Ağstafa seçicilərinin seçimi Prezident İlham Əliyevdir
24.09.2013 [10:35]
Rayonun Eynallı və Köçəsgər kəndlərində seçicilərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) Ağstafa rayon təşkilatı prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Partiyamızın Sədri, prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat kampaniyası çərçivəsində növbəti görüşlər rayonun Eynallı və Köçəsgər kəndlərində keçirilib.
Keçirilən görüşlərdə son beş ildə aparılan iqtisadi-siyasi kurs nəticəsində əldə olunan sabitliyin və inkişafın Prezident İlham Əliyevin adı ilə bağlı olduğu diqqətə çatdırılıb. Çıxış edən Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov son 10 ildə Ağstafada qeydə alınan iqtisadi inkişafdan bəhs edib. Rayonda yeni məktəblərin tikildiyini, xəstəxanaların təmir olunduğunu söyləyən YAP rayon təşkilatının sədri regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları sayəsində bütün rayonların inkişaf prosesinə qədəm qoyduğunu deyib: “Bu gün Azərbaycanda inkişaf, abadlıq, quruculuq işləri gedir. Bu siyasət bütün istiqamətlərdə paralel şəkildə inkişaf etdirilir. İstər kənd təsərrüfatı, istər təhsil, istərsə də səhiyyə-bütün sahələrdə sürətli irəliləyiş nəzərə çarpır. Ağstafa rayonunda da son 10 ildə böyük yeniliklər həyata keçirilib. Aparılan abadlıq, quruculuq işləri bütünlüklə Prezident İlham Əliyev tərəfindən diqqətdə saxlanır. Ağstafa sakinlərinin Yeni Azərbaycan Partiyasının namizədinə - cənab İlham Əliyevə səs verəcəyinə əminik”.
Çıxış edən təbliğat-təşviqat qrupunun üzvü, rayon Ağsaqallar Şurasının sədri Firdovsi Heydərli Prezident İlham Əliyevin 2013-cü il prezident seçkilərində alternativsiz lider olduğunu bildirib. O deyib ki, hər bir Azərbaycan vətəndaşı cənab İlham Əliyevin fəaliyyətini, siyasətini və bu siyasətin təmin etdiyi uğurları öz həyatında, yaşamında hiss edir: “Prezident İlham Əliyevin müdrikliyi sayəsində biz bu sabitliyimizi qoruya bildik və inkişaf etdik. Mən əminəm ki, xalqımız 1992-1993-cü illərdə yaşananların təkrarlanmasını istəmir. Bunun üçünsə sabitliyə, inkişafa- Prezident İlham Əliyevə səs vermək lazımdır”.
Çıxış edən təbliğat-təşviqat qrupunun üzvü Saqif Qaratorpaq qarşıdan gələn 9 oktyabr seçkilərində bütün seçicilərə uğurlar arzulayıb: “Mən əminəm ki, bütün Azərbaycan xalqı kimi ağstafalılar da öz seçimlərini ediblər və bu seçim xalqımızın, övladlarımızın, dövlətimizin gələcəyi olan Prezident İlham Əliyevdir. Azərbaycan xalqı birmənalı olaraq Prezidentimizin ətrafında sıx birləşməli və 9 oktyabrda inkişafa xidmət edən bu siyasəti davam etdirməlidir. İLHAMLA, İNAMLA İRƏLİ!”
Çıxış edən rayon seçiciləri bir daha bildiriblər ki, Ağstafa seçiciləri hamılıqla inkişafa, yeniliyə səs verəcək. Azərbaycan xalqının bir seçimi var- Prezident İlham Əliyev! Daha sonra tədbirlər konsert proqramı ilə davam etdirilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40

