Milli və mənəvi dəyərlərin yenidən dirçəlməsi
19.09.2025 [10:41]
İntiqam Quliyev,
YAP Ağdam rayon təşkilatının sədr müavini
Prezident cənab İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən isə hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir. Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, qeyd olunur. işğaldan azad olunmuş ərazilərdə bu gün quruculuq, abadlıq və yenidənqurma işləri həyata keçirilməkdədir.
Xocavənd rayonunun Hadrut qəsəbəsində məscidin açılışı.
Azərbaycanın tarixi zəfərindən sonra işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Bu istiqamətdə mühüm layihələrdən biri də dini-mənəvi dəyərlərin bərpası və qorunmasıdır. Sentyabrın 14-də Xocavənd rayonunun Hadrut qəsəbəsində inşa olunan yeni məscidin açılış mərasimi keçirilib. Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.
Dövlət başçısı məscid kompleksinə baxış keçirib, tikinti işləri barədə ətraflı məlumatlandırılıb. Bildirilib ki, məscid ənənəvi Azərbaycan memarlığı ilə müasir üslubun sintezi əsasında inşa olunub. İbadət zalı, dəstəmaz otaqları, qadın və kişi bölmələri, eyni zamanda dini mərasimlərin keçirilməsi üçün zəruri şərait yaradılıb. Məscidin həyətində abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb.
Tarixi zəfərdən sonra azad olunmuş torpaqlarımızda həyat yeni nəfəs alır. Qarabağın hər guşəsində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə yanaşı, xalqımızın ən müqəddəs dəyərlərindən biri olan dini-mənəvi irsin dirçəldilməsi də xüsusi diqqət mərkəzindədir. Bu mənada Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni inşa olunan məscidin istifadəyə verilməsi tarixi hadisə kimi yadda qaldı.
Yeni məscid yalnız ibadətgah deyil, həm də xalqımızın əsrlər boyu formalaşan milli kimliyinin, dinə və mənəviyyata bağlılığının təcəssümüdür. Bu məscid Qarabağın dirçəlişini, azadlığın və imanımızın simvolunu əks etdirir. Hadrutun mərkəzində ucaldılan bu məscid həm bölgənin dini həyatında, həm də mənəvi birliyində mühüm rol oynayacaq. Burada edilən dualar azad torpaqlarımızın daha da inkişafı, xalqımızın rifahı və dövlətimizin əbədi qüdrəti üçün olacaq.
Bu tarixi açılış bir daha sübut etdi ki, Qarabağda həyat yalnız binaların, yolların və infrastrukturların bərpası ilə deyil, həm də qəlblərin, imanların və dəyərlərin yenidən dirçəlməsi ilə canlanır.
Xəbər lenti
Hamısına baxSosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

