Xalqımızın birmənalı seçimi məhz cənab İlham Əliyevdir
21.09.2013 [10:06]
Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Qaradağ rayonunda uğurla davam etdirilir
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Qaradağ rayonunda uğurla davam etdirilir. YAP Qaradağ rayon təşkilatının qərargahında seçicilərlə növbəti görüş keçirilib. Görüşdə çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib ki, müşahidələr göstərir ki, cəmiyyətin birmənalı seçimi məhz cənab İlham Əliyevdir. O, qaradağlıların bu seçki kampaniyasında böyük fəallıq nümayiş etdirdiyini vurğulayaraq bildirib ki, artıq bir neçə gündür başlayan və uğurla davam etdirilən təbliğat-təşviqat kampaniyası çərçivəsində Qaradağ rayonunda keçirilən görüşlərdə insanların yeganə seçiminin Ümummilli lider Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı cənab İlham Əliyev olduğu bir daha açıq şəkildə ifadə olunub.
A.Hüseynov son 10 ildə ölkəmizin cənab İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara imza atdığını və Azərbaycan cəmiyyətinin bu uğurlu siyasətə birmənalı dəstək olduğunu söyləyib. “Qarşıdan gələn 9 oktyabr prezident seçkilərində də cəmiyyətimizin mütləq əksəriyyəti cənab İlham Əliyevə dəstək olacaq və bu, Azərbaycanın daha böyük zirvələr fəth etməsinə təminat yaratmış olacaq. Xalqımız öz istəyində və seçimində qərarlıdır. Azərbaycan xalqı öz müqəddəratını ancaq cənab İlham Əliyevə etibar edib. Biz qarşıdan gələn prezident seçkilərində bunu açıq şəkildə bir daha müşahidə edəcəyik. Ölkəmizin bütün bölgələrində olduğu kimi Qaradağda da insanlar 9 oktyabr - prezident seçkilərində aktiv şəkildə iştirak etməklə cənab İlham Əliyevə səs verəcəklər” deyən YAP Siyasi Şurasının üzvü A.Hüseynov Ulu öndər Heydər Əliyev siyasi kursuna daim dəstək verən inkişaf etmiş müasir Azərbaycan cəmiyyətinin yeganə seçiminin cənab İlham Əliyev olacağına bir daha əminliyini ifadə edib.
Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru, professor Rasim Nəbiyev də qaradağlıları qarşıdan gələn prezident seçkilərində bundan öncəki seçkilərdə olduğu kimi fəallıq nümayiş etdirərək cənab İlham Əliyevə səs verməyə çağırıb. Ölkəmizin iqtisadi mənzərəsinə ətraflı nəzər salaraq son 10 ildə görülən işlərdən danışan R.Nəbiyev bu uğurların məhz cənab İlham Əliyevin praqmatik siyasəti sayəsində təmin olunduğuna diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycan son 10 ildə böyük inkişaf yolu keçib. İqtisadi sahədə əldə olunan göstəricilər göz önündədir.
R.Nəbiyev daha sonra deyib ki, YAP Azərbaycanın aparıcı, avanqard siyasi qüvvəsidir. İstər sosial bazası, istərsə də təşkilati baxımdan YAP digər siyasi partiyalardan dəfələrlə güclüdür. Hazırda Yeni Azərbaycan Partiyası ilə rəqabət apara biləcək siyasi qüvvə yoxdur: “Azərbaycan gənc müstəqil dövlət olsa da, sürətlə inkişaf edir, bölgədə, dünyada yeri və rolunu möhkəmləndirir, beynəlxalq münasibətlər sisteminin aparıcı qüvvəsinə çevrilir. Ölkəmizin bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər qurmaq prinsipini həyata keçirdiyi siyasətin önündə saxlaması uğurların davamlılığını şərtləndirən əsas amillərdən biridir. Bu gün regionda Azərbaycanın iştirakı olmadan heç bir layihə öz həllini tapa bilməz. Azərbaycan təşəbbüsləri gerçəkləşdirən ölkə kimi tanınır və nüfuz qazanır. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr ölkələr, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə stimul verir. Uğurla gerçəkləşən layihələr daha yeni layihələr üçün zəmin yaradır. Bu gün Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınması da gerçəkləşdirdiyi layihələrin nəticəsidir. Bütün bunlar isə Ulu öndər Heydər Əliyevin başladığı, cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin bəhrələridir. Öz ölkəsini, dövlətini düşünənlər bundan sonra da qüdrətli Azərbaycana səs verəcəklər” deyən R.Nəbiyev 9 oktyabrda qaradağlıların cənab İlham Əliyevə səs verəcəklərinə əminliyini ifadə edib.
Rayon gəncləri adından çıxış edən Ramin Quliyev də ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatlardan, görülmüş uğurlu işlərdən bəhs edib. Qeyd olunub ki, Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında bundan sonrakı dövrlərdə də daha yüksək uğurlara imza atacaq.
Rayon sakinləri adından çıxış edən Nəsir Həsənov isə deyib ki, Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin Azərbaycana nə qədər böyük uğurlar qazandırdığını görməmək mümkün deyil: “Çünki biz həyatın bütün sahələrində, ailədə, bizi əhatə edən mühitdə, daha geniş mənada dövlətimizin, cəmiyyətimizin həyatında, Azərbaycanın beynəlxalq miqyasda güclənən mövqeyində bu uğurları müşahidə edirik”.
Qaradağ rayonu Lökbatan qəsəbəsi sakini, şəhid anası Pakizə Abbasova qaradağlıların həmişə Ulu öndər Heydər Əliyevin siyasi kursuna dəstək olduqlarını və qarşıdan gələn prezident seçkilərində bir daha bunu sübut edəcəklərini vurğulayıb. Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi sakini Hüseyn Bayramov da onların seçimlərinin cənab İlham Əliyev olduğunu bildirib. Qeyd edib ki, onlar bir vətəndaş olaraq ölkəmizin daha da qüdrətlənməsi naminə cənab İlham Əliyevə yekdilliklə səs verəcəklər.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

