Prezident İlham Əliyevin qələbəsinə heç bir şübhəmiz yoxdur
28.09.2013 [11:03]
Ağdam rayonunun Çullu kəndində və Birinci Alıbəyli qəsəbəsində seçicilərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin Ağdam rayonu üzrə seçki qərargahı qanunvericiliyə uyğun olaraq təbliğat-təşviqat kampaniyasını davam etdirir. Kampaniya çərçivəsində rayonun Çullu kəndində və Alıbəyli qəsəbəsində seçicilərlə görüş keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 10 il ərzində Azərbaycanın əldə etdiyi möhtəşəm nailiyyətlərdən bəhs edib. Yeni Azərbaycan Partiyasının çoxşaxəli və milli maraqlara əsaslanan fəaliyyətindən danışan təşkilat sədri qeyd edib ki, YAP ölkəmizdə keçirilən bütün seçkilərdə qələbələr qazanıb. “Bu qələbələri şərtləndirən əsas amillərdən biri də YAP-ın seçki kampaniyalarına yüksək səviyyədə hazırlıqlı olmasıdır. Hazırkı seçki kampaniyasına da partiyamız ciddi şəkildə hazırlaşıb və təbliğat-təşviqat prosesi yüksək səviyyədə davam etdirilməkdədir” - deyə, İ.Quliyev qeyd edib. Onun sözlərinə görə, insanlar növbəti 5 ildə də cənab İlham Əliyevi dövlət başçısı kimi görmək istəyirlər: “Qarşıdan gələn prezident seçkilərində də partiyamızın Sədri, dövlət başçısı İlham Əliyevin qələbəsi şübhə doğurmur. Çünki ötən 10 il ərzində ölkəmizdə həyata keçirilən uğurlu siyasət xalqımız tərəfindən birmənalı şəkildə dəstəklənir”.
Seçki qərargahının üzvü Hüseyn Bayramov çıxışında bildirib ki, əldə edilən bütün nailiyyətlərin fonunda Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev prezident seçkilərində möhtəşəm qələbə qazanacaq: “Bütün bu uğurlar, möhtəşəm nailiyyətlər belə bir nəticəyə gəlməyə imkan verir ki, Azərbaycan xalqı bir daha cənab İlham Əliyevi özünün Prezidenti kimi görmək istəyir”.
Daha sonra seçki qərargahının üzvləri Rəfail Novruzov, Xosrov İsmayılov və başqaları çıxış edərək 9 oktyabrda keçiriləcək Prezident seçkilərində cənab İlham Əliyevə səs vermək üçün seçiciləri daha fəal olmağa çağırıblar.
Seçici Tahir İdrisli Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılmış böyük uğurlardan, genişmiqyaslı inkişafdan, həyata keçirilən sosial layihələrdən söz açıb, görülən işlərin xalqımız tərəfindən rəğbətlə qarşılandığını bildirib. O, deyib ki, ağdamlıların seçimi cənab İlham Əliyevdir.
Digər seçici Həmid Məmmədli də çıxışında bu seçkilərdə cənab İlham Əliyevə rəqib olmadığını bildirib: “Prezident İlham Əliyev Öz fəaliyyəti ilə bütün xalqımızın etimadını qazanıb. Ona görə də, seçkilərdə Onun qələbəsinə heç bir şübhəmiz yoxdur”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27

