Sumqayıt seçiciləri oktyabrın 9-da Prezident İlham Əliyevə səs verəcəklər
20.09.2013 [10:46]
YAP Sumqayıt şəhər təşkilatı təşviqat-təbliğat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirib
Oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Sumqayıt şəhərində seçicilərlə görüş keçirilib. Görüşdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin həyat və fəaliyyəti ilə bağlı məlumat verib.
Şəhər təşkilatının sədri bildirib ki, son 10 ildə ölkəmiz yüksək inkişaf yolu keçib. A.İmaməliyev əldə olunan nailiyyətlərdən danışıb. Qeyd edilib ki, bu müddətdə Azərbaycanın iqtisadiyyatı 3 dəfə artıb, əhalinin gəlirlərində yüksək irəliləyiş nəzərə çarpıb: “Bir faktı səsləndirmək istəyirəm ki, Prezident İlham Əliyev hər zaman regionların sosial-iqtisadi inkişafını diqqətdə saxlayıb. Son 10 ildə regionların sosial-iqtisadi inkişafını özündə əks etdirən dövlət proqramları şəhərlərimizin, kəndlərimizin daha da yüksək səviyyədə abadlaşmasına, bölgələrdə yeni iş yerlərinin açılmasına, insanların mədəni istirahətinin təşkilinə şərait yaradıb. Prezident İlham Əliyevin Sumqayıt şəhərinə olan diqqət və qayğısı haqqında xüsusi danışmağı bir sumqayıtlı kimi özümə borc bilirəm. Cənab İlham Əliyev son 10 ildə 11 dəfə, son 2 ildə 5 dəfə şəhərimizə səfər edib. Yeni zavodların açılışı, salınan yeni parklar şəhərimizin daha da inkişafına, iqtisadi göstəricilərin artmasına, o cümlədən, sumqayıtlıların daha firavan yaşamasına yol açıb. Bu gün Sumqayıt özünün inkişafının yeni mərhələsini yaşayır. Mən əminəm ki, qədirbilən sumqayıtlılar hər zaman olduğu kimi, bu dəfə də seçkilərdə yüksək fəallıqla iştirak edəcəklər və öz seçimlərində dövlətçiliyimizi, birliyimizi, inkişafımızı dəstəkləyəcəklər. Mən inanıram ki, biz hamımız əl-ələ verərək möhtərəm Prezidentimizin apardığı yüksək səviyyəli inkişaf prosesində yaxından iştirak edəcəyik”.
Çıxış edən təşviqat qrupunun üzvü, millət vəkili Leyla Abdullayeva da ölkəmizin son illərdə əldə etdiyi iqtisadi nailiyyətlərdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub.
Daha sonra çıxış edən təşviqat qrupunun üzvü, Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli liderin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən davam etdirilən daxili və xarici siyasət xəttinin dayandığını önə çəkib. Onun sözlərinə görə, gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir.
Çıxış edən Eldar İsmayılov Sumqayıt sakinlərinin hər zaman dövlətçiliyin keşiyində dayandığını bildirib. O, oktyabrın 9-da sumqayıtlıların birmənalı şəkildə inkişafımızı davam etdirəcək namizədə-Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verəcəyini deyib.
Çıxış edən Rabiq Oday və Soltan Əsədov bildiriblər ki, ötən 10 il ərzində Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vurub, ölkəmiz 155 dövlətin səsi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib.
Tədbirdə çıxış edən Ələkbər Tağıyev, Səkinə Sadıxova, Vaqif Qəhrəmanov, Bəhram Paşayev Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində regionlarda yeni məktəblərin, diaqnostika mərkəzlərinin, olimpiya komplekslərinin tikilməsindən danışıblar. Qeyd edilb ki, ötən müddət ərzində atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir.
Seçicilər adından çıxış edən Mahirə Məmmədova bildirib ki, hər bir Sumqayıt seçicisi bu gün ölkə Prezidentinin apardığı siyasi kursu dəstəkləyir. O, əminliklə ifadə edib ki, hər bir Sumqayıt sakini ölkəmizdəki siyasi-iqtisadi sabitliyi dəstəkləyir və bu dəstəyi seçicilərimiz oktyabrın 9-da YAP-ın namizədi cənab İlham Əliyevə səs verməklə növbəti dəfə nümayiş etdirəcəklər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

