Prezident-xalq birliyi bütün uğurların əsasında dayanır
25.09.2013 [10:19]
YAP Xətai rayon təşkilatı prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
Sentyabrın 23-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğatı çərçivəsində seçicilərlə görüş keçirib. Tədbirdə YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və rayon seçiciləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov hər bir dövlətdə seçki prosesinin mühüm kampaniya olduğunu bildirib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının bu günə kimi seçicilərlə keçirilən görüşləri onu deməyə əsas verir ki, 9 oktyabrda xalqımız hamılıqla prezidentliyə namizəd İlham Əliyevə səs verəcək: “Cənab İlham Əliyevin son illərdə gördüyü işlər 9 oktyabr prezident seçkilərində qələbəsini şəksiz edib. Hər bir sahədə proqramların mövcudluğu və onların uğurla həyata keçirilməsi ölkənin inkişafını, tərəqqisini daha da sürətləndirdi. Bu gün Azərbaycanın adı inkişaf etmiş ölkələr sırasındadır”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov bildirib ki, seçkilərin demokratikliyini, azad və ədalətliliyini təmin etmək üçün Prezident İlham Əliyevin atdığı addımlar göz qabağındadır. S.Seyidov beynəlxalq aləmdə ölkənin nüfuzundan, cənab İlham Əliyevin uğurlarından danışıb.
Milli Məclisin komitə sədri vurğulayıb ki, bu tədbirdə eləcə də, digər rayon və şəhərlərdə seçicilərlə görüşlərdə çıxış edənlərin, ümumilikdə bizim hamımızın bir arzumuz var-cənab İlham Əliyevi yenidən Prezident seçmək, Onun ətrafında sıx birləşib xalqımıza və dövlətimizə xidmət etmək.
Tədbirdə YAP Siyasi Şurasının üzvu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, ötən 10 ilə yaxın dövr ərzində dövlət başçısı İlham Əliyevin atdığı addımlar Azərbaycanın güclü dövlətə çevrilməsinə yönəlib: “İnkişafın əsasında sabitlik dayanır. Dövlət başçısı ölkədə ictimai-siyasi durumun stabilliyini qorumağı kimliyindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının qarşısında ən ümdə məqsəd kimi qoyur”.
V.Rəhimzadənin sözlərinə görə, Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikrini diqqətə çatdırmaqla ölkəmizin hərtərəfli inkişafı üçün bu amilin rolunu xüsusi vurğulayır. Yeni iş yerlərinin yaradılması, qeyri-neft sektorunun inkişafı, yoxsulluq probleminin həlli, yeni infrastrukturun yaradılması, təhsil müəssisələrinin açılışı, bölgələrdə hava limanlarının tikilib istifadəyə verilməsi və s. kimi uğurlar cənab İlham Əliyevin fəaliyyətində öz əksini tapıb.
YAP Siyasi Şurasının üzvu hər il dövlət başçısının sərəncamları ilə bir neçə dəfə maaş və pensiyaların artmasını vurğulayaraq dövlət büdcəsinin sosialyönümlü olmasını da müsbət hal kimi dəyərləndirib. V.Rəhmizadə qeyd edib ki, son beş il ərzində cənab İlham Əliyevin həyata keçirdiyi irimiqyaslı layihələr əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün imzaladığı Sərəncam və qərarlar, onu deməyə əsas verir ki, bizim hər birimiz növbəti beş il ərzində də bu inkişaf strategiyasının uğurla davam etdirilməsi üçün cənab İlham Əliyevə səs verməliyik. V.Rəhimzadə seçiciləri seçkilərdə fəal olmağa çağıraraq “Bizim bir bayrağımız, bir gerbimiz, bir himnimiz və bir Prezidentimiz var. O da cənab İlham Əliyevdir”, deyib.
Tədbirdə çıxış edən seçicilər- İlham Quliyev, Elnur Məmmədli, Zahid Çobanov, Sadıx Əliyev, Azər Hüseynov və digərləri cənab İlham Əliyevin yorulmaz fəaliyyətini yüksək qiymətləndirdiklərini və Ona səs verəcəklərini söyləyiblər.
Xəbər lenti
Hamısına baxDünya
04 May 19:22
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30

