseslərin şərhçisi və ictimai rəyin formalaşmasında mühüm aktora çevrilib. Ölkəmizin bu sahədə öz mövqeyini gücləndirməsi, eləcə də media forumlarını ənənəyə çevirməsi regionda informasiya suverenliyinə verdiyi önəmi açıq şəkildə nümayiş etdirir. Tədbirin Xankəndidə yeni inşa olunmuş Konqres Mərkəzində keçirilməsi isə post-müharibə dövründə aparılan quruculuq işləri və bərpa prosesinin əyani təqdimatı baxımından strateji önəm kəsb edir.
Azərbaycanın ötən ilin noyabrında COP29-a ev sahibliyi etməsi dövlətimizin qlobal iqlim siyasətində rolunu daha da gücləndirib. Ölkəmizin enerji siyasəti artıq təkcə təbii resurslara deyil, bərpaolunan mənbələrə əsaslanır. 30 su elektrik stansiyasının işə düşməsi və günəş-külək enerjisinə sərmayələr, həmçinin 2030-cu ilə qədər 6 giqavat yaşıl enerji istehsalı planı ölkənin iqlim hədəflərinə nə qədər ciddi yanaşdığını göstərir. Bu yaşıl dönüş həm də regionda yeni iqtisadi sahələrin – enerji diplomatiyası, texnoloji innovasiyaları və ekoloji əlaqələrin inkişafı deməkdir. Forumun açılışında çıxış edən dövlətimizin başçısı bildirib ki, Azərbaycan ekologiyaya hörmətlə yanaşan ölkədir: “Biz elektrik enerjisinin istehsalında nə kömürdən, nə də ki, yanacaqdan istifadə edirik. Biz yalnız su və təbii qaz ehtiyatlarından istifadə edirik və bu yaxınlarda Günəş enerjisindən istifadəyə başlamışıq”.
Prezident İlham Əliyev çıxışında Zəngəzur dəhlizi ilə bağlı məsələyə də toxunub. Ermənistan tərəfi bu prosesdə passiv qalmaqla fürsəti qaçırarsa, tranzit ölkə olmaq imkanını birdəfəlik itirəcək və bu, həm iqtisadi, həm də siyasi təcrid demək olacaq. Azərbaycanın yerləşdiyi coğrafi məkan onu Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin kəsişməsində yerləşdirir. Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Orta Dəhliz kimi strateji layihələr ölkəmizin nəqliyyat və enerji sahəsində regionlararası əlaqələndirici mərkəzə çevrildiyini nümayiş etdirir. Tranzit gəlirləri vacibdir, lakin əsas məsələ həmin dəhlizlər boyu infrastruktur və istehsal sahələrinin qurulmasıdır. Bu da öz növbəsində regionda dayanıqlı iqtisadi artım, investisiya axını və əməkdaşlığın möhkəmləndirilməsi üçün zəmin yaradır.
Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin olunması faktoru regionda sabitlik və təhlükəsizlik mühitinin formalaşmasını sürətləndirib. Bu sabitlik həm investorların, həm də region ölkələrinin maraqlarını daha da yaxınlaşdırır. Prezident İlham Əliyevin fikrincə, yeni dövrdə təkcə qonşu dövlətlərlə deyil, qonşuların qonşuları ilə də səmimi münasibətlər vacibdir. Azərbaycan bu baxımdan özünü etibarlı tərəfdaş kimi təqdim edir və bu mövqeni qorumağa davam edir.
Ənənəvi qaz və neft iqtisadiyyatından fərqli olaraq, dövlətimiz gələcəyin sektorlarına – IT və süni intellektə ciddi investisiyalar yönəldir. Artıq bir sıra beynəlxalq texnologiya şirkətləri ilə əməkdaşlıqlar qurulub. Bu həm təhsil, həm də texnoloji startap ekosisteminin formalaşması baxımından strateji addımdır. Media forumunun mövzusu ilə bu istiqamət arasında da ciddi əlaqə var. Rəqəmsal informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə və süni intellektin etik istifadəsi artıq hər bir ölkənin milli təhlükəsizlik gündəminə daxil olub. Dövlətimizin başçısının qeyd etdiyi kimi, daxili gündəliyimizə gəldikdə aydındır ki, Azərbaycan öz inkişafına hansı istiqamətdə davam edəcəkdir: “Əsas prioritet faydalı qazıntı sahəsi ilə bağlı deyil. Burada IT, aparıcı texnologiyalar sektorunu qeyd etmək istəyirəm. Biz süni intellektlə bağlı aparıcı şirkətlərlə artıq əməkdaşlıq edirik”.
III Şuşa Qlobal Media Forumu və Prezident İlham Əliyevin burada verdiyi mesajlar Azərbaycanın qlobal informasiya, enerji və nəqliyyat xəritəsində önəmli aktora çevrildiyini göstərir. Dövlətimizin yaşıl gündəliyi, texnoloji transformasiyası, nəqliyyat dəhlizləri siyasəti və regional əməkdaşlığa açıq yanaşması ölkəni gələcəyin Cənubi Qafqaz liderinə çevirib. Şuşa Forumunun artıq ənənəyə çevrilməsi və burada hər il daha çox ölkənin təmsil olunması Azərbaycanın qlobal media mühitində nüfuzunun artdığını, informasiya siyasətinin isə beynəlxalq bir prioritetə çevrildiyini nümayiş etdirir.
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

