Zəngilanlılar cənab İlham Əliyevi seçir
28.09.2013 [11:01]
YAP Zəngilan rayon təşkilatı seçicilərlə görüş keçirib
Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) apardığı təbliğat-təşviqat kampaniyası uğurla davam edir. YAP Zəngilan rayon təşkilatı da dünən partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Xətai rayonunda zəngilanlı seçicilərlə görüş keçirib.
Görüşdə çıxış edən YAP Zəngilan rayon təşkilatının sədri Əsəd Hüseynov son 10 ildə cənab İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi inkişaf siyasəti barədə geniş məlumat verib. O, vurğulayıb ki, cənab İlham Əliyevin rəhbərliyi altında keçirilən mühüm işlər nəticəsində ölkədə, xüsusilə regionlarda sosial-iqtisadi tərəqqiyə nail olunub, yeni istehsal müəssisələri açılıb, dövlət başçısının işsizliyin aradan qaldırılması və əhalinin sosial müdafiəsi sahəsində gördüyü işlər xalq tərəfindən yüksək qiymətləndirilir. Erməni işğalı nəticəsində yurd-yuvasından didərgin düşmüş zəngilanlıların problemləri hər zaman ölkə Prezidentinin diqqətindədir. Ə.Hüseynov bildirib ki, Prezident İlham Əliyevin səyi ilə ölkəmizdə bütün çadır şəhərcikləri ləğv edilib, qaçqın və məcburi köçkün həyatı yaşayan rayonların əhalisi yeni yaşayış massivində yeni evlərlə təmin olunublar. YAP rayon təşkilatının sədri deyib ki, qədirbilən Zəngilan ictimaiyyəti də hər zaman cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi-sosial siyasəti dəstəkləyir və bu tərəqqinin davamlı olması üçün prezident seçkilərində həyata keçirilən tərəqqi və inkişaf siyasətinə səs verəcəklər.
Görüşdə çıxış edən Milli Məclisin üzvü İmamverdi İsmayılov Prezident İlham Əliyevin apardığı siyasətin yalnız rifaha istiqamətləndiyini, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan yolun insanları xoşbəxt gələcəyə aparan düzgün yol olduğunu deyib: “Azərbaycan Prezidenti dövlət başçısı olduğu müddət ərzində hər bir vətəndaşın Prezidenti olmağı bacardı. Qaçqın və məcburi köçkünlərin həyatında yaşanan mühüm yeniliklər, qəbul olunmuş Dövlət Proqramları bir daha sübut edir ki, Prezident İlham Əliyevin hədəfi yalnız və yalnız inkişafdır”.
Millət vəkili vurğulayıb ki, bu gün Azərbaycan xalqının qarşısında ən böyük problem Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsidir. Prezident İlham Əliyev bu istiqamətdə əsaslı şəkildə fəaliyyət nümayiş etdirir: “Möhtərəm Prezidentimiz İlham Əliyev öz çıxışlarında bildirib ki, Azərbaycan sülhün tərəfdarıdır və sülh yolu ilə işğal olunmuş bütün ərazilərimizin azad olunmasına nail olunacaq. Ermənistanın apardığı çirkin oyunlar bütün dünyada ifşa olunur. Məhz Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün bütün dünya bu problemin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini önə çəkir. NATO, BMT kimi nüfuzlu təşkilatlar öz sənədlərində Dağlıq Qarabağın Azərbaycan torpaqları olduğunu təsdiq edir və heç bir separatçının başqa fikrə düşməsinə imkan verilməyəcəyini, ərazi bütövlüyümüzün tanınmasını vurğulayır. Bu uğurun arxasında böyük şəxsiyyət, Prezident İlham Əliyev zəkası dayanır. Bütün xalqımızı oktyabrın 9-da seçki məntəqələrinə gələrək Prezident İlham Əliyevə səs verməyə çağırıram”.
Çıxış edən Zəngilan sakinləri də səslənən uğurların davam etməsi üçün cənab Prezidentə dəstək verilməsinin vacibliyini önə çəkiblər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32

