27 Sentyabr tarixini xalqımız böyük ehtiramla əbədi olaraq yad edəcəklər!
26.09.2025 [22:48]
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan "Dəmir yumruq" əməliyyatı ilə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığını nümayiş etdirərək bütün dünyaya öz gücünü, qüdrətini göstərdi. Ermənistan və havadarları tərəfindən işğal olunmuş torpaqlarımız əsgər və zabitlərimizin qanı və canı bahasına azad edildi. Bu, “Güclü ordu - güclü dövlət” strategiyasının və «dəmir yumruq» siyasətinin nəticəsidir. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır. Hər il 27 sentyabr Azərbaycan xalqı üçün həm qürur, həm də kədər dolu bir gündür. Bu gün, 44 günlük Vətən müharibəsinin başlandığı və Azərbaycanın tarixi ədaləti bərpa etmək üçün qətiyyət nümayiş etdirdiyi bir Anım Günüdür. Bu tarix, illərlə davam edən işğala, haqsızlığa və beynəlxalq laqeydliyə qarşı duruşumuzun rəmzinə çevrilib. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində misilsiz şücaət göstərdi. Bu Qələbə sadəcə hərbi gücün deyil, həm də strateji siyasətin, illərlə davam edən ordu quruculuğunun və xalq-dövlət birliyinin nəticəsi idi. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu ordu quruculuğu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, ordumuz ən müasir texnika və təlimlərlə təchiz edilmişdir. Bu gün Azərbaycan Ordusunun döyüş taktikası hətta xarici hərbi məktəblərdə dərslik kimi öyrənilir. Bu müharibənin əsas rəmzi “Dəmir Yumruq” olmuşdur. Bu rəmz xalqımızın Ali Baş Komandanın ətrafında sıx birləşdiyini, fərqli siyasi partiyaların, xarici ölkələrdə yaşayan azərbaycanlıların milli maraqlar naminə bir yumruq kimi birləşdiyini göstərdi. Cənab Prezident İlham Əliyevin diplomatik və informasiya sahəsində apardığı mübarizə də az əhəmiyyətli deyildi. O, aparıcı xarici mediaya verdiyi müsahibələrlə beynəlxalq ictimaiyyətə Azərbaycanın haqq səsini çatdırmış, ölkəmizə qarşı yönələn təzyiqlərin qarşısını almışdır. Dövlət başçısının dediyi kimi, Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələri tərk-silah edilərək ərazilərimizdən çıxarıldı, respublikamızın suverenliyi tam təmin edildi, bütün ölkə ərazisində Konstitusiya quruluşu bərpa olundu. Vətən müharibəsinin birinci günü Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziya ilə xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə törətdiyi təxribatlara cavab olaraq ordumuzun genişmiqyaslı əks-hücum əməliyyatına başladığını bəyan etdi: «Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!». Dövlətimizin başçısının xalqa müraciətində dediyi bu sözlər hər bir azərbaycanlını düşmən üzərində Qələbəyə ruhlandıran şüara çevrildi. Məhz əks-hücum əməliyyatının ilk saatlarında cəbhə xəttindən bir-birinin ardınca xoş xəbərlər gəlməyə başladı. Düşmənin xüsusilə möhkəmləndirilmiş ön müdafiə xəttini yaran Azərbaycan Ordusunun Füzuli rayonunun Qaraxanbəyli, Yuxarı Əbdürrəhmanlı, Horadiz və Qərvənd, Cəbrayıl rayonunun Nüzgar və Böyük Mərcanlı kəndlərini, Ağdərə rayonunda və Murovdağ silsiləsində mühüm strateji yüksəklikləri azad etməsi böyük ruh yüksəkliyi ilə qarşılandı.
Cənab Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixində imzaladığı Sərəncamla 27 sentyabr tarixini Azərbaycan Respublikasında Anım Günü elan etdi. Bu, şəhidlərimizin xatirəsinə, onların ailələrinə və qazilərimizə göstərilən ali ehtiramın təzahürüdür. Qazanılan Şanlı Qələbə Ali Baş Komandan, Prezident İlham Əliyevin «Dəmir yumruq» siyasəti ilə Güclü Ordumuzun əsgər və zabitlərimizin rəşadətilə əldə edilib. Bizim Prezidentimiz daima xalqı ilə, xalq da öz Prezidenti ilə birlikdədir. Məhz bu birliyin, həmrəyliyin reallığıdır ki, Prezidentimizin ilk gündən çağırışına bütün Azərbaycanın igid oğulları, ehtiyatda olan əsgər və zabitləri səs verərək, müsəlləh əsgər kimi döyüş meydanına yollandılar. Vətən müharibəsi Qəhrəmanları və qaziləri üçün xüsusi orden və medallar təsis edilmiş, onların sosial rifahının təmin edilməsi dövlətin ən mühüm prioritetlərindən biri olmuşdur. 27 sentyabr bizə tarixin hər bir səhifəsini: illərlə davam edən ədalətsizliyi, xalqımızın çəkdiyi əziyyətləri və sonda qazanılan Qələbənin böyüklüyünü xatırladır. Bu gün biz qalib bir xalq kimi, müzəffər bir dövlət kimi yaşayırıq. Şəhidlərimizin qanı yerdə qalmadı, ədalət bərpa olundu. Onların xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır. Allah şəhidlərimizə rəhmət eləsin.
Elşən Əzizov
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25

