Suverenliyin bərpası ilə Azərbaycan yeni dövrə qədəm qoyub
22.09.2025 [15:35]
Rəşadətli ordumuz dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha bir böyük missiyanı uğurla yerinə yetirdi. Belə ki, Silahlı Qüvvələrimiz 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycanın Qarabağ iqtisadi rayonunda keçirdiyi antiterror tədbirlərini uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Ölkəmizin qısa müddətdə, bir günə təmin etdiyi qələbə yenilməz Ordumuzun malik olduğu imkanların növbəti təqdimatı oldu. Bu qələbəmiz sübut etdi ki, Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı bütün təxribatların qarşısı qətiyyətlə alınır və alınacaq. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 20 sentyabr 2023-cü il tarixdə növbəti tarixi qələbəmizlə bağlı xalqa müraciəti harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını qürurlandırdı. Sentyabrın 19-da təxminən saat 13:00 radələrində antiterror tədbirlərinin başlanması və bir gün ərzində uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Cənab İlham Əliyev həmin müraciətində lokal antiterror tədbirlərinə başlanmasını şərtləndirən amillərə diqqəti yönəldərək bildirdi ki, bu tədbirlər nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Ağır relyef, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq hərbçilərimiz qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli hərbi uğurlar əldə etdilər.
Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən üzərinə düşən öhdəliyə zidd olaraq bu günə qədər çıxarılmamış ordusunun böyük hissəsi tamamilə məhv edildi. Hərbi texnika məhv edilərək sıradan çıxarıldı. Ölkəmiz lokal antiterror tədbirlərinə başlayan zaman bu prosesi hansı şərtlər daxilində dayandıra biləcəyini açıqlamışdı. Əks təqdirdə tədbirlərin sona qədər davam etdiriləcəyi bildirildi. Azərbaycan istədiyini etdi, bütün şərtlərin qəbuluna nail oldu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun çox qısa zamanda yazdığı uğur hekayəsi Silahlı Qüvvələrimizin peşəkarlığını, yüksək döyüş ruhunu, mükəmməl plan əsasında fəaliyyətini nümayiş etdirməklə yanaşı, Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqlədi.
24 saatdan az müddətdə həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Suverenliyimizin tam bərpası ilə Azərbaycan yeni dövrə qədəm qoydu. Cənab İlham Əliyevin Sərəncamı ilə 20 sentyabr Dövlət Suverenliyi Günü kimi təsis edildi. Sərəncamda da qeyd olunduğu kimi, hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir. 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq imzalanan bu sənəd Zəfərlərimizin təqdmatında, əbədiləşdirilməsində əhəmiyyətli rol oynayır. Bu gün hər birimiz bayramlarımız sırasına Zəfər Gününün, Dövlət Suverenliyi Gününün daxil edilməsindən qürurluyuq. 20 sentyabr, eyni zamanda, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Suverenliyimizin bərpasından ötən iki ildə Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə ölçüyəgəlməz bərpa-quruculuq işləri həyata keçirilib. Soydaşlarımızın qayıdışı mərhələ-mərhələ həyata keçirilir. Bu müddət ərzində dövlət başçısı İlham Əliyevin azad edilmiş Xankəndiyə, Xocalıya, Ağdərəyə, Xocavəndə səfərlərinin say tərkibinə diqqət yetirmək kifayətdir. Bütün azad edilmiş torpaqlarımız yenidən qurulur, dirçəlir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur. Əsas odur ki, Azərbaycan xalqı rahat yaşasın, xoşbəxt yaşasın, sülh içində yaşasın.
Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34

