Seçicilər ölkəmizi inkişafa aparan liderə - cənab İlham Əliyevə səs verəcəklər
25.09.2013 [10:13]
Göygöl rayonunun Xəqani, Nadil və Əlimədətli kəndlərində seçicilərlə növbəti görüşlər keçirilib
Dünən YAP Göygöl rayon təşkilatı Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Xəqani, Nadil və Əlimədətli kəndlərində seçicilərlə növbəti görüşlərini keçirib.
Öncə çıxış edən YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin uğurlu nəticələrindən bəhs edib. Təşkilat sədri qeyd edib ki, son 10 ilin reallıqları göstərir ki, ölkənin iqtisadi inkişafından, neft strategiyasının reallaşmasından və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. “Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin, tələbə təqaüdlərinin artırılması, sosial müdafiə sisteminin davamlı şəkildə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür. Bu, onu göstərir ki, həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır” - deyə, YAP Göygöl rayon təşkilatının sədri əlavə edib.
T.Əliyev regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən işlərin uğurlu nəticələrindən bəhs edib və nəzərə çatdırıb ki, bölgələrin inkişafı insanların sosial rifah halının yaxşılaşmasında da özünü göstərir. “Bunlarla yanaşı, sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması da olduqca böyük əhəmiyyət kəsb edir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti sahibkarlığın, xüsusən də, bölgələrdə orta və xırda sahibkarlığın inkişafına maddi və mənəvi dəstək göstərməklə siyasi iradə ortaya qoyur. Dövlət başçısının çıxışlarında mütəmadi olaraq sahibkarların fəaliyyətinə verdiyi önəmi vurğulaması, onların problemlərini dilə gətirməsi və sahibkarlığın inkişafı üçün lazım olan tapşırıqlar verməsi sahibkarlara böyük stimul verir, onları daha böyük səylə çalışmağa ruhlandırır”, - deyən təşkilat sədri əmin olduğunu bildirib ki, bütün bu inkişaf göstəriciləri vətəndaşların 9 oktyabr tarixində keçiriləcək seçkilərdə növbəti dəfə cənab İlham Əliyevin lehinə seçim etmələrini şərtləndirəcək.
YAP Göygöl rayon təşkilatının sədr müavini Vüqar İsayev isə bildirib ki, seçicilər qarşıdan gələn prezident seçkilərinə böyük ruh yüksəkliyi ilə gedirlər: “Əlbəttə, bu, təsadüfi deyil. Çünki cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti nəticəsində vətəndaşların sosial rifah halı daha da yaxşılaşıb, insanlar gələcəyə optimist baxırlar. Bu, ona dəlalət edir ki, insanlar inkişaf siyasətinin davam etməsi tərəfdarıdırlar, ona görə də, məhz cənab İlham Əliyevə səs verəcəklər”.
Daha sonra çıxış edənlər - təbliğat qrupunun üzvü Ayazi Paşayev, seçicilər Nuru Niyazov, İlyas Həsənov, Xasay Mustafayev, Adil Axundov, Güloğlan Rzayev, Rövşən Əhmədov, Zülfiyyə Hüseynova, Aytəkin Əmrahova, Rəna Mehrəliyeva, Ruslan Məhərrəmov, Namiq Umudov, Səbuhi Həsənov və digərləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən bəhs ediblər və Yeni Azərbaycan Partiyasının namizədinin növbəti dəfə əzəmətli qələbə qazanacağına inandıqlarını bildiriblər.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

