Xızılıların da seçimi cənab İlham Əliyevdir
25.09.2013 [10:06]
Xızı rayonunda Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində geniş mitinq-konsert keçirilib
Dünən Xızı rayonunda Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində geniş mitinq-konsert keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev bildirib ki, son illərdə respublikamızın bütün bölgələrində olduğu kimi, Xızı rayonunda da yenidənqurma və abadlıq işləri geniş vüsət alıb: “Xızı şəhərinin küçə və prospektləri abadlaşdırılıb, Heydər Əliyevin adını daşıyan yeni mədəniyyət və istirahət parkında Ulu öndərin abidəsi ucaldılıb və muzeyi yaradılıb. Burada bayraq meydanı inşa olunub. Xızıda quruculuq və abadlıq işləri davam edir, yeni parklar və istirahət ocaqları salınır. Əlbəttə ki, bütün bu işlər xızılılar tərəfindən yüksək qiymətləndirilir və oktyabrın 9-da bütün xızılılar cənab İlham Əliyevə səs verəcək”.
Daha sonra çıxış edən Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir: “Təhsilimiz, təhsil işçilərimiz məktəblərdə bu cür şəraitin yaradılmasına görə ilk növbədə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdardır. Və mən inanıram ki, bütün təhsil işçiləri cənab İlham Əliyevin ətrafında sıx surətdə birləşəcəklər”.
Tədbirdə çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, bu gün bütün xalq İlham Əliyevə inanır və Onun rəhbərliyi altında Azərbaycanın xoşbəxt gələcəyinə böyük ümidlər bəsləyir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qısa müddət ərzində ölkəmiz birmənalı şəkildə bölgənin lider dövlətinə çevrilib. Dövlət büdcəsi hesabına və Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı hörmətli Mehriban xanım Əliyevanın bilavasitə dəstəyi ilə 1200-dən çox yeni məktəb binasının inşası və ya əsaslı təmir edilməsi, respublikanın bütün regionlarında onlarca ən müasir səhiyyə ocaqlarının əhalinin istifadəsinə verilməsi, geniş quruculuq-abadlıq işləri və müasir infrastruktur layihələri Azərbaycanın simasını büsbütün yeniləşdirib. Prezidentimiz İlham Əliyev Azərbaycana çox böyük uğurlar qazandırıb. Bu uğurların davamlı olmasını hamı kimi xızılılar da istəyir”.
Daha sonra tədbir respublikanın mədəniyyət və incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı ilə davam etdirilib.
OKTAY
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

