Azərbaycan doğru yolda irəliləyir
20.09.2013 [10:43]
Yevlax seçiciləri Ümummilli liderin yolunu davam etdirən cənab İlham Əliyevi dəstəkləyirlər
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Yevlax rayonu üzrə Seçki Qərargahının üzvləri dünən rayonun Kövər və Kolanı kəndlərində seçicilərlə görüş keçiriblər.
Görüşləri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründə gördüyü işlərdən danışıb. Millət vəkili vurğulayıb ki, ötən 10 ildə ölkəmizdə iqtisadi, mədəni və sosial sahədə mühüm islahatlar həyata keçirilib, neft və qeyri-neft sektorunda yeni-yeni nailiyyətlər əldə olunub: “Mən əminəm ki, ölkəmizin daim inkişafını dəstəkləyən xalqımız oktyabrın 9-da öz doğru seçimini edəcək”.
Seçicilər qarşısında çıxış edən YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hər bir sahədə böyük inkişaf yolu qət edib: “Son 10 il müddətində bütün sahələrdə görülən işlər, qazanılan uğurlar onu göstərir ki, Azərbaycan doğru yolda irəliləyir, xalqımız düzgün seçim edib. Məhz bu səbəbdəndir ki, Azərbaycan xalqı, o cümlədən, yevlaxlılar Ümummilli liderin yolunu davam etdirən cənab İlham Əliyevi dəstəkləyirlər və oktyabrın 9-da yenidən dövlət başçısına etimad göstərəcəklər”.
Çıxış edən YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev deyib ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da seçki mühitini ölkənin son illər ərzindəki inkişafı və bu inkişafın formalaşdırdığı ab-hava müəyyənləşdirir. “Bu gün ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür və bu sabitlik Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin məqsədyönlü siyasətinin bariz nümunəsidir. Bu sabitliyin və inkişafın davam etməsi üçün mən sizləri oktyabrın 9-da cənab İlham Əliyevə səs verməyə çağırıram”.
Görüşdə çıxış edən millət vəkili Səttar Mehbalıyev deyib ki, Prezident İlham Əliyev dünyada müsbət imici ilə tanınan nüfuzlu dövlət xadimlərindəndir. Bu uğurun təməlində dayanan səbəb isə ilk növbədə, Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin səmərəliliyinin Azərbaycanın daxili və beynəlxalq nailiyyətləri qismində əksini tapmasıdır.
Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Şamama Əliyeva vurğulayıb ki, son 10 ildə ölkəmizdə bütün sahələr inkişaf edib: “Biz bu xoşbəxtliyimizin davamlılığı, xoşbəxt sabahımız üçün cənab İlham Əliyevə səs verəcəyik”.
Öz növbəsində görüşlərdə çıxış edən kəndlərin sakinləri Rasim Həsənov və Sevda Kərimova ölkəmizin inkişafının davamlı olması üçün Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

